QəRİbov asəF ƏZİzov anar


 Azərbaycan Respublikasının gömrük



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə42/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   112
Beynelxalq ticaret emeliyyatlari

5.2. Azərbaycan Respublikasının gömrük  
xidməti 
 
Azərbaycan  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminə 
aktiv  daxil  olmaq  üçün  geniş  potensiallara  malikdir.  Ölkədə 
həyata keçirilən iqtisadi  islahatlar, inzibati  idarəetmə  metodla-
rından  bazar  iqtisadiyyatına  keçid,  xarici  iqtisadi  əlaqələrin 
liberallaşdırılması sosial-iqtisadi inkişafın sürətlənməsində mü-
hüm rol oynayır. 
Sovet hakimiyyəti illərində Azərbaycan SSRİ-nin tərki-
bində  olduğundan  onun  müstəqil  gömrük  xidməti  olmamışdır. 
Bununla yanaşı, respublika ərazisində SSRİ-yə məxsus gömrük 


85 
 
orqanları fəaliyyət göstərirdi, idxal-ixrac əməliyyatlarına nəza-
rət İttifaq orqanları tərəfindən yerinə yetirilirdi. 
Azərbaycanda  dövlətimizin  əsas  atributlarından  olan 
müstəqil  gömrük  xidmətinin  yaradılması  dövlət  müstəqilliyi 
nəticəsində  mümkün  olmuşdur.  Gömrük  orqanları  ölkənin 
siyasi-iqtisadi  müstəqilliyinin,  daxili  bazarın  qorunmasında, 
iqtisadi  təhlükəsizliyinin  təmin  olunmasında  mühüm  rol  oyna-
yır. 
Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiya  olun-
masında, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi sayəsində 
hüquqi baza yaranmış, bir sözlə, xarici iqtisadi fəaliyyətin tən-
zimlənməsi  üçün  Milli  Məclis  tərəfindən  müvafiq  qanunlar 
qəbul  edilmiş,  prezident  fərmanları  imzalanmış,  sərəncamlar 
verilmiş,  Respublika  Nazirlər  Kabineti  tərəfindən  müvafiq 
normativ-hüquqi sənədlər qəbul olunmuşdur. 
İqtisadi tədqiqatlar göstərir ki, gələcəkdə Azərbaycanın 
iqtisadi  inkişafı  iqtisadi  əlaqələrdən  çox  asılı  olacaqdır. 
Azərbaycan  coğrafi  ərazisinə  görə  siyasi  və  iqtisadi  münasi-
bətlər mənafelərinin kəsişmə nöqtəsində  yerləşir. Ona görə də, 
gömrük  nəinki  iqtisadi,  eyni  zamanda  siyasi  əhəmiyyət  kəsb 
edir.  Respublikamızın  daxili  bazarını  qorumaq,  idxal-ixrac 
əməliyyatlarına  nəzarət  isə  iqtisadi  suverenlik  və  bu  suveren-
liyin  təhlükəsizliyinə  təminat,  ümumilikdə  isə  gömrük  siyasə-
tinin reallaşdırılmasında Azərbaycanın gömrük orqanları üzəri-
nə böyük məsuliyyət düşür. 
Göründüyü  kimi,  beynəlxalq  münasibətlər  sistemində 
yeni  dövlətlərarası  əməkdaşlıq  sferalarının  yaranması  və  daha 
da  inkişafı  gömrük  işi  sferasında  yaranan  münasibətlərə  daha 
geniş  və  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  yanaşmanı  tələb  edir. 
Belə  ki,  dövlətin  gömrük  işi  bazarın  formalaşması  və 
inkişafında, onun dünya  təsərrüfatına inteqrasiyasında  mühüm 
faktor kimi çıxış edir. Dövlətin gömrük işi mürəkkəb kompleks 
xarakter  daşıyır  və  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  mühüm 


86 
 
elementlərdən  ibarətdir.  Həmin  elementlər  Azərbaycan  Res-
publikası Gömrük Məcəlləsində təsbit edilmişdir. Həmin müd-
dəaların  tələblərinə  görə,  Azərbaycan  Respublikası  gömrük 
sərhədindən  keçirilməsi  qaydaları  və  şərtləri,  gömrük  ödəni-
şlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti 
və  gömrük  siyasətinin  həyata  keçirilməsinin  digər  vasitələri 
təşkil edir. 
Müstəqilliyin  ilk  dövründən  başlayaraq  Azərbaycan 
Respublikasında artıq milli gömrük orqanları sistemi formalaş-
mış  və  bu  sistem  Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi,  Naxçıvan  Muxtar  Respublikası  Gömrük  Komitəsi, 
Xəzər 
Dənizində 
Azərbaycan 
Respublikasının  İqtisadi 
Mənafeyinin  Mühafizəsi  İdarəsi,  2  ərazi  Baş  Gömrük  İdarəsi, 
12 gömrük idarəsi, 1 xüsusi təmayüllü enerji gömrük idarəsi, 1 
Aksiz  Gömrük  Postu,  47  gömrük  postu,  Tədris  Mərkəzi, 
Mərkəzi  Laboratoriya,  «Azərterminalkompleks»  Təsərrüfat 
Hesablı  Xarici  İqtisadi  Birlik  və  s.  struktur  vahidlərdən  ibarət 
olmaqla fəaliyyət göstərir, xüsusi ilə əsas funksiyalardan birini 
- fiskal funksiyanı yerinə yetirir. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə