QəRİbov asəF ƏZİzov anar


Kommersiya fəaliyyətində informasiyanın rolu



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə49/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   112
Beynelxalq ticaret emeliyyatlari

6.3. Kommersiya fəaliyyətində informasiyanın rolu 
 
Artıq qeyd edildiyi kimi, kommersiya fəaliyyətinin mü-
vəffəqiyyəti,  digər  amillərlə  yanaşı,  kommersiya  xidmətlə-
rində bazarda təşəkkül tapmış vəziyyət haqqında dolğun infor-
masiyanın olmasından asılıdır. 
Geniş  mənada  informasiya  dedikdə  hər  hansı  hadisə, 
proses, vəziyyət və s. haqqında məlumatın olması başa düşülür. 
Əmtəə  və  xidmətlər  bazarında  mövcud  vəziyyəti  xarakterizə 
edən məlumatlar kommersiya informasiyasına aid edilir. 
Kommersiya informasiyasının toplanması: 
- əhalinin tələbatının və onu formalaşdıran amillərin; 
- əmtəələrin təklifinin; 
- topdan alıcıların; 
-  müəssisənin  imkanlarının  və  rəqabət  qabiliyyətinin 
öyrənilməsi ilə bağlıdır. 
Əhalinin tələbatı və onu formalaşdıran amillər haqqında 
informasiya  kommersiya  qərarlarının  qəbul  edilməsində  əsas, 
həlledici əhəmiyyətə malikdir. Əhalinin tələbatının öyrənilməsi 
cari  vəziyyətdə  onun  dəyişməsini,  alışın  həyata  keçirilməsinin 
motivlərini, əmtəələrin istehlak xüsusiyyətlərinin və qiymətinin 
alıcıların tələbatına uyğun gəlib-gəlməməsini aşkara çıxarmağa 
imkan verir. 
Əhalinin  tələbatını  müəyyən  edən,  formalaşdıran  amil-
lərə, əsasən, aşağıdakılar aid edilir: 
- əhalinin sayı və tərkibi (cins, yaş, təhsil və s.); 
- əhalinin pul gəlirləri
- milli adət və ənənələr
- əmtələrin mövsümü xarakteri və s. 


107 
 
Bu  amillərin  öyrənilməsi  kommersiya  xidmətlərinin 
işçilərinə alıcılar və onların tələbatı haqqında lazımi informasi-
yaları əldə etmələrinə imkan verir. Alınan informasiyaların təh-
lili satılacaq əmtəələrin çeşidlərinin və onların miqdarının daha 
dəqiq  müəyyən  edilməsinə  şərait  yaradır.  Beləliklə,  alı-cılara 
lazımi olmayan əmtəələrin tədarük edilməsi riski azalır, satışın 
həcmi artır, əmtəə dövriyyəsi sürətlənir. 
Əmtəələrin təklifi haqqında informasiya (istehsal edilən 
əmtəələrin miqdarı, çeşidi, əmtəə ehtiyatları və s.) onlara olan 
tələblərin təkliflərə  nə  qədər uyğun gəldiyini müəyyən etməyə 
imkan verir. Əgər tələb təklifdən çoxdursa, onda ödənilməmiş 
tələbat  yaranır.  Belə  olduqda,  əmtəə  ehtiyatlarının  artırılması 
üçün tədbirlər görmək lazımdır. Təklif tələbi üstələyirsə, demə-
li, ticarət müəssisəsinin anbarında əmtəə artıqlığı yaranıb, baş-
qa sözlə, əmtəə ehtiyatlarının idarə edilməsində və əmtəə çeş-
idlərinin  formalaşmasında  səhvlərə  yol  verilib.  Hər  iki  halda 
əmtəə  istehsalçılarına  istehsal  edilən  əmtəələrin  çeşidlərinin 
dəyişdirilməsi  istiamətində  təsir  göstərilməsi  məqsədəuyğun 
olardı.  Bir  sıra  hallarda  alıcıların  tələbatına  uyğun  gələn 
əmtəələri  təklif  edən  digər  istehsalçıların  (tədarükçülərin) 
xidmətlərindən  istifadə  etmək  də  məqsədəuyğundur.  Ona  görə 
də, müəssisələrin kommersiya xidmətləri müxtəlif əmtəə isteh-
salçıları və digər əmtəə tədarükçüləri haqqında informasiyalara 
malik olmalıdırlar. 
Topdan  satış  müəssisələrinin  əsas  vəzifələrindən  biri 
əmtəələrin  reallaşdırılması  olduğundan,  onların  kommersiya 
xidmətləri  əmtəələrin  topdan  alıcıları  haqqında  geniş  informa-
siyalara  malik  olmalıdırlar.  Bu  informasiyalar  özündə  əm-
təələrin  və  xidmətlərin  topdan  alıcılarının  yerləşdiyi  məkan, 
ixtisaslaşması və digər xüsusiyyətləri haqında məlumatları əks 
etdirməlidir. Bu informasiyaların təhlili topdan satış müəssisə-
lərinə təsərrüfat  əlaqələrinin  təşkili  (yaradılması)  üçün məqbul 
tərəfdaşların seçilməsinə imkan yaradır. 


108 
 
Səmərəli  kommersiya  fəaliyyətinin  həyata  keçirilməsi 
üçün  kommersiya  müəssisələri  özlərinin  potensial  imkanlarmı 
da  müəyyən  etməlidirlər.  Bu  imkanlar  haqqında  informasiya 
daxili  mənbələrdən  (statistik  və  mühasibat  uçotu,  kommersiya 
fəaliyyətinin  operativ  uçotu)  əldə  edilə  bilər.  Bu  informasi-
yalara  əmtəə  tədarükünün  həcmi,  reallaşdırılan  əmtəələrin 
miqdarı,  əmtəə  ehtiyatlarının  həcmi,  çeşidi  və  s.  daxildir.  Bu 
informasiyaların, eləcə də rəqiblərin fəaliyyəti haqqında infor-
masiyaların  təhlili,  ticarət,  müəssisəsinə,  özünün  kommersiya 
xidmətinin  rəqabət  qabiliyyətinin  müəyyən  edilməsinə  imkan 
verməklə  yanaşı,  onların  fəaliyyətinin  vaxtında  korrektə  edil-
məsinə  və  beləliklə  də  bazarda  mövqelərinin  möhkəmlən-
dirilməsinə imkan yaradır. 
Beləliklə,  kompleks  marketinq  tədqiqatları  nəticəsində 
əldə  edilən  informasiyalar,  nəinki  bazarların  mövcud  durumu 
haqqında təsəvvür yaratmağa, eləcə də, gələcək dövrə dair düz-
gün proqnozlar verməyə imkan yaradır. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə