44
oksigenin, azad edilmiş karbon qazının həcmi və tənəffüs əmsalı müəyyənləşdirilir.
Sonra bu qiymətlərə görə oksigenin istilik ekvivalentini hesablayırlar.
Beləliklə, verilmiş metodla qazlar mübadiləsi öyrənilən müddətdə maddələr
mübadiləsinin intensivlik səviyyəsi haqqında mühakimə yürüdülür.
3) Əsas, aralıq və ümumi mübadilə
Bədən orqanlarının fəaliyyətinə sərf olunan enerji əsas mübadilə kimi
xarakterizə edilir. İnsanda əsas mübadilə nisbi sükunət vəziyyətində (sakit uzanmış
halda), havanm otaq temperaturunda (22°C), yeməkdən 14-16 saat qabaq öyrənilir.
Əsas mübadilənin orta enerji qiymətləri 1 kkalori/kq saat nisbəti kimi ifadə edilir.
Əsas mübadilənin qiyməti yaşdan, cinsdən və digər amillərdən asılıdır (cədvəl 1).
Cədvəl 1
Yaşlı əhali qrupu üçün cinsdən, bədən kütləsindən və yaşdan asılı olaraq əsas
mübadilə zamanı ayrılan enerjinin miqdarı (Qapparov, 1989)
Bədən
kütlesi, kq
Əsas mübadilə enerjisi, kkal
18-29 yaş
30 – 39
yaşda
40-59
yaşda
60-74
yaşda
K İ Ş İ L Ə R
50
1450
1370
1280
1180
55
1520
1430
1350
1240
60
1590
1500
1410
1300
65
1670
1570
1480
1360
70
1750
1650
1550
1430
75
1830
1720
1620
1500
80
1920
1810
1700
1570
Q A D I N L A R
40
1080
1050
1020
960
45
1150
1120
1080
1030
50
1230
1190
1160
1100
55
1300
1260
1220
1160
60
1380
1340
1300
1230
65
1450
1410
1370
1290
70
1530
1490
1440
1360
Əsas mübadilə kişilərdə qadınlardakından, uşaqlarda qocalardakından
yüksəkdir. Əsas mübadiləni öyrənmək üçün sınaq edilən adamı uzadıb, sakit
45
vəziyyətə gətirir və 30 dəqiqədən sonra qazlar mübadiləsini təyin edirlər. Bu zaman
bədən enerjisi ürəyin işi, tənəffüs, bədən temperaturasının saxlanılması və digər bu
kimi visseral (daxili) funksiyalara sərf olunur. Əsas mübadilə zamanı enerji məsrəfi
əsasən hüceyrələrin fəaliyyəti ilə bağlıdır. Əsas mübadilənin kalori qiymətləri
kişilərdə 4200-dən 8400 kilocoula, qadınlarda isə 4200-dən 7140 kilocoula qədər
dəyişilə bilər. Əsas mübadilənin qiyməti yuxu zamanı oturaq dövrünə nisbətən 8-
10% azalır. Zehni fəaliyyət zamanı əsas mübadilə 2-3% artır. Hüceyrələrin daxilində
maddələrin və enerjinin çevrilməsi prosesləri, hüceyrədaxili mübadilə aralıq
mübadilə adlanır. Aralıq mübadilə nəticəsində hüceyrələrdə ferment zülalları,
hormonlar və müxtəlif üzvi birləşmələrin sintezi, böyümə və inkişafı, onların
spesifık funksiyaları həyata keçir.
Ümumi mübadilə, maddələr və enerji mübadiləsinin əsas tərkib hissələrini
əhatə edir və insan fəaliyyətini təmin edən əsas şərtlərdən biridir. Ümumi mübadilə
əzələ işi, əmək artdıqda daha da intensivləşir. Bununla əlaqədar olaraq, müxtəlif
peşə işçiləri sutka ərzində müxtəlif həcmdə enerji (kalori) sərf edirlər, (12600-dən
21000 kilocoula qədər). Gərgin emosional vəziyyətlərdə, ekstremal təsirlər və stress
situasiyalarında orqanizmin ümumi maddələr və enerji mübadiləsi xeyli artır.
Qidanın qəbulundan sonra maddələr mübadiləsi 10-40% yüksəlir. Qidanın maddələr
mübadiləsinə bu cür güclü təsiri mədə-bağırsaq aparatının fəaliyyətindən asılı
deyildir. Ona qidanın mübadiləyə spesifık-dinamik təsiri deyilir. Qidanın qəbuluna
orta hesabla 10-15% enerji sərf olunur. Lakin ayrı-ayrı qida maddələri mübadiləni
müxtəlif səviyyələrdə intensivləşdirə bilər. Zülallar onu 30-40%, yağlar 4-14%,
karbohidratlar isə 4-7% artırır.
4) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu.
Acqalma
Yaşlı sağlam (normal) insan orqanizmi əhatə olunduğu xarici mühit şəraiti ilə
tarazlıqda olur. Bu orqanizmin həyat fəaliyyəti üçün zəruri şərtdir. Yaşlı
orqanizmdə maddələr mübadiləsinin normal balansı, qəbul edilən qida ilə sərf
edilən enerji arasındakı nisbətlə müəyyən olunur.
46
Qidalanma eyni zamanda orqanizmin daxili maye mühitində (qan, limfa, be-
yin-onurğa beyin mayesi, toxuma və ya hüceyrələrarası maye, hüceyrədaxili möh-
təviyyat və s.) üzvi və qeyri-üzvi maddələr tərkibinin nisbi sabitliyinin, homeosta-
tik stasionar vəziyyətinin qorunub saxlanmasında mühüm rol oynayır. Qəbul edilən
qida ilə sərf edilən enerji arasında nisbət, habelə daxili mühitin nisbi sabitliyi
müəyyən şəraitlərdə pozula bilər. Normal qidalanma orqanizmdə enerji və onun
ehtiyatlarının tənzimlənmiş şəkildə sərf olunması üçün şərtdir. Bu, daxili mühitin
kimyəvi tərkibinin tənzimlənməsinə də aiddir. Fizioloji aclıq üçün də bu səciyyəvi
olan bir haldır. Amma hər iki şəraitdə enerji sonrakı qidalanma nəticəsində bərpa
olunur. Uzunmüddətli acqalma zamanı isə toxuma və hüceyrələrin metabolizminin,
quruluş və funksiyalarının dönməz dəyişiklikləri, homeostazm pozulması baş verir
və bu ölümlə nəticələnə bilər. Sistematik olaraq, normadan artıq qidalanma isə
əksinə, orqanizmin toxuma depolarında qida maddələri (şəkər, yağ) ehtiyatlarının
dolması, orqanizmdə piylənmə kimi arzuolunmaz patoloji vəziyyətin yaranmasma
səbəb olur. Maddələr mübadiləsinin tənzimindəki tarazlığın pozulmasında rast
gəlinən bu kimi kənar mənfı vəziyyətlər, qidalanmanın düzgün qurulmasının
vacibliyini bir daha təsdiq edir.
Maddələr mübadiləsində baş verən ağır dəyişikliklərin qarşısı, tənzimləyici
mexanizmlər tərəfındən qabaqcadan alınır. Hüceyrə, toxuma, üzv və üzvlər sistemi
və bütöv orqanizm səviyyəsində, daxili mühitin nisbi sabitliyini qoruyub saxlayan
fermentativ, hormonal və sinir mexanizmləri vardır və onlar maddələr mübadiləsini
tənzimləməklə orqanizmin ümumi stasionar vəziyyətini nizamlayırlar. Homeostazın
qoruyub saxlanılmasında daxili sekresiya vəzilərinin (endokrin üzvlərinin) ifraz
etdiyi metabolik hormonların xüsusi rolu vardır. Metabolizmin assimilyasiya
(anabolik) tərəfı daha çox hipofız vəzin boy hormonu (somatostatin), qalxanvari
vəzin tiroksin hormonu, mədəaltı vəzin insulin hormonu, cinsi vəzilərin estrogen və
androgen hormonları tərəfındən tənzimlənilir. Dissimilyasiya (katabolik) tərəfinin
tənzimində isə mədəaltı vəzin qlyukoqon hormonu, böyrəküstü vəzilərin kate-
xolalein (adrenalin, noradrenalin) və qlükokortikoid steronu (kortizon, hidrokortizon
və s.) hormonları mühüm əhəmiyyətə malikdirlər. Sinir və humoral tənzimləmə
Dostları ilə paylaş: |