QəRİbov asəF ƏZİzov anar


Dünya bazarı və əmtəələrin beynəlxalq hərəkəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   112
Beynelxalq ticaret emeliyyatlari

2.4. Dünya bazarı və əmtəələrin beynəlxalq hərəkəti 
 
Dünya bazarının yaranması - beynəlxalq əmək bölgüsü 
və  onun  beynəlxalq  kooperasiyası  dünya  bazarının  yaranma-
sının əsasmı qoymuşdur. Dünya bazan, tarixən daxili bazarların 
milli  sərhədlər  çərçivəsində  genişlənməsi  səbəbindən  yaran-
mışdır. 
Əmtəə  istehsalçısının  öz  əmtəəsini  satdığı  an  alıcı 
tərəfindən  alınması  və  yerindəcə  maliyyə  ödənişlərinin  edil-
məsi  kimi  proseslər,  tarixən  daxili  bazarın  sadə  formalarının 
yaranmasını  şərtləndirilmişdir.  Bu  cür  iki  tərəfli  ünsiyyət  for-
ması tarixdə, məlum olduğu kimi Pompeylərdə, Ostiyada və s. 
ərazilərdə uzun illər müxtəlif formada mövcud olmuşdur. Hələ 
çox əvvəllər Qədim Yunanıstan. Çin, Misir, Vavilon və Efiopi-
yanın  özünəməxsus  bazarları  olmuşdur.  Pulun  yaranması  isə 
alıcı  və  satıcı  arasında  tarixi  statusun  formalaşmasına  təkan 
verdi ki, onlar da pul qarşılığında əmtəə satışı üzrə xidmətlərin 
göstərilməsi,  mübadiləsi  və  s.  üzrə  vasitəçilik  etməyə  başla-
dılar. 


39 
 
Ayrı-ayrı  ərazilərdə  bazarların  yarannasından  sonra, 
tədricən bu sahədə ixtisaslaşma başlamışdır. Artıq milli bazar-
lar yaranmağa başlamış, ən başlıcası isə bu bazarların bəzi his-
səsi əcnəbi alıcıların cəlbinə yönəlmişdir. Məsələn, əmək baza-
rının  çoxnövlülüyü  qədim  qul  ticarəti  zamanında  yaranmağa 
başlamışdır. «Canlı əmtəə» üçün nəinki yerli, həmçinin dənizə-
trafı ölkələrin qul sahibləri də gəlirdilər. Bura Afİnadan (e.ə. V 
əsr), Deios adasından (e.ə. I-II əsr), orta əsrlərdə - Roma, Lion, 
Venesiyadan,  XVII-XVIII  əsrlərdə  Şərqi  Qvineyadan,  Liver-
puldan, Nantdan və digər Qərbi Avropa dövlətlərindən ticarətə 
gəlirdilər. 
XVI əsrdən  XVIII əsrin ortalarınadək əmək bölgüsünə 
əsaslanan  manufaktura  daha  kütləvi  əmtəə  istehsalına  şərait 
yaratdı. Bu cür istehsalla əlaqəli olaraq şəhər bazarları və yar-
markalar  daimi  genişlənir  və  inkişaf  edirdi.  Beləliklə  də,  ad-
dım-addım  onlar  regional,  dövlət,  dövlətlərarası  və  nəhayət 
dünya miqyasında genişlənməyə başlamışdır. 
XIX  əsrin  ortalarında,  artıq  Avropada  manufaktura  is-
tehsalı  artan  bazarın  tələbinə  cavab  vermirdi  və  yalnız,  tələb 
atımının  təzyiqi  altında  fabrik-zavod  sənayesi  formalaşmış, 
nəticədə  məhsulun  kütləvi  beynəlxalq  satışma  zərurət 
yaramışdır.  Kapitalın  ilkin  yığım  mərhələsi  Ölkələrarası  tica-
rətin lokal mərkəzlərinin artımına və onların vahid dünya baza-
rına çevrilməsinə səbəb olmuşdur. 
Ümumilikdə  isə  dünya  bazarı  (World  Market)  –  ölkə-
lərarası  sabit  əmtəə-pul  münasibətləri  sferası  olub,  əməyin, 
eləcə  də  digər  istehsal  amillərinin  beynəlxalq  bölgüsünə  əsas-
lanmışdır. 
Beynəlxalq  bazarlar  aşağıdakı  xüsusiyyətlərinə  görə 
səciyyələndirilir: 
- beynəlxalq bazar əmtəələrin ölkələrarası yerdəyişməsi 
zamanı  yaranır  və  bu  zaman  dünya  bazarı  nəinki  daxili,  eyni 
zamanda xarici tələb və təklifin təsiri altında olur; 


40 
 
-  istehsal  amillərindən  istifadəni  optimallaşdırır  və  is-
tehsalçıya hansı regionda və sahədə onların daha effektiv tətbi-
qini müəyyənləşdirməkdə kömək göstərir; 
-  beynəlxalq  bazar  "təmizləyici"  rolu  da  yerinə  yetirir. 
Belə  ki,  istehsalçıları  -  rəqabətli  mühitə  uyğunlaşmağa, 
əmtəələri  isə  beynəlxalq  keyfiyyət  standartlarına  cavab  ver-
məyə məcbur edir. Başqa sözlə desək, bazar rəqabət qabiliyyəti 
olmayan istehsalçıları və standartlara uyğun olmayan əmtəələri 
sıradan çıxarır. 
Dünya  bazarında  mübadilə  mərhələsində  mövcud  olan 
əmtəə  daha  çox  informasiya  funksiyasını  yerinə  yetirir.  Bu 
zaman hər bir iştirakçı, öz istehsal parametrlərini məcmu tələb 
və  təklifə  uyğun  qiymətləndirə  bilər.  Eyni  zamanda,  dünya 
bazarı  istehsal  həcminə  əks  təsir  də  göstərə  bilər.  Belə  ki,  o, 
istehsalçılara  nə  qədər,  hansı  həcmdə,  kimin  üçün  və  nəyi  is-
tehsal  etməyi  müəyyənləşdirməyə  imkan verir ki, bu da bəzən 
istehsal  həcminin  azalmasına  səbəb  olur.  Bu  mənada  dünya 
bazarı  beynəlxalq  iqtisadi  nəzəriyyənin  mərkəzi  kateqoriyası 
hesab olunur. 
Əmtəənin beynəlxalq hərəkətliyi - dünya bazarının əsas 
xarici  əlaməti  əmtəə  və  xidmətlərin  ölkələr  arası  hərəkətindən 
ibarətdir. 
Beynəlxalq ticarət (international tade) – beynəlxalq əm-
təə-pul  münasibətləri  sferası  olub  bütün  dünya  ölkələrinin 
məcmu  xarici  ticarətini  özündə  əks  etdirir.  Məhz  bu  səbəbdən 
də, bir  çox ölkələrdə "beynəlxalq ticarət" deyil  "xarici  ticarət" 
terminindən istifadə edilir. Beynəlxalq ticarət anlamında nəinki 
əmtəələr, həmçinin xidmətlər də nəzərə alınır. Xidmətlərin özü 
belə əmtəə sayılmaqla, bəzi əmtəələrdən bir sıra parametrlərinə 
görə  fərqlənir  ki,  bunlar  haqqında  da  aşağıda  məlumat  veri-
ləcəkdir. 


41 
 
Beynəlxalq ticarət qarşı-qarşıya gələn iki əmtəə axının-
dan  -  idxal  və  ixracdan  ibarət  olmaqla,  ilk  növbədə  ticarət 
saldosu və ticarət dövriyyəsi ilə səciyyələnir: 
İxrac - xaricə daşınma üzrə əmtəə satışı deməkdir
İdxal - xaricdən ölkəyə daşman əmtəələri nəzərə alır. 
Ticarət dövriyyəsi  (trade turnover)-  idxal  və  ixrac üzrə 
dəyər həcminin cəmidir. 
Dünyada  qəbul  olunmuş  standartlara  görə,  beynəlxalq 
ticarət  –  idxal  -  ixrac  prosesləri  üzrə  aparıcı  element  müvafiq 
gömrük  hesabatlarında  dövlət  sərhədləri  keçən  əmtəələr  üzrə 
qeydiyyat  sayılır.  Bu  zaman  əmtəənin  sahibini  dəyişib-dəyiş-
məməsi heç bir əhəmiyyət daşımır. Məsələn, hətta ABŞ şirkəti 
İBM  öz  kompüterlərini  Rusiya  nümayəndəliyinə  verib  və  ya 
satmışdırsa, hər iki halda ABŞ ixracatçı, qarşı tərəf isə idxalçı 
sayılır. 
İdxal  və  ixrac  əmtəənin  beynəlxalq  hərəkətini  səciy-
yələndirən  iki  əsas  vacib  anlayışlardır.  Bu  anlayışlar,  beynəl-
xalq  ticarətin  təhlili  və  praktiki  məqsədləri  üçün  istifadə  olu-
nur. Ticarət saldosu və dövriyyəsi də, eyni zamanda çox böyük 
analitik  və  praktiki  əhəmiyyətə  malikdir,  amma  idxal  və  ixrac 
göstəricilərinə nisbətən az istifadə olunur. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə