QəRİbov asəF ƏZİzov anar


 Xarici ticarət əlaqələrinin təkmilləşdirilməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   112
Beynelxalq ticaret emeliyyatlari

 
5.5. Xarici ticarət əlaqələrinin təkmilləşdirilməsi 
istiqamətləri 
 
Azərbaycan  Respublikası  dövlət  suverenliyi  əldə 
etdikdən sonra onun xarici iqtisadi fəaliyyət sahəsində sərbəst, 
müstəqil siyasət yeritməsi obyektiv zərurətə çevrilmişdir, digər 
tərəfdən isə bunun üçün zəruri zəminlər yaranmışdır. 


95 
 
Azərbaycan  SSRİ-nin  tərkibində  olduğu  illər  ərzində 
xarici  ölkələrlə,  hətta  sabiq  müttəfiq  respublikalarla  öz  məna-
feyini,  ehtiyac  və  imkanları  baxımından  müstəqil  iqtisadi 
əlaqələr  həyata  keçirmək  imkanına  malik  deyildi.  Azərbaycan 
ərazisində  olan  sənaye  müəssisələrinin  94  faizi  ittifaq-respub-
lika nazirliklərinin tabeliyində idi. Xarici ölkələrlə bütün müqa-
vilələr  müvafiq  ittifaq  nazirlikləri  və  baş  idarələri  tərəfindən 
həyata  keçirilirdi.  Əlbəttə,  belə  bir  şəraitdə  respublika  milli 
iqtisadiyyatının  mənafeyini  tam  nəzərə  alan  xarici  əlaqələrin 
təşkilinə ümid bəsləmək olmazdı. 
Son  dövrlərin  təhlilinə  əsaslanaraq  demək  olar  ki, 
Azərbaycan  dünyanın  bütün  qitələri  ilə  iqtisadi  əlaqələrə 
malikdir. Lakin istehsal olunan məhsulların rəqabət qabiliyyəti 
dünya  bazarlarında  aşağı  olduğuna  görə,  respublika  əsasən 
xammal ixrac edir. 
Dünyanın  iqtisadi  cəhətdən  inkişaf  etmiş  hər  hansı 
ölkəsi  belə  iqtisadi  əlaqə  saxlamadan  inkişaf  edə  bilməz.  Ona 
görə  ki,  sənayenin  əsas  xammalı  olan  təbii  ehtiyatlar  yer 
kürəsinin  bütün  ərazisi  üzrə  bərabər  paylanmamışdır.  Deməli, 
300-dən  çox  sahəni  əhatə  edən  sənayenin  bütün  ölkələrdə 
inkişafı  praktiki  cəhətdən  mümkün  deyildir.  Ona  görə  də, 
ölkələr arasında əlaqələr iqtisadi zərurətə çevrilir. 
Son  vaxtlarda  dünya  ölkələri  arasında  iqtisadi  inteq-
rasiya güclənmişdir. Artıq hər bir ölkənin iqtisadiyyatının inki-
şafı  milli  sərhədlərdən  çıxaraq  dünya  iqtisadiyyatına  qovuşur. 
Deməli,  elə  etmək  lazımdır  ki,  ölkə  dünya  əmək  bölgüsündə 
hazır məhsulla daha çox təmsil olunsun. 
Sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələr  dünya  bazarına 
əsasən hazır məhsul, qabaqcıl mütərəqqi texnologiya, daha çox 
elmi  tutumlu  məhsullar  çıxarır.  Həmin  texnologiyanı  alan 
ölkələr  isə  tez  bir  zamanda  onu  tətbiq  edərək,  milli 
iqtisadiyyatın formalaşmasını sürətləndirirlər. 


96 
 
Azərbaycan  Respublikasının  idxal  və  ixrac  balansının 
təhlili  göstərir  ki,  Azərbaycana  Avstraliya,  Belçika,  Bolqarıs-
tan,  Çin,  Çexiya,  Fransa,  Almaniya,  Macarıstan,  İran,  İsrail, 
İordaniya,  Cənubi  Koreya,  Polşa,  Pakistan,  İsveçrə,  Suriya, 
Birləşmiş  Ərəb  Əmirlikləri,  Türkiyə,  Böyük  Britaniya,  ABŞ 
kimi  güclü  inkişaf  etmiş  ölkələrdən  texniki  tərəqqinin  əsasını 
təşkil edən sənaye sahələrinin məhsulları ilə bərabər, Azərbay-
canda  inkişafı  ölkələr,  iri  iqtisadi  rayonlar  və  milli 
iqtisadiyyatın  ayrı-ayrı  sahələri  arasında  yük  axının  formalaş-
masının amili ictimai əmək bölgüsü çıxış edir ki, bunu da təbii-
coğrafi,  sosial-iqtisadi  və  milli  amillər  şərtləndirir.  İqtisadi 
əlaqələrin  inkişaf  səviyyəsi,  ictimai  əmək  bölgüsünün  dərin-
ləşməsi  və  cəmiyyətin  məhsuldar  qüvvələrinin  inkişafı  ilə 
bilavasitə əlaqədardır. 
İqtisadi  rayonların  kompleks  inkişafı  heç  də  məhdud, 
təcrid  edilmiş  təsərrüfatlar  yaranması  və  rayonlararası  iqtisadi 
əlaqələrin  zəifləməsi  deyildir.  Əksinə,  iqtisadi  rayonların 
kompleks  inkişafı  təbii  ehtiyatlardan  tam  istifadə  etməyə  və 
beləliklə,  xalq  təsərrüfatı  sahələri  arasında  iqtisadi  əlaqələrin 
səmərələşdirilməsinə imkan verir. 
Təhlil  göstərir  ki,  uzun  müddət  ərzində  milli  iqtisadiy-
yatda  iqtisadi  əlaqələr daimi  deyildir, onlar dövri  olaraq  əsaslı 
dəyişikliklərə  uğramaqla,  eyni  zamanda  məhsuldar  qüvvələrin 
yerləşməsində  baş  verən  dəyişiklikləri  əks  etdirir,  əmək 
bölgüsünü dərinləşdirir, daimi olaraq iqtisadi əlaqələrdə iştirak 
edən sahələrin sayı və sahələrarası istehsal əlaqələri artır, bu da 
öz  növbəsində  rayonlararası,  iqtisadi  əlaqələrin  dəyişməsi  ilə 
müşahidə  olunur  və  öz  əksini  nəqliyyat-iqtisadi  əlaqələrin 
səmərələşdirilməsində tapır. 
İqtisadi əlaqələrin dinamikliyi milli iqtisadiyyatın ayrı-
ayrı sahələri, müəssisələr arasında uzun müddətə sabit istehsal 
əlaqələrinin olmasını tələb edir. 


97 
 
İqtisadiyyatda  sahələrarası  proporsiyaların  təkmilləş-
məsi  və  məhsuldar  qüvvələrin  yerləşdirilməsinin  yaxşılaşdırıl-
ması rayonlararası və rayondaxili əlaqələrin səmərələşdirilməsi 
ilə  müşahidə  olunur  ki,  bu  da  səmərəsiz  yükdaşımalarının 
əsaslı  surətdə  ixtisar  edilməsinə  səbəb  olur.  Təbii  və  əmək 
resurslarının səmərəli istifadəsinə əsaslanan ölkələr və iqtisadi 
rayonlararası  əmək  bölgüsü,  ölkələrarası  iqtisadi  əlaqələrin 
xarakterini müəyyən edir. 
Yükdaşımalarının  ümumi  həcmində  neft,  qara  metal 
tikinti, meşə, yeyinti məhsulları yüksək xüsusi çəkiyə malikdir. 
Təbii-iqlim  və  torpaq  şəraiti,  əhalinin  sayı  və  tərkibi, 
mineral,  mineral-xammal  və  yanacaq-energetika  ehtiyatları  ilə 
təmin  olma  dərəcəsi  -  bütün  bunlar  sənayenin  və  kənd 
təsərrüfatının  ixtisaslaşmasını  və  ölkələrarası  əlaqələrin  xarak-
terini müəyyən edir. 
İqtisadi əlaqələr mürəkkəb problem olmaqla, istehsal və 
tədavül  dairəsini  əhatə  edir.  İqtisadi  əlaqələr  geniş  təkrar 
istehsalın ayrılmaz hissəsi olmaqla, istehsalın ixtisaslaşmasının 
təkmilləşməsini,  ərazi-istehsal  komplekslərinin  formalaşması 
və  sürətlə  inkişafını,  istehsalın  səmərəliliyinin  artmasını 
stimullaşdırır.  Deməli,  iqtisadi  əlaqələrin  formalaşması  və 
dəyişilməsi  məhsuldar  qüvvələrin  inkişafı  və  istehsalın 
ixtisaslaşması səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. 
Son  illərdə  Azərbaycanın  nəqliyyat-iqtisadi  əlaqələri 
hazırda müstəqil dövlətlər olan ölkələrlə əhəmiyyətli dərəcədə 
artmışdır. 
İnkişafın tarixi xüsusiyyətləri, müxtəlif təbii və iqtisadi 
şərait,  Azərbaycanın  əlverişli  nəqliyyat-iqtisadi  vəziyyəti  xalq 
təsərrüfatının  müxtəlif  sahələrinin  inkişafı  üçün  olduqca 
əlverişli şərait yaradır. Azərbaycan Avropa ilə Asiyanın kəsiş-
məsində yerləşməklə, məhsuldar qüvvələrin inkişafı və səmərə-
li  nəqliyyat  iqtisadi  əlaqələr  üçün  olduqca  əlverişli  vəziyyətə 
malikdir. 


98 
 
Məhsuldar  qüvvələrin  inkişafının  təbii  ilkin  şərtlərinin 
öyrənilməsi  istehsalı  səmərəli  yerləşdirməyə  və  onun  ərazi 
təşkilini  təkmilləşdirməyə  imkan  verir,  ildən-ilə  müxtəlif  təbii 
ehtiyatların  mənimsənilməsini  gücləndirir.  Onların  bazasında 
öz strukturuna, inkişaf istiqamətinə, ixtisaslaşmasına və miqya-
sına  görə  mürəkkəb  rayondaxili,  rayonlararası  ərazi-istehsal 
komplekslər meydana gəlir. 
Azərbaycan iqtisadi və təbii şəraiti, istehsalın ixtisaslaş-
ması  və  ərazi  təşkilinin  xüsusiyyətləri,  mühüm  məhsul  növlə-
rinin istehlakı nəqliyyat  sisteminin inkişafı və formalaşmasına 
əsaslı təsir etmişdir. İstehsalın və nəqliyyatın qarşılıqlı  əlaqəsi 
birinci  dərəcəli  məsələnin  –  istehsalın  inkişaf  səviyyəsi  ilə 
nəqliyyat  sisteminin  daşıma  qabiliyyəti  arasında  nisbətin 
müəyyən edilməsidir. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə