QəRİbov asəF ƏZİzov anar


Satış və onun əsas funksiyaları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   112
Beynelxalq ticaret emeliyyatlari

7.4. Satış və onun əsas funksiyaları 
 
Bazar  iqtisadiyyatı  şəraitində  müəssisələrin  səmərəli 
fəaliyyət  göstərməsi xeyli dərəcədə istehsal edilən məhsulların 
necə satılmasından asılıdır. Satış- istehsal edilmiş malların pula 
çevrilməsi  və  istehlakçılırın  tələbatlarının  ödənilməsi  prosesi-
dir.  Yalnız  istehsal  edilmiş  əmtəələrin  satılması  və  mənfəət 


123 
 
alınması  yolu  ilə  müəssisə  son  məqsədinə  çatır  -  sərf  edilmiş 
kapital pul formasını alır. 
İnkişaf  etmiş  ölkələrdə  sənaye  müəssisələrinin,  firma-
ların kommersiya fəaliyyətində satışın xüsusi çəkisi ilbəil artır. 
Özünün rəvan fəaliyyət göstərən satış şəbəkəsini yaratmış olan 
müəssisələr  rəqabət  mübarizəsində  daim  öncül  mövqelərdə 
olurlar. Bir çox müəssisələr həm də özlərinin şəxsi satış kanal-
larına  malik  olurlar  (məsələn,  firma  mağazaları,  bölüşdürmə 
mərkəzləri,  neft  emalı  zavodlarının  benzindoldurma  məntəqə-
ləri və s.). 
Sənaye  müəssisələrində  istehsal  edilmiş  əmtəələrin 
satışından  əvvəl  bazarların  öyrənilməsi,  əmtəələrin  işlənməsi, 
onun  satış  qiymətinin  müəyyən  edilməsi,  əmtəə  çeşidinin 
müəyyən  edilməsi,  əmtəələrin  bazara  çıxarılması  kanallarının 
müəyyən  edilməsi,  satışın  stimullaşdırılması  məqsədləri  ilə 
marketinq  tədqiqatları  aparılması  zəruridir.  Əmtəə  istehsalçısı 
təkcə  mal  göndərən  rolu  oynamaması,  eyni  zamanda  daim, 
müntəzəm  surətdə  satış  fəaliyyətini  təhlil  etməli  və  yeni  satış 
formları tətbiq etməlidir. 
Satışın
 
əsas funksiyaları aşağıdakılardır: 
-  alıcı  ilə  alqı-satqı  müqavilələrinin  imzalanması  ilə 
nəticələnən qarşılıqlı kommersiya münasibətlərinin qurulması; 
- satış proqramının işlənməsi
-  mal  göndərilməsi  üzrə  qrafiklərin  tərtibi  və  malların 
alıcılara göndərilməsi; 
- satılmış malın uçotunun aparılması; 
- alıcılar tərəfindən alınmış malların haqqının ödənilmə-
sinə və alıcının alıcılıq qabiliyyətinə nəzarət. 
Özünün  firma  mağazalarına  malik  olan  sənaye  müəs-
sisələri, qeyd edilənlərdən əlavə olaraq, həm də pərakəndə satış 
üzrə kommersiya funksiyasını yerinə yetirir və satışın spesifik 
metodlarmı tətbiq edir. 
 


124 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə