QəRİbov asəF ƏZİzov anar


 Xarici ticarətin beynəlxalq miqyasda



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   112
Beynelxalq ticaret emeliyyatlari

4.5. Xarici ticarətin beynəlxalq miqyasda 
tənzimlənməsi 
 
1929-1930-cu  illərdə  özünü  göstərmiş  dünya  iqtisadi 
böhranı  vahid  norma  və  qaydalar  qoyulması  yolu  ilə 
beynəlxalq  ticarət  əlaqələrinin  dünya  miqyasında  tənzimlən-
məsi  zərurətini  doğurdu. Beynəlxalq  ixtisaslaşmanın  üstünlük-
lərindən  optimal  istifadə  olunması  və  bu  ixtisaslaşmanın  daha 
da  dərinləşməsi  zərurəti  beynəlxalq  ticarətdə  mövcud  olan 
ticarət sədlərinin minimuma endirilməsini tələb edirdi. 


78 
 
Dünya  ticarətinin  40%-ni  əlində  cəmləşdirmiş  ABŞ 
xarici  ticarətin  liberallaşdırılmasında  daha  maraqlı  idi  və 
gömrük rüsumlarının aşağı salınması meylinin əsasını qoymuş 
ilk  qanun  da  ABŞ-da  qəbul  edildi.  ABŞ-da  və  sonralar  bütün 
dünyada  beynəlxalq  ticarət  siyasətinin  dönüş  nöqtəsini  təşkil 
edən  qarşılıqlı  ticarət  müqavilələri  haqqında  qanun  konqres 
tərəfindən  hələ  1934-cu  ildə  qəbul  edilmişdir.  Bu  qanunla 
xarici  ticarətin  liberallaşdırılmasına  doğru  ciddi  addım  atılmış 
oldu. Qanunda iki əsas müddəa nəzərdə tutulurdu: 
1) Prezidentə səlahiyyət verilirdi ki, Konqresə müraciət 
etmədən,  digər  ölkələrlə  qarşılıqlı  ticarət  müqavilələri  bağla-
yaraq, tarifləri lazım olduqda 50%-ə qədər aşağı salsın; 
2) Tariflərin ümumi olaraq aşağı salınması. 
Tariflər  ayrı-seçkilik  salınmadan  bütün  ölkələrə  aid 
edilmədi  idi. Bu prinsiplər sonralar beynəlxalq  ticarətin dünya 
miqyasında tənzimlənməsi meylinin əsasını qoydu. 
İkinci  dünya  müharibəsindən  sonra  çoxtərəfli  ticarət-
tarif  müqavilələrinin  bağlanması  üçün  görülən  işlər  genişlən-
məyə  başladı.  Bu  sahədə  ciddi  addım  1947-ci  ildə  ABŞ  da 
daxil  olmaqla  23  ölkənin  iştirakı  ilə  QATT  (General 
Agreement on Tarifs and Trade) - Tarif və ticarət haqqında Baş 
Sazişin  İmzalanması  ilə  atılmış  oldu.  Bu  gün  QATT  dünya 
ticarətinin  85%-ni  əhatə  edən  150-dən  çox  ölkəni  birləşdirən 
bır razılaşmaya çevrilmişdir. 
QATT-ın qəbul etdiyi əsas prinsiplər aşağıdakılardır: 
1) Bütün üzv ölkələr üçün bərabər, ayrı-seçkilik salma-
yan rejimin şərtsiz qəbulu
2)  Çoxtərəfli  danışıqlar  aparılması  yolu  ilə  tariflərin 
azaldılması; 
3)  Bir  çox  idxal  kvotalarının  (yerli  kənd  təsərrüfatının 
himayə olunması  və  tədiyyə  balansı  tarazlığının  qorunması  ilə 
əlaqədar kvotalardan başqa) aradan qaldırılması. 


79 
 
QATT  tariflər  və  ticarətlə  əlaqədar  ölkələr  arasında 
danışıqlar  aparılan  bir  beynəlxalq  forumdur.  O,  çox  vaxt  belə 
danışıqlarda bir vasitəçi rolunu oynayır. 
Beynəlxalq  ticarətin  liberallaşdırılmasında  əlverişli 
şərait rejimində (ƏŞR) Öz ifadəsini tapan qarşılıqlı ticarət gü-
zəştləri böyük rol oynayır. Bu rejimə uyğun olaraq, öz araların-
da  müqavilə  bağlamış  ölkələr  bir-birinə  (üçüncü  ölkəyə  də 
tətbiq edilən) qarşılıqlı güzəşt edirlər. Bu güzəşt və üstünlüklər 
gömrük müdafiəsindən, yəni gömrük rüsumu dərəcələrində əks 
olunur.  Bu  halda  danışıqlar  aparılaraq  saziş  imzalanan  kimi, 
həmin  güzəştlər  dərhal  bütün  digər  ölkələrə  də  ayrı-seçkilik 
salınmadan tətbiq edilir. 
ƏŞR-nin  mahiyyəti  ondan  ibarətdir  ki,  gömrük  tariflə-
rinin ləğvi  və  ya azaldılması  bütün  iştirakçı  tərəflərə  aid  edilir 
(əgər bu halda qərar birtərəfli qaydada qəbul edilmiş olsa da). 
Beynəlxalq  ticarətin  inkişafında  da  QATT  tərəfindən 
qəbul  olunmuş  birtərəfli  qərarlara  yol  verilməməsi  prinsipi  də 
çox mühümdür. Milli bazarın himayə olunması haqqında qərar 
yalnız  çoxtərəfli  məsləhətləşmələr  aparıldıqdan  sonra  qəbul 
oluna bilər. 
Təcrübədə QATT-m əsas prinsiplərini həyata keçirmək 
üçün üzv ölkələrin ümumi razılığı əsasında təşkilat mexanizmi 
(katiblik)  yaradılmışdır.  QATT  katibliyi  Cenevrə  şəhərində 
yerləşmişdir.  Bu  orqanın  fəaliyyəti  konfrans  və  sessiyalar 
çərçivəsində həyata keçirilir. 
Adətən, sessiyalar yüksək vəzifəli məmurların görüşləri 
ilə başlayır, sonra isə raundlar adlanan danışıqlar başlayır. Belə 
raundlar  1949,  1951,  1956,  1960,  1961-ci  illərdə  olmuşdur. 
Bunlar arasında uzun müddət  davam  etmiş  Tokio və Uruqvay 
raundlarını  (1983-dən  1994-çü  ilə  qədər  davam  etmişlər) 
xüsusi olaraq göstərmək lazımdır. Bu son iki raundda müzakirə 
olunan  məsələlərin  sayı  artırılmış  və  qeyri-tarif  ticarət  sədləri 
haqqında  məsələ  də  gündəliyə  daxil  edilmişdir.  QATT-ın 


80 
 
fəaliyyətində  gömrük  rüsumlarının  ixtisarı  və  ya  ləğvi  üzrə 
görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 1945-ci ildə 
inkişaf etmiş ölkələrdə gömrük rüsumlarının orta səviyyəsi 40-
60  %  təşkil  etdiyi  halda  (bəzi  mal  növləri  üzrə  70-90%)  90-cı 
illərin əvvələrində 3-5%-ə qədər aşağı salınmışdır. 
1993-cü  ilin  dekabr  ayında  Uruqvay  raundunda  yekun 
sənədi hazırlandı ki, həmin sənəddə bütün əvvəlki danışıqların 
nəticələri nəzərə alındı. Bu sənədə əsasən QATT- Ümumdünya 
Ticarət  Təşkilatına (ÜTT) çevrilmişdir. ÜTT-nın  ali idarəedici 
orqanı  nazirlərin  konfransıdır.  Bu  təşkilat  QATT  çərçivəsində 
bağlanmış  bütün  sazişlərin,  o  cümlədən  Uruqvay  raundu  razı-
laşmalarını  yerinə  yetirilməsinə  nəzarət  edir.  ÜTT-  yə  üzv 
olmaq hər bir iştirakçı ölkə üçün artıq bağlanmış bütün razılaş-
maların  tam  həcmdə  yerinə  yetirəcəyinin  öz  üzərinə  götürül-
məsi  deməkdir.  QATT,  daha  doğrusu  ÜTT  öz  səlahiyyət 
dairəsini genişləndirərək dünya iqtisadi əlaqələrinin tənzimlən-
məsində çox mühüm beynəlxalq orqana çevrilmişdir. 
          QATT, indiki ÜTT qlobal tənzimləmə sisteminin üçüncü 
mühüm təşkilatıdır. Onun öz fəaliyyətində rəhbər tutduğu əsas 
prinsiplər  açıq  iqtisadiyyat  və  sərbəst  ticarətdir.  İstehsalçılara 
qarşı  ayrı-seçkiliyi  qadağan  etmiş,  ixracatçıların  təcavüzkar 
(dempinq)  siyasətinə  mane  olur,  gömrük  və  qeyri-tarif  məhd-
udlaşmalarının  aradan  qaldırılmasına  çalışır.  Belə  ki,  ticarətin 
liberallaşdırılması dünyanın iqtisadi potensialından daha səmə-
rəli istifadə olunması üçün şərait yaradır. 
QATT-ın yaradılması tarixi dünya müstəmləkəçilik sis-
teminin dağılması və inkişaf etməkdə olan müstəqil dövlətlərin 
meydana  gəlməsi  tarixi  ilə  eyni  vaxta  düşür.  Dünya  iqtisadiy-
yatının  liberallaşdırılması  prosesi  bu  ölkələrdə  sürətli  və  da-
vamlı sosial-iqtisadi inkişafın təmin edilməsi tələblərinə cavab 
verir. Ona görə üçüncü dünya ölkələri də sərbəst ticarəti müda-
fiə  edirlər.  Çünki  sərbəst  ticarət  sənayeləşməni  başlıca 
məqsədlərindən  biri  hesab  edən  bu  ölkələrə  imkan  verir  ki, 


81 
 
onlar  texnologiya  və  yeni  texnika  idxal  etmək  üçün  Şimal 
bazarlarına asanlıqla daxil ola bilsinlər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə