QəRİbov asəF ƏZİzov anar


Kommersiya fəaliyyəti subyektlərinin təşkilati-



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə48/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   112
Beynelxalq ticaret emeliyyatlari

6.2. Kommersiya fəaliyyəti subyektlərinin təşkilati-
hüquqi formaları. 
 
Əmtəə  və  xidmətlər  bazarında  kommersiya  fəaliyyəti 
ilə  müxtəlif  təşkilati-hüquqi  formalı  müəssisələr  və  təşkilatlar 
(hüquqi  şəxslər)  məşğul  olurlar.  Azərbaycan  Respublikasının 
qanunlarına  görə  mülkiyyətində  təsərrüfat  fəaliyyətini  həyata 
keçirmək və operativ idarə etmək üçün müəyyən əmlakı olan, 
öz öhdəliklərinə cavabdeh olan müəssisə və təşkilatlar hüquqi 
şəxs  hesab  olunurlar.  Belə  müəssisə  və  təşkilatlar  öz  adından 
əmlak və şəxsi qeyri-əmlak hüququ ala bilərlər, fəaliyyətlərinin 
nəticələrinə  görə  məsuliyyət  daşıyırlar,  məhkəmədə  vəsatət 
qaldıra  bilərlər,  eləcə  də  cavabdeh  rolunda  çıxış  edə  bilərlər. 
Hüquqi şəxslər sərbəst balansa və smetaya malik olmalıdırlar. 
Hüquqi  şəxsin  hüquq  və  vəzifələri  onun  təsis  sənədlə-
rində  nəzərdə  tutulan  fəaliyyət  məqsədlərinə  və  növlərinə  uy-
ğun gəlməlidir. Bununla yanaşı, bəzi fəaliyyət növləri ilə məş-
ğul  olmaq  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 
əlavə olaraq xüsusi icazə (lisenziya) alınmalıdır. 
Hüquqi  şəxs  müəyyən  olunmuş  qaydada  Azərbaycan 
Respublikası  Vergilər  Nazirliyində  qeydiyyatdan  keçdikdən 
sonra  yaradılmış hesab olunur. Beləliklə, hüquqi  şəxs  - müəs-
sisə (firma) - mənfəət əldə etmək, ictimai tələbatı ödəmək üçün 
məhsul  istehsal  etmək,  işləri  yerinə  yetirmək,  xidmət  göstər-
mək məqsədi ilə  yaradılan sərbəst təsərrüfat subyektidir. Müə-
ssisə  öz  fəaliyyətini  sərbəst  həyata  keçirir,  vergilər  və  digər 
öhdəliklər  yerinə  yetirildikdən  sonra  mənfəətin  sərbəst  qalan 
hissəsindən özü istədiyi kimi istifadə edir. 
Müəssisələrin  əsas  vəzifələri  istehsal  etdikləri  məhsul-
lara,  yerinə  yetirdiyi  işlərə  və  həyata keçirdiyi  xidmətlərə icti-
mai  tələbatı  ödəməkdən,  mənfəət  əldə  etməkdən  və  bunun 
əsasında kollektivin sosial-iqtisadi tələbatını ödəməkdən, büdcə 
və  digər  təsərrüfat  subyektləri  ilə,  istehlakçılarla,  banklarla  və 


103 
 
s.  qarşılıqlı  əlaqələr  yaratmaqdan  və  onları  tənzim  etməkdən 
ibarətdir. 
Təsərrüfat  fəaliyyətini  həyata  keçirmək  üçün  müəssisə 
öz əmlakını formalaşdırmalıdır. Bu əmlak müəssisənin öz mül-
kiyyətində  ola  bilər  və  ya  təsərrüfat  fəaliyyətini  həyata  keçir-
mək  üçün  ona  verilə  bilər  (dövlət  tərəfindən,  icarə  müqaviləsi 
əsasında və s.) . 
Müəssisənin  əmlakının  (mülkiyyətinin)  mənbələri  aşağı-
dakılardır: 
- müəssisənin təsisçilərinin maddi və pul vəsaitləri; 
-  məhsulun,  işlərin  və  xidmətlərin  reallaşdırılmasından 
əldə edilən gəlir; 
- qiymətli kağızlar və onların satışından alınan gəlirlər; 
-  müxtəlif  səviyyəli  büdcələrdən  alınan  dotasiyalar  və 
kapital qoyuluşları; 
- əvəzsiz ödəmələr və xeyriyyəçilərin ödəmələri
-  digər  müəssisə  və  təşkilatların,  habelə  vətəndaşların 
ianələri; 
-  müsabiqə,  auksion,  tender  vasitəsilə  dövlət  mülkiy-
yətinin satın alınması; 
-  səhmləşdirmə  vasitəsilə  dövlət  mülkiyyətinin  alın-
ması; 
- qanunvericiliklə qadağan olunmayan digər mənbələr. 
Qanunvericiliyə  uyğun  olaraq  şəxsi  mülkiyyətdə,  döv-
lət,  bələdiyyə  mülkiyyətində,  habelə  ictimai  və  dini  təşkilat-
ların  mülkiyyətində  olan  müəssisələr  yaratmaq  və  onların 
fəaliyyətini təşkil etmək olar. Mülkiyyət formasından asılı ola-
raq  milli  iqtisadiyyatda  fəaliyyət  göstərən  müəssisələrin  aşa-
ğıdakı  formaları  vardır:  fərdi  (şəxsi,  ailə)  müəssisələr;  dövlət, 
bələdiyyə müəssisələri, habelə şəxsi, dövlət, bələdiyyə mülkiy-
yətləri;  xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinin,  ictimai 
təşkilatların  mülkiyyəti  əsasında  formalaşan  qarışıq  müəs-
sisələr. 


104 
 
Fərdi  (şəxsi,  ailə)  müəssisələr  vətəndaşların  şəxsi  mül-
kiyyəti  əsasında  təsis  edilir.  İqtisadi  cəhətdən  inkişaf  etmiş 
ölkələrdə bu tipli müəssisələrin xüsusi çəkisi yüksəkdir. 
Fərdi  mülkiyyətə  əsaslanan  müəssisələrin  aşağıdakı 
üstün cəhətləri vardır: 
- təşkili sadədir; 
- tam müstəqildirlər; 
- fəaliyyət azadlığına və çevikliyinə malikdirlər
- yüksək maddi maraq motivlərinə cavab verirlər; 
- az təşkilat xərcləri tələb olunur
- dəyişən şəraitə daha tez uyğunlaşırlar və s. 
Bu  tipli  müəssisələrin  mənfi  cəhətinə  aşağıdakılar  aid 
edilə bilər: 
-  iri  həcmli  kapital  qoyuluşlarının  cəlb  edilməsinin 
çətinliyi; 
- fəaliyyət müddətinin qeyri-müəyyənliyi; 
- borclar üzrə cavabdehliyin qeyri-məhdudluğu; 
-  menecment  ixtisaslaşmasının  çatışmazlığı.  İcarə 
müəssisələri  mülkiyyət  (əmlak)  sahibi  ilə  (icarəyə  verənlə) 
mülkiyyəti  icarəyə  götürənlər  (icarədarlar)  arasında  bağlanan 
icarə müqavilələri əsasında yaradılır. İcarə müqavilələri müəy-
yən müddəti əhatə edir və icarəyə götürülən mülkiyyət (əmlak) 
müqabilində mülkiyyət (əmlak) sahibinə müəyyən haqq ödənil-
məsini nəzərdə tutur. 
Dövlət müəssisələri dövlət hakimiyyət orqanları tərəfin-
dən yaradılır. Dövlət müəssisələrinin mülkiyyəti dövlət büdcəsi 
və  ya digər dövlət  müəssisələrinin  vəsaiti,  əldə edilən gəlirləri 
vasitəsilə formalaşdırılır. 
Bələdiyyə  müəssisələri  yerli  hakimiyyət  orqanları  tərə-
findən  yaradılır.  Bu  tipli  müəssisələrin  mülkiyyəti  də  müvafiq 
səviyyəli  büdcə  vəsaitləri  və  ya  digər  bələdiyyə  müəssisə-
lərinin vəsaiti, əldə etdikləri gəlirləri hesabına formalaşdırılır. 


105 
 
Bilavasitə kommersiya fəaliyyəti ilə məşğul olan müəs-
sisələrin  isə  aşağıdakı  formaları  vardır:  fərdi  sahibkarlıq  fir-
ması, tərəfdaşlıq (yoldaşlıq), korporasiya. 
Fərdi  sahibkarlıq  firması  -  sahibinin  öz  maraqları  na-
minə  sərbəst  surətdə  təsərrüfat  fəaliyyəti  göstərdiyi  müəs-
sisədir. Fərdi sahibkar öz firmasını idarə edir, mənfəət götürür, 
bütün  öhdəlikiər  üzrə  fərdi  qaydada  məsuliyyət  daşıyır.  Fərdi 
firmanın  sahibkarı  işçilərin  işə  götürülməsində,  işdən  azad 
edilməsində, müqavilələrin,  kontraktların  imzalanmasında,  is-
tehsalın, işin, xidmətin həcminin müəyyən edilməsində, onlara 
qiymət  qoyulmasında və  s.  sərbəstdir. Fərdi sahibkarlıq firma-
sının təşkilinin idarə edilməsinin sadəliyi, fəaliyyət sərbəstliyi, 
güclü  maddi  maraq  -  əldə  edilən  mənfəətin  fərdi  qaydada 
sahibkara  mənsubluğu  -  onun  üstün  cəhətlərindəndir.  Maliyyə 
və  material  imkanlarının  rnəhdudluğu,  firmadaxili  ixtisaslaş-
manın  zəifliyi,  qeyri-məhdud  cavabdehlik  fərdi  sahibkarlıq 
firmasının zəif cəhətləri hesab oluna bilər. 
Tərəfdaşlıq  (yoldaşlıq)  -  bu  bir  neçə  şəxs  tərəfindən 
yaradılan və idarə edilən müəssisə və ya firmadır. Burada əsas 
hüquqlar  hamıya  məxsusdur,  ancaq  elə  tərəfdaşlıqlar  (yoldaş-
lıqlar)  ola  bilər  ki,  burada  firmanın  bütün  fəaliyyətinə  cavab-
dehlik  olanlarla  yanaşı,  onun  fəaliyyətinə  firmadakı  payı  həc-
mində  cavabdeh  olanlar  da  mövcud  olsun.  Bu  cür  tərəfdaşlıq 
"məhdud məsuliyyətli tərəfdaşlıq (yoldaşlıq)" adlanır. 
Korporasiya  -  hər bir sahibkarın  yatırdığı  vəsait  müqa-
bilində  cavabdehlik  daşıdığı  hüquqi  şəxs  statusuna  malik  olan 
müəssisəyə və ya firmaya deyilir. Korporasiya - paylar əsasın-
da  formalaşdırılmış  cəmiyyətdir.  Cəmiyyətin  səhmlərini  alan 
hər kəs  korporasiyanın  mülkiyyətçisinə  çevrilir.  Bu  yolla külli 
miqdarda  insanların  şəxsi  vəsaitləri  korporasiyaya  cəlb  edilir. 
Səhmlərin  sahibləri  onların  müqabilində  korporasiyadan  divi-
dendlər  alırlar.  Səhm  sahibləri  yalnız  səhmləri  alarkən  sərf 
etdikləri  məbləğ  miqdarında  risk  edirlər.  Korporasiya  onun 


106 
 
sahibkarlarından  -  səhmdarlarından  asılı  olmayaraq  fəaliyyət 
göstərir, bu da korporasiyanın nisbətən sərbəst fəaliyyət göstər-
məsinə imkan verir. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə