QəRİbov asəF ƏZİzov anar


Kommersiya - vasitəçilik fəaliyyəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə55/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   112
Beynelxalq ticaret emeliyyatlari

7.3. Kommersiya - vasitəçilik fəaliyyəti 
 
Beynəlxalq  təcrübə  göstərir  ki,  kommersiya  fəaliyyəti 
zamanı  əmtəə  mübadiləsinin  yarıdan  çoxu  istehsalçılardan  və 
alıcılardan  heç  bir  asılılığı  olmayan  müstəqil  ticarət  firmaları, 
təşkilatları və şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, əm-
təə  dövriyyəsinin  xeyli  hissəsi  istehsalçılarla  alıcılar  arasında 
fəaliyyət  göstərən  firmalar,  təşkilatlar  və  şəxslər  tərəfindən 
təmin edilir. Kommersiya nöqteyi-nəzərindən, beynəlxalq tica-
rət təcrübəsində geniş yayılmış bu fəaliyyət «vasitəçilik fəaliy-
yəti», onu həyata keçirənlər isə «ticarət vasitəçiləri» adlanır. 
Əmtəələrin  reallaşdırılması  prosesinə  vasitəçilərin  cəlb 
edilməsi  ticarət  əməliyyatlarının  səmərəliliyinin  artırılması 
məqsədi güdür. 


119 
 
Vasitəçilərə  əlavə  haqq  ödənilməsinə  baxmayaraq  aşa-
ğıdakı amillər hesabına əməliyyatların səmərəliliyi artır: 
-  vasitəçilərin  cəlb  edilməsi  əmtəələrin  satış  operativli-
yini artırır və beləliklə də kapitalın dövranını sürətləndirməklə 
mənfəətin artırılmasına şərait yaradır; 
- vasitəçilər alıcalara daha yaxında olduqlarından bazar 
konyukturasının  dəyişməsinə  daha  operativ  reaksiya  verirlər, 
bu  isə  satıcıların  əmtəələrini  daha  əlverişli  şəraitdə  reallaşdır-
mağa imkan verir; 
-  vasitəçilərin  cəlb  edilməsi  malların  göndərilmə  müd-
dətinin azaldılması, satış qabağı servisin təşkili və texniki xid-
mətin  göstərilməsi  vasitəsilə  malların  rəqabət  qabiliyyətinin 
artırılmasına şərait yaradır; 
-  bir  sıra  vasitəçilər  satıcılara  avans  verir,  satış  kanal-
larının yaradılmasını və fəaliyyətini maliyyələşdirir və beləliklə 
də,  satıcıların,  tədavül  dairəsinə  sərf  edilməsi  nəzərdə  tutulan 
vasitə qənaət etmələrinə imkan yaradır; 
- vasitəçilər son istehlakçılara daha yaxında olduqların-
dan, əmtəələrin keyfiyyəti və rəqabət qabiliyyəti haqqında daha 
dürüst informasiyaya malik olurlar
- müəyyən növ əmtəələrin kütləvi satışı ilə məşğul olan 
vasitəçilərlə iş birliyinin yaradılması əmtəə vahidi üzrə tədavül 
xərclərinin azaldılmasına şərait yaradır. 
Beynəlxalq  təcrübədə  vasitəçilərin  aşağıdakı  növlərinə 
rast gəlinir: 
- sadə vasitəçilər; 
- etibar edilənlər; 
- komissionerlər; 
- konsiqnatorlar; 
- ticarət agentləri; 
- satış vasitəçiləri. 
Sadə vasitəçilərə o ticarət  firmaları, təşkilatları, şəxslər 
aid  edilir  ki,  onlar  bir-biri  ilə  alqı-satqı  əməliyyatlarında  ma-


120 
 
raqlı  olan  satıcı  və  alıcıları  axtarıb  tapır,  onlar  arasında  əlaqə 
yaradır,  özləri  isə  alqı-satqı  prosesində  nə  öz  adları,  nə  də 
vəsaitləri ilə iştirak etmirlər. Belə vasitəçilərə brokerlər deyilir. 
Öz  xidmətlərinə  görə  brokerlər  satıcılardan,  bəzi  hallarda  isə 
həm də alıcılardan müəyyən haqq alırlar. 
Etibar  edilənlər:  Bu  növ  vasitəçilərlə  iş  birliyi  yaradan 
satıcılar  və  alıcılar  «etibar  edənlər»,  vasitəçilər  isə  «etibar 
edilənlər»  adlanır.  Bu  vasitəçilik  növü  münasibətlərin  tapşırıq 
müqavilələri əsasında qurulmasını nəzərdə tutur. «etibar edən-
lər»  bu  və  ya  digər  alqı-satqı  əməliyyatlarının  həyata  keçiril-
məsi  üçün  «etibar  edilənlərə»  tapşırıqlar  verirlər.  Tapşırıq 
müqavilələrində ən əsas məsələ əməliyyatların kommersiya və 
texniki  şərtlərinin  razılaşdırılmasına  «etibar  edilənlər»in  səla-
hiyyətlərinin həddinin müəyyən edilməsidir. 
Komissionerlər:  Beynəlxalq  ticarətdə  komissiya  müqa-
vilələri  geniş  yayılmışdır.  Bu  müqavilələrə  əsasən
 
«komis-
sioner»lər  (vasitəçilər)  tərəfdaşların  axtarılmasında,  öz  adın-
dan,  ancaq  «komitentlər»in  (satıcıların  və  ya  alıcıların)  hesa-
bına onlarla müqavilələr bağlamaq hüququna malik olurlar. Bu 
müqavilələrdə  də  əsas  məsələ  əməliyyatların  kommersiya  və 
texniki şərtlərinin razılaşdırılmasında komissionerlərin səlahiy-
yət həddinin müəyyən edilməsidir. Çox vaxt bu müqavilələrdə 
nəzərdə tutulur ki, komissioner müqavilələrin əsas şərtlərindən 
olan  alqı-satqının  həcmi,  əmtəənin  göndərilmə  müddəti,  əm-
təələrin  qiyməti,  kreditləşdirmə  şərtləri  və  s.  kimi  məsələlərin 
həll  edilməsi  üçün  komissioner  hər  dəfə  komitentlə  məsləhət-
ləşməlidir. 
Üçüncü  şəxslərlə  münasibətdə  komissionerlər  satıcı 
qismində  çıxış  edirlər.  Komissionerlər  komitentlərin  onların 
sərəncamına verdikləri malların qorunub saxlanmasında cavab-
dehlik  daşıyırlar.  Buna  görə  də  komissiya  müqavilələri  çox 
vaxt  malların  komissionerlər  tərəfindən  komitentlərin  xeyrinə 
sığortalanmasını da nəzərdə tutur. Komissionerlər öz səlahiyyət 


121 
 
hədlərinin  aşılması  nəticəsində  komitentlərə  dəyən  zərərin 
ödənilməsində  borcludurlar.  Eyni  zamanda  onlar,  əgər  komis-
siya  müqaviləsində  nəzərdə  tutulmayıbsa,  üçüncü  tərəfin  öz 
üzərinə  götürdükləri  öhdəliklərin  yerinə  yetirilməməsi  üçün 
cavabdeh deyillər. 
Komissiya  müqavilələrində  vasitəçilik  fəaliyyəti  üçün 
komissionerə  ödəniləcək  haqqın  miqdarı  (məbləği)  razılaşdı-
rılır. 
Konsiqnatorlar:  Komissiya  müqavilələrinin  ən  geniş 
yayılmış forması əmtəələrin konsiqnasiya şərtləri əsasında real-
laşdırılmasıdır. Konsiqnasiya şərtlərinə görə satıcı (konsiqnant) 
öz mallarının bazarda müəyyən (razılaşdırılmış) müddət ərzin-
də  reallaşdırılması  üçün  vasitəçinin  (konsiqnatorun)  anbarına 
göndərir.  Konsiqnator  mallar  reallaşdırıldıqca  onların  haqqını 
hiss-hissə satıcıya ödəyir. Razılaşdırılmış müddət ərzində real-
laşdırıla bilinməyən əmtəə qalığını konsiqnator konsiqnata qay-
tara bilər. 
Konsiqnasiya müqaviləsi həmçinin satılmayan malların 
qismən qaytarılmasını və ya tamamilə qaytarılmamasını da nə-
zərdə tuta bilər. Bu hallarda konsiqnator satılmamış əmtəə qalı-
ğının razılaşdırılmış miqdarını almağa borcludur. 
Ticarət  agentləri:  İnkişaf  etmiş  qərb  ölkələrində  agent-
lərə o firmaları, təşkilatları və şəxsləri aid edirlər ki, onlar alıcı-
lar və ya satıcılarla bağladıqları müqavilələr əsasında alqı-satqı 
müqavilələrinin imzalanmasına yardım etmək hüququ qazanır-
lar.  Agentlər  o  vasitəçilərdir  ki,  onlarla  münasibətlər  tapşırıq 
müqavilələri və ya sadə vasitəçilik əsasında qurulur. 
Agentlər  istehsalçılardan  və  ya  satıcılardan  əmtəə  al-
mırlar, onlar istehsalçı  və  ya satıcının nümayəndəsi  kimi  satış 
(alış)  prosesini  həyata  keçirirlər.  Bu  zaman  satıcılar  malların 
reallaşdırılması  şərtlərini  və  onların  qiymətləndirilməsi  hüqu-
qunu özlərində saxlayırlar. 


122 
 
Satış  vasitəçiləri  (tacirlər,  distribyutorlar):  Beynəlxalq 
ticarətin  əsas  hissəsi  malların  təkrar  satışı  ilə  məşğul  olan 
müstəqil  ticarət  firmaları  tərəfindən  həyata  keçirilir.  Onların 
sadə vasitəçilərdən və etibar edilənlərdən fərqi ondan ibarətdir 
ki,  istər  satıcılar,  istərsə  də  alıcılarla  alqı-satqı  müqavilələrini 
öz adlarından və öz hesablarına imzalayırlar. 
Agent müqavilələrində, həmçinin distribyutorlarla razı-
laşmalarında satılacaq malların siyahısı, satılacaq ərazi, bazar-
da iş şəraiti, satışın illik həcminin miqdarı razılaşdırılır. Ticarət 
firmaları aşağıdakıları da öz üzərlərinə götürə bilərlər: 
- bazar konyukturunun öyrənilməsini və  bu haqda satı-
cıların (alıcıların) məlumatlandırılmasını; 
- satıcının və onun mallarının reklamını; 
- əmtəə ehtiyatları üçün anbarın saxlanmasını; 
-  əmtəələrin  satış  qabağı  servisini  və  təkmilləşdiril-
məsini; 
-  regionlar  üzrə  distribyutorları  və  dilerləri  (son  satıcı-
ları) özünə daxil edən stabil fəaliyyət göstərən satış şəbəkəsinin 
yaradılmasını; 
- satış  şəbəkəsinin bütün həlqələrində maşın və  texniki 
əmtəələrə texniki xidmətin təşkilini. 
Satıcı üçün ticarət firmasının işinin necə təşkil edilməsi 
xüsusi  əhəmiyyət  kəsb  edir,  çünki  malların  satışının  həcmi 
xeyli dərəcədə satışın təşkilindən asılıdır. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə