QəRİbov asəF ƏZİzov anar


 Xarici ticarət əlaqələrində gömrük nəzarəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   112
Beynelxalq ticaret emeliyyatlari

5.4. Xarici ticarət əlaqələrində gömrük nəzarəti 
 
Məlumdur  ki,  gömrük  nəzarətinin  müxtəlif  formaları  var 
və  onlardan  biri  də  «gömrük  statistik  nəzarəti  və  təhlil» 
formasıdır. 
Bu nəzarət funksiyası gömrük statistikasına aid olmaqla 
xarici  ticarət  dövriyyəsi,  sərnişin  dövriyyəsi,  xüsusi  nəzarət 
obyektlərini  (bəyanetmənin,  gömrük  ödənişlərinin,  valyuta 
nəzarətinin,  müsadirə  olunmuş  malların,  beynəlxalq  poçt 


91 
 
göndərişlərinin və s.) əhatə etməklə, o əksini «gömrük statistik 
nəzarəti və təhlil» formasında tapır. 
Gömrük  statistikasının  nəzarət  və  təhlil  obyektlərinin 
strukturu aşağıdakı şəkildə təsvir olunan sxem üzrə verilir: 
 
 
 
 
 
 
Ölkənin  xarici  ticarət  dövriyyəsi  idxal  və  ixrac  olunan 
malların miqdar və dəyər vahidilə ifadəsindən, habelə idxal və 
ixracın coğrafi istiqamətindən («mal-ölkə», «ölkə-mal») ibarət-
dir. 
Bu dövriyyəyə statistik nəzarət  xarici  ticarətin  gömrük 
statistikası  əsasında  aparılır  və  Azərbaycan  Respublikasının 
xarici  ticarətinin  gömrük  statistikası  onun  gömrük  ərazisində 
qüvvədə  olan  hüquqi-normativ  aktlarla  tənzimlənir.  Digər 
ölkələrlə  ticarət-iqtisadi  münasibətlərin  vəziyyətini  və  ümumi 
dinamikasını təhlil etməklə aşağıdakı məsələləri həll edir: 
-  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
malların  və digər əşyaların  keçirilməsi  haqqında məlumatların 
uçotunun tam və düzgün aparılmasını; 
- Məlumat təminatı və məlumat bankının yaradılmasını; 
-  respublikanın  xarici  iqtisadi  siyasətinin  müəyyən 
edilməsi və təkmilləşdirilməsi üçün; 
-  dövlət  idarəetmə  orqanları  və  digər  strukturların 
özlərinin  funksiyalarına  aid  səlahiyyətləri  daxilində  müvafiq 
qərarların qəbul edilməsi üçün
-  icra  hakimiyyəti  orqanlarında,  dövlətlərarası  ticarət 
danışıqları  və  operativ-kommersiya  işi  üzrə  materialların 
hazırlanması üçün; 


92 
 
-  xarici  ticarət  əlaqələrində  tarif  və  qeyri-tarif  tənzim-
lənməsi tədbirlərinin yerinə yetirilməsinə nəzarət üçün; 
- daxili bazar konyukturunun təhlili üçün; 
- valyuta nəzarəti tədbirlərinin aparılması üçün; 
- ticarət və tədiyə balansının ayrı-ayrı maddələrinin tər-
tib edilməsi üçün
-  xarici  ticarətin  inkişaf  meyllərinin,  ixrac  və  idxal 
strukturunun mal axınının dinamikasının və s. təhlili üçün. 
Azərbaycan  Respublikasının  gömrük  statistikasında 
xarici  ticarət  üzrə  uçotun  «ümumi»  sistemi  əsasında  malların 
idxal  və  ixracının  uçotu  aparılır.  Bu  zaman  respublikanın 
gömrük  ərazisinə  gətirilən  və  ya  bu  ərazidən  aparılan  bütün 
mallar uçota alınır. 
Gömrük  statistikasının  «ümumi»  uçot  sistemində 
aşağıdakı kateqoriyadan olan mallar nəzərə alınır: 
Azərbaycan Respublikasına mal gətirmədə: 
- sərbəst dövriyyə üçün gətirilmiş mallar
- təkrar idxal olunmuş mallar; 
- gömrük ərazisində emal etmək üçün gətirilmiş mallar; 
-  gömrük  ərazisindən  kənarda  emal  edildikdən  sonra 
gətirilmiş mallar;  
-  gömrük  nəzarəti  altında  emal  etmək  üçün  gətirilmiş 
mallar; 
- Azərbaycan Respublikası ərazisinə təkrar ixrac rejimi-
nə müvafiq gətirilmiş mallar; 
-  Azərbaycan  Respublikasının  dövlət  ərazisinə  azad 
ticarət zonası və sərbəst anbarlara gətirilmiş mallar; 
-  sahibi  tərəfindən  dövlətin  xeyrinə  imtina  edilən 
mallar; 
- rüsumsuz ticarət mağazalarına gətirilmiş xarici mallar
-  bir  il  və  ondan  çox  müddətə  respublikanın  ərazisinə 
müvəqqəti gətirilmiş mallar. 
Azərbaycan Respublikasından mal göndərmədə: 


93 
 
-  ixrac-gömrük  rejiminə  müvafiq  olaraq  göndərilmiş 
mallar; 
-  sərbəst  dövriyyə  üçün  gətirilmiş,  sonradan  isə  ixrac-
gömrük rejiminə müvafiq olaraq Azərbaycan Respublikasından 
göndərilmiş mallar; 
- gömrük ərazisində emal edildikdən sonra göndərilmiş 
mallar; 
- gömrük nəzarəti altında emal edildikdən sonra göndə-
rilmiş mallar; 
-  gömrük  ərazisindən  kənar  emal  edilmək  üçün 
göndərilmiş mallar; 
- Azərbaycan Respublikası ərazisindən təkrar ixrac reji-
minə müvafiq göndərilmiş mallar; 
-  Azərbaycan  Respublikasının  ərazisindən  kənara  azad 
ticarət zonası və sərbəst anbarlardan göndərilmiş mallar
-  rüsumsuz  ticarət  mağazalarından,  Azərbaycan 
Respublikasının ərazisindən kənara göndərilmiş Azərbaycan və 
xarici ölkə malları; 
- bir il və ondan çox müddətə respublikanın ərazisindən 
müvəqqəti göndərilmiş mallar; 
Lakin  aşağıdakı  gömrük  rejimləri  altında  yerləşdirilən 
malların  uçotu  xarici  ticarətin  gömrük  statistikasında  nəzərə 
alınmır: 
-  Azərbaycan  Respublikası  ərazisindən  tranzitlə  keçən 
mallar; 
- gömrük anbarı rejimi altında yerləşdirilən mallar; 
-  bir  il  və  ondan  çox  icarə  müddətinə  malik  və  bu 
müddət  istisna olmaqla, müvəqqəti idxal (ixrac) rejimi altında 
gətirilmiş (aparılmış) mallar; 
-  Azərbaycan  Respublikası  ərazisində  məhv  etmə 
rejiminə uyğun olaraq məhv edilən xarici mallar; 


94 
 
- aparılması nəzərdə tutulan və şəxs tərəfindən dövlətin 
xeyrinə  maldan  imtina  gömrük  rejimi  və  məhv  etmə  gömrük 
rejimi altında yerləşdirilərək məhv edilən mallar. 
Digər  tərəfdən  isə  aşağıdakı  mallar  qrupu  da  nəzərə 
alınmır: 
-  tədavüldə  olan  və  bank  müəssisələrinin  qarşılıqlı  he-
sablaşmaları  tənzimləmək  üçün  mübadilə  etdikləri  valyuta  (o 
cümlədən monetar qızıl); 
- girov əşyaları və öhdəliyi təmin edən digər vasitələr
-  dəyəri  statistik  müşahidə  həddini  (statistik  poroq) 
keçməyən mallar; 
-  Maliyyə  Nazirliyi  və  ya  Mərkəzi  Bankın  təsdiqedici 
sənədi  əsasında  gətirilən  qanuni  tədiyyə  vasitələrindən  olan 
valyuta  banknotları,  rəsmi  dövlət  sənəd  blankları,  habelə 
vətəndaş pasportları və qiymətli kağızlar; 
- xarici ölkələrin, beynəlxalq dövlətlərarası təşkilatların, 
bu təşkilatların xarici ölkə nümayəndəliklərinin, diplomatik və 
konsulluq  nümayəndəliklərin  rəsmi  (xidməti)  istifadələri  üçün 
olan  mallar;  dövlət  başçısına,  dövlət  orqanlarına,  hökumət  və 
parlament üzvlərinə verilən hədiyyələr; 
-  Azərbaycan  Respublikasının  xaricdəki  nümayəndə-
likləri üçün gömrük ərazisindən çıxarılan mallar. Xarici inves-
tisiyaya  qoyulmuş  müəssisələrinin  əcnəbi  işçilərinin  yalnız  öz 
ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə