QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə41/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   112
Beynelxalq ticaret emeliyyatlari

 
1)
 
keçid dövrünün xarici ticarət konsepsiyası;
 
2) real bazar dövrünün xarici ticarət konsepsiyası. 
Keçid  dövrü  öz  mahiyyəti  etibarı  ilə  respublikada 
bazarın formalaşması və həmin keyfiyyət aspektində real bazar 
münasibətlərinin təşəkkülü ilə başa çatmalıdır.  
Real  bazar  münasibətlərinin  təşəkkülü  prosesi  başa 
çatdıqdan  sonra  ölkədə  həm  iqtisadi  bazisin  sosial-iqtisadi 


82 
 
mahiyyətində,  həm  də  cəmiyyətin  siyasi  təşkilində  köklü 
keyfiyyət  dəyişiklikləri baş verməklə ölkənin dünya iqtisadiy-
yatına funksional inteqrasiyası baş verəcəkdir. Bu proses xarici 
amillərdən qarşılıqlı asılılığı daha da gücləndirəcəkdir. Görün-
düyü  kimi,  xarici  ticarətin  konseptual  əsasları  ölkənin  inkişaf 
mərhələlərinə  uyğun  şəkildə  formalaşdırılmalı  və  metodoloji 
prinsiplərin  tarixi  səciyyə  daşıdığı  birmənalı  şəkildə  qəbul 
olunmalıdır. 
Ölkənin  xarici  ticarət  konsepsiyası  bütövlükdə  iqtisadi 
təhlükəsizlik  konsepsiyasının  tərkib  elementi  kimi  nəzərdən 
keçirilməli  və  formalaşdırılmalıdır.  Belə  ki,  dövlətin  iqtisadi 
təhlükəsizlik  sisteminin  yaradılması  və  möhkəmləndirilməsi 
başlıca  olaraq ticarətin təşkili və inkişafından birbaşa asılıdır. 
Dünya təcrübəsi göstərir ki, ölkələrin inkişaf yollarının 
seçilməsi  son  dərəcə  mühüm  məsələlərdən  biridir.  Ümumiy-
yətlə,  milli  iqtisadiyyatın  xarici  amillərlə  sıx  əlaqəliliyi  və 
qarşılıqlı asılılığı baxımından 3 inkişaf modelini fərqləndirmək 
mümkündür: 
1)  İqtisadiyyatın  ixrac  yönümünün  yüksəldilməsini 
nəzərdə tutan inkişaf modeli
2)  İdxalı  əvəz  edəcək  istehsal  sahələrinin  inkişaf 
modeli; 
3) İqtisadi inteqrasiya modeli. 
Bu modellərdən hər hansı birinin seçilməsi öz mahiyy-
əti  etibarilə  xarici  ticarət  konsepsiyasının  formalaşdırılması 
deməkdir.  Buna  görə  də,  Azərbaycanın  mövcud  potensialı 
baxımından  bunlardan  hansının  daha  məqsədəmüvafiq  oldu-
ğunu araşdırmaq zəruridir. 
Beləliklə,  ixrac  yönümlü  inkişaf  müasir  beynəlxalq 
iqtisadi münasibətlər sistemində mühüm yer tutan modellərdən, 
biridir  və  milli  iqtisadiyyatın  göstərilən  istiqamətdə  inkişafını 
tələb edir. Lakin Azərbaycan Respublikasının bu modeli tətbiq 


83 
 
etməsi  üçün  aşağıda  göstərilən  bir  sıra  problemlərin  həlli 
vacibdir: 
1)  Dünya  bazarında  yaranmış  vəziyyət  məhsul  və 
xidmətlərin ixracatında tamamilə yeni amillərə və parametrlərə 
əsaslanmağı  tələb  edir.  Belə  ki,  müasir  texnika  və  texnologi-
yaların  tətbiqi,  yeni  mallar  istehsal  artımının  və  rəqabətin 
qeyri-müəyyənliyi  dünya  standartlarına  cavab  verməyən  məh-
sullar  istehsal  edən  Azərbaycanın  ixrac  imkanlarını  xeyli 
məhdudlaşdırır; 
2)  İxrac  yönümlü  inkişaf  rəqabətə  davam  gətirməyi, 
yeni  üstünlüklər  yaratmağı  tələb  edir.  Yəni,  infrastruktura, 
marketinq  və  yeni  texnologiyaların  əldə  edilməsi  məqsədi  ilə 
fasiləsiz  olaraq  investisiya  qoyuluşları  həyata  keçirilməlidir. 
Aydındır  ki,  müasir  şəraitdə  maliyyə-valyuta  resursları  hətta 
minimal  tələbləri  ödəmək  iqtidarında  olmadığı  bir  dövrdə 
göstərilən  istiqamətdə  iri  həcmli  kapital  qoyuluşlarının  həyata 
keçirilməsi mümkün deyildir
3)  Hətta  bütün  imkan  və  vəsaitlərin  mövcudluğu 
şəraitində belə ixrac yönümlü inkişaf modelinin tətbiqi və onun 
rolunun  yüksəldilməsi  istənilən  nəticəni  verə  bilməz.  Belə  ki, 
milli  iqtisadiyyatın  ixrac  yönümünün  gücləndirilməsi  xarici 
bazarlardan  ixrac  asılılığı  yaradır  və  nəticədə  daxili  sosial-
iqtisadi  situasiyaya  güclü  təsir  göstərir.  Aydındır  ki,  ənənəvi 
tərəf  müqabillərində  də  iqtisadi  situasiyanın  pisləşməsi  zəncir-
varı  reaksiya  doğurmaqla  ölkədə  staqfliyasiyanı  sürətlən-
dirərək böhranlı vəziyyət yaradır. Buna görə də, ixracat prose-
sinin  əsas  hissəsinin  yönəldiyi  xarici  bazarlara  əməli  yardım 
edilməsi  problemi  meydana  çıxır  ki,  bu  da  qlobal  qarşılıqlı 
asılılığın yeni keyfiyyət aspektləri kimi səciyyələnə bilər. 
Ölkənin  xarici  ticarət  konsepsiyasının  ağırlıq  mərkəzi 
kimi  idxalı  əvəz  edəcək  istehsal  sahələrinin  təşkili  modelinin 
də bir sıra nöqsanları vardır. 


84 
 
Aydındır ki, Azərbaycanın keçid dövrünün spesifik xü-
susiyyətləri  baxımından  regional  iqtisadi  inteqrasiyaya  funk-
sional qoşulması qeyri-mümkündür. Məhz buna görə də, azad 
ticarət  bloklarına  daxil  olmaq,  yəni  inteqrasiyanın  birinci 
mərhələsinin  tam  səlahiyyətli  iştirakçısı  kimi  fəaliyyət 
göstərmək birbaşa müasir gerçəklikdən doğan nəticədir. 
Hal-hazırda  Azərbaycan  Avrasiya  məkanında  yeganə 
ölkədir ki, eyni zamanda 5 regional qruplaşmada iştirak edir: 
1) Müstəqil Dövlətlər Birliyi (MDB); 
2) İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO); 
3)  Qara  dəniz  hövzəsi  ölkələrinin  iqtisadi  əməkdaşlıq 
təşkilatı; 
4) Türk dövlətlərinin iş birliyi şurası; 
5) GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) 
Bu  bloklardan  heç  birində  real  məzmunlu  inteqrasiya 
prosesləri  getmir,  bununla  yanaşı  istənilən  istiqamətdə  azad 
ticarət  zonalarının  təşkili  ölkənin  xarici  ticarət  əlaqələrinin 
inkişafında  və  onun  strukturunun  təkmilləşdirilməsində  mü-
hüm rol oynaya bilər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə