QəRİbov asəF ƏZİzov anar


Kommersiya riski və onun növləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   112
Beynelxalq ticaret emeliyyatlari

7.2. Kommersiya riski və onun növləri 
 
Risk  -  kommersiya  fəaliyyətinin  ən  mühüm,  vacib 
elementidir.  Vaxtında  risk  etməyi  bacaran  kommersant  çox 
vaxt istəyinə nail olur. 
Risk  -  nəticənin  qeyri-müəyyənliyidir.  Onun  üçün 
gözlənilməzlik, inamsızlıq, müvəffəqiyyət qazanılacağına ümid 
xarakterik cəhətlərdəndir. 
Risk - sahibkarlıq fəaliyyətində baş verə biləcək itkilər-
dir. O, fəaliyyətə "başlamaqdan öncə qəbul edilmiş səhv qərar-
ların və izafi xərclərin nəticəsində baş verən itkilərin cəmi kimi 
qəbul  edilə  bilər.  Risk  inflyasiya,  firmanın  maliyyə  vəziyyə-
tinin  pisləşməsi,  riskli  müqavilələrin  bağlanması,  tərəfdaşlar 
tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, rəqib-
lərin  fəaliyyəti,  daşınma  zamanı  malların  xarab  olması,  təbii 
fəlakətlər, firma işçilərinin  əliəyriliyi  və  s.  nəticəsində meyda-
na  çıxa  bilər.  Bundan  başqa  ölkədə  sosial-siyasi  vəziyyətin 


115 
 
qeyri-stabilliyi  nəticəsində  də  kommersiya  riski  meydana  çıxa 
bilər. 
«Sahibkarlıq və sahibkarlıq fəaliyyəti haqqında»  Azər-
baycan  Respublikasının  Qanununda  qeyd  edilir  ki,  sahibkarlıq 
fəaliyyəti sahibkarın öz maliyyəsi, əmlak cavabdehliyi və riski 
əsasında həyata keçirilir. 
Riskin  nəticələrini  aradan  qaldırmaq  üçün  təcrübə, 
dözümlülüklə yanaşı, kifayət qədər maliyyə vəsaiti də lazımdır. 
Hər  hansı  layihənin,  fəaliyyətin  riskli  olması  sahibkarı 
onun azaldılması yollarmı axtarmağa vadar edir. 
Təcrübə  göstərir  ki,  riskin  aşağı  salınması  üsulları 
aşağıdakılar ola bilər: 
-  həyata  keçirilməsi  nəzərdə  tutulan  işin,  fəaliyyətin 
layihəsinin  hazırlanmasına  təcrübəli  tərəfdaşların,  ortaqların, 
məsləhətçilərin cəlb edilməsi
-  fəaliyyətlə  bağlı  meydana  çıxa  biləcək  əlavə 
problemlərin nəzərə alınması; 
- bazar konyunkturasının dəyişmə meylinin proqnozlaş-
dırılması,  təklif  ediləcək  əmtəəyə,  xidmətə  tələbatın  səviyyə-
sinin öyrənilməsi; 
- riskin tərəfdaşlar arasında bölüşdürülməsi; 
- sığortalama; 
- nəzərdə tutulmayan xərclərin bağlanması üçün ehtiyat 
vəsaitin toplanması. 
Riskin  tərəfdaşlar  arasında  bölüşdürülməsi  o  deməkdir 
ki,  riskə  görə  cavabdehliyi  layihənin  o  üzvü  üzərinə  götürmə-
lidir  ki,  o  başqalarına  nisbətən  riski  daha  yaxşı  hesablaya  və 
nəzarətdə saxlaya bilər. 
Riskin  bölüşdürülməsi  layihənin  maliyyə  planı  və  mü-
qavilənin sənədləri hazırlanarkən reallaşdırılır. Riskin tərəfdaş-
lar arasında bölüşdürülməsi kəmiyyət və keyfiyyətcə ola bilər. 
Riskin  kəmiyyətcə  bölüşdürülməsi  qaydası  (qaydaları) 
həm  kommersiya  müəssisəsinin  Nizamnaməsində  (ortaqlar 


116 
 
arasında),  həm  də  kommersiya  müəssisəsinin  tərəfdaşlarla 
bağladığı müqavilələrdə nəzərdə tutula bilər. 
- riskin keyfiyyətcə bölüşdürülməsi: 
- riskin dərəcəsinin qiymətləndirilməsini
- riskin strategiyasının seçilməsini; 
-  layihənin  dəyərinin  sifarişçi  və  icraçı  tərəfindən 
qiymətləndirilməsini; 
- sifarişçinin və icraçının gəlirinin qiymətləndirilməsini; 
- layihənin xalis dəyərinin müəyyən edilməsini
-  sifarişçinin  və  icraçının  ümumi  riskinin  müəyyən-
ləşdirilməsini nəzərdə tutur. 
Riskin  keyfiyyətcə  bölüşdürülməsi  həmçinin  layihənin 
iştirakçıları  tərəfindən  potensial  investorların  sayının  artırılıb-
azaldılması  haqqında  –  riskin  bir  hissəsinin  investorların 
üzərinə  qoymaq  istəyindən  irəli  gələrək  –  qərarlar  qəbul  edil-
məsini  də  nəzərdə  tutur.  Ancaq  bu  təcrübəli  investorların  cəlb 
edilməsinə  əngəl  törədə  bilər.  Layihənin  iştirakçıları  investor-
larla  riskin  bir  hissəsinin  onların  öz  üzərlərinə  götürmələri  ilə 
bağlı danışıqları olduqca ehtiyatla aparmalıdırlar. 
Riskin əsas növləri aşağıdakılardır: istehsal, kommersi-
ya, maliyyə (kredit), investisiya, bazar. 
İstehsal  riski  məhsulun  istehsalı,  reallaşdırılması, 
işlərin, xidmətlərin həyata keçirilməsi, istənilən istehsal fəaliy-
yətinin həyata keçirilməsi ilə bağlı risklərə deyilir. 
Riskin  bu  növünə  ən  çox  məhsul  istehsalının  və 
reallaşdırılmasının həcminin nəzərdə tutulduğundan az olması, 
material  və əmək məsrəflərinin  planlaşdırıldığından çox olma-
sı,  qiymətlərin  aşağı  düşməsi,  zay  məhsul  buraxılışı,  məhsul-
larda  meydana  çıxan  kənarlaşmalar  (defektlər)  və  s.  təsir 
göstərir 
Kommersiya riski sahibkarlar tərəfindən alınmış malla-
rın reallaşdırılması və xidmətlər göstərilməsi zamanı meydana 
çıxır.  Buna  görə  də  kommersiya  fəaliyyətində  həmişə  alınan 


117 
 
malların qiymətlərinin əlverişsiz dəyişməsi (qalxması), qiymət-
lərin  (satış)  aşağı  düşməsi,  tədavül  zamanı  mal  itkisi,  tədavül 
xərclərinin artması amilləri nəzərə alınmalıdır. 
Maliyyə  riski  maliyyə  sahibkarlığı  həyata  keçirilən  za-
man və ya maliyyə əməliyyatları aparılan zaman meydana çıxa 
bilər.  Maliyyə  riskinə  digər  risklərə  təsir  göstərən  amillərdən 
başqa  həmçinin  tərəflərdən  birinin  ödəniş  qabiliyyətli  olma-
ması, valyuta-pul əməliyyatlarına qoyulmuş məhdudiyyətlər və 
s.də təsir göstərir. 
İnvestisiya  riskinə  səbəb  özünün  və  cəlb  edilmiş  qiy-
mətli  kağızlardan  təşkil  olunmuş  investisiya-maliyyə  portfeli-
nin qiymətdən düşməsi ola bilər. 
Bazar riski milli pul vahidinin və ya xarici valyuta kurs-
larının  bazar  faiz  dərəcələrinin,  eləcə  də  onların  hər  ikisinin 
eyni  zamanda  mümkün  olan  dəyişmələri  (artıb-azalmaları)  ilə 
əlaqədardır. 
İstənilən  risk  anlaşma  (müqavilə)  üzrə  tərəfdaşlardan 
asılıdır. Layihənin həyata keçirilməsində iştirak edəcək tərəfd-
aşlar seçilərkən mütləq risk təhlil olunmalıdır. 
Riski  təhlil  edərkən  aşağıdakıları  həyata  keçirmək  la-
zımdır: 
-  riskin  konkret  növünü  artıran  və  azaldan  daxili  və 
xarici amillər aşkar edilməlidir
- aşkar edilən amillər təhlil edilməlidir; 
-  riskin  konkret  növü  iki  cür  yanaşma  üzrə  maliyyə 
cəhətdən  qiymətləndirilməlidir:  layihənin  maliyyə  təminatının 
müəyyənləşdirilməsi,  iqtisadi  məqsədəuyğunluğun  müəyyən 
edilməsi  (sərf  edilmiş  maliyyə  vəsaitlərinin  səmərəliliyinin 
müəyyən edilməsi); 
- riskin yol verilə biləcək həddinin müəyyən edilməsi
- riskin seçilmiş səviyyəsi üzrə ayrı-ayrı əməliyyatların 
təhlil edilməsi; 
- riskin aşağı salınması üzrə tədbirlərin hazırlanılması. 


118 
 
Kommersiya  fəaliyyətində  risk  nəticəsində  meydana 
çıxan  itkilər  material,  əmək,  maliyyə,  vaxt  itkisi,  xüsusi  növ 
itkilərə ayrılır. 
Material  itkiləri  -  layihədə  nəzərdə  tutulmayan  xərclər 
və  ya  digər  birbaşa  material  itkiləridir  (binaların,  qurğuların, 
ötürücü vasitələrin, məhsulların, yarımfabrikatların, materialla-
rın,  xammalın,  komplektləşdirici  hissələrin  itkisi)  -  natural 
şəkildə. 
Əmək  itkiləri  -  təsadüfi  və  ya  qabaqcadan  nəzərdə 
tutula bilinməyən səbəblərdən baş verən iş vaxtı itkiləridir. 
Maliyyə  itkiləri  -  birbaşa  pul  itkiləri  nəticəsində  mey-
dana  çıxır  (məsələn,  maliyyə  planında  nəzərdə  tutulmayan 
cərimələrin,  ödəmələrin,  vaxtı  keçmiş  kreditlərin,  əlavə  vergi-
lərin,  pul  itkilərinin  və  ya  qiymətli  kağız  itkilərinin  nəticə-
sində). Bu itkilər həmçinin alınacaq pulların verilməməsi və ya 
qismən verilməməsi, borcların qaytarılmaması və s. nəticəsində 
də meydana çıxa bilər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə