Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
44 
 
oksigenin, azad edilmiş karbon qazının həcmi və tənəffüs əmsalı müəyyənləşdirilir. 
Sonra bu qiymətlərə görə oksigenin istilik ekvivalentini hesablayırlar. 
Beləliklə,  verilmiş  metodla  qazlar  mübadiləsi  öyrənilən  müddətdə  maddələr 
mübadiləsinin intensivlik səviyyəsi haqqında mühakimə yürüdülür. 
3) Əsas, aralıq və ümumi mübadilə 
Bədən  orqanlarının  fəaliyyətinə  sərf  olunan  enerji  əsas  mübadilə  kimi 
xarakterizə edilir. İnsanda əsas mübadilə nisbi sükunət vəziyyətində (sakit uzanmış 
halda), havanm otaq temperaturunda (22°C), yeməkdən 14-16 saat qabaq öyrənilir. 
Əsas mübadilənin orta enerji qiymətləri 1  kkalori/kq saat nisbəti kimi  ifadə edilir. 
Əsas mübadilənin qiyməti yaşdan, cinsdən və digər amillərdən asılıdır (cədvəl 1).  
Cədvəl 1 
Yaşlı əhali qrupu üçün cinsdən, bədən kütləsindən və yaşdan asılı olaraq əsas 
mübadilə zamanı ayrılan enerjinin miqdarı (Qapparov, 1989) 
 
Bədən 
kütlesi, kq 
Əsas mübadilə enerjisi, kkal 
18-29 yaş 
30 – 39 
yaşda 
40-59 
yaşda 
60-74 
yaşda 
K İ Ş İ L Ə R 
50 
1450 
1370 
1280 
1180 
55 
1520 
1430 
1350 
1240 
60 
1590 
1500 
1410 
1300 
65 
1670 
1570 
1480 
1360 
70 
1750 
1650 
1550 
1430 
75 
1830 
1720 
1620 
1500 
80 
1920 
1810 
1700 
1570 
Q A D I N L A R 
40 
1080 
1050 
1020 
960 
45 
1150 
1120 
1080 
1030 
50 
1230 
1190 
1160 
1100 
55 
1300 
1260 
1220 
1160 
60 
1380 
1340 
1300 
1230 
65 
1450 
1410 
1370 
1290 
70 
1530 
1490 
1440 
1360 
 
 
Əsas  mübadilə  kişilərdə  qadınlardakından,  uşaqlarda  qocalardakından 
yüksəkdir.  Əsas  mübadiləni  öyrənmək  üçün  sınaq  edilən  adamı  uzadıb,  sakit 


 
45 
 
vəziyyətə gətirir və 30 dəqiqədən sonra qazlar mübadiləsini təyin edirlər. Bu zaman 
bədən  enerjisi  ürəyin  işi,  tənəffüs,  bədən  temperaturasının  saxlanılması  və  digər  bu 
kimi visseral (daxili) funksiyalara sərf olunur. Əsas mübadilə zamanı enerji məsrəfi 
əsasən  hüceyrələrin  fəaliyyəti  ilə  bağlıdır.  Əsas  mübadilənin  kalori  qiymətləri 
kişilərdə  4200-dən  8400  kilocoula,  qadınlarda  isə  4200-dən  7140  kilocoula  qədər 
dəyişilə  bilər.  Əsas  mübadilənin  qiyməti  yuxu  zamanı  oturaq  dövrünə  nisbətən  8-
10% azalır. Zehni fəaliyyət zamanı əsas mübadilə 2-3% artır. Hüceyrələrin daxilində 
maddələrin  və  enerjinin  çevrilməsi  prosesləri,  hüceyrədaxili  mübadilə  aralıq 
mübadilə  adlanır.  Aralıq  mübadilə  nəticəsində  hüceyrələrdə  ferment  zülalları, 
hormonlar  və  müxtəlif  üzvi  birləşmələrin  sintezi,  böyümə  və  inkişafı,  onların 
spesifık funksiyaları həyata keçir. 
Ümumi  mübadilə,  maddələr  və  enerji  mübadiləsinin  əsas  tərkib  hissələrini 
əhatə edir və insan fəaliyyətini təmin edən əsas şərtlərdən biridir. Ümumi  mübadilə 
əzələ  işi,  əmək  artdıqda  daha  da  intensivləşir.  Bununla  əlaqədar  olaraq,  müxtəlif 
peşə  işçiləri  sutka  ərzində  müxtəlif  həcmdə  enerji  (kalori)  sərf  edirlər,  (12600-dən 
21000 kilocoula qədər). Gərgin emosional vəziyyətlərdə, ekstremal təsirlər və stress 
situasiyalarında  orqanizmin  ümumi  maddələr  və  enerji  mübadiləsi  xeyli  artır. 
Qidanın qəbulundan sonra maddələr mübadiləsi 10-40% yüksəlir. Qidanın maddələr 
mübadiləsinə  bu  cür  güclü  təsiri  mədə-bağırsaq  aparatının  fəaliyyətindən  asılı 
deyildir.  Ona  qidanın  mübadiləyə  spesifık-dinamik  təsiri  deyilir.  Qidanın  qəbuluna 
orta  hesabla  10-15%  enerji  sərf  olunur.  Lakin  ayrı-ayrı  qida  maddələri  mübadiləni 
müxtəlif  səviyyələrdə  intensivləşdirə  bilər.  Zülallar  onu  30-40%,  yağlar  4-14%, 
karbohidratlar isə 4-7% artırır. 
 
4) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu. 
Acqalma 
Yaşlı sağlam (normal) insan orqanizmi əhatə olunduğu xarici mühit şəraiti ilə 
tarazlıqda  olur.  Bu  orqanizmin  həyat  fəaliyyəti  üçün  zəruri  şərtdir.  Yaşlı 
orqanizmdə  maddələr  mübadiləsinin  normal  balansı,  qəbul  edilən  qida  ilə  sərf 
edilən enerji arasındakı nisbətlə müəyyən olunur. 


 
46 
 
Qidalanma  eyni  zamanda  orqanizmin  daxili  maye  mühitində  (qan,  limfa,  be-
yin-onurğa beyin  mayesi, toxuma və ya hüceyrələrarası maye, hüceyrədaxili möh-
təviyyat və s.) üzvi və qeyri-üzvi maddələr tərkibinin nisbi sabitliyinin, homeosta-
tik stasionar vəziyyətinin qorunub saxlanmasında mühüm rol oynayır. Qəbul edilən 
qida  ilə  sərf  edilən  enerji  arasında  nisbət,  habelə  daxili  mühitin  nisbi  sabitliyi 
müəyyən  şəraitlərdə  pozula  bilər.  Normal  qidalanma  orqanizmdə  enerji  və  onun 
ehtiyatlarının  tənzimlənmiş  şəkildə  sərf  olunması  üçün  şərtdir.  Bu,  daxili  mühitin 
kimyəvi tərkibinin tənzimlənməsinə də aiddir. Fizioloji aclıq üçün də bu səciyyəvi 
olan  bir  haldır.  Amma  hər  iki  şəraitdə  enerji  sonrakı  qidalanma  nəticəsində  bərpa 
olunur. Uzunmüddətli acqalma zamanı isə toxuma və hüceyrələrin metabolizminin, 
quruluş və funksiyalarının dönməz dəyişiklikləri, homeostazm pozulması baş verir 
və  bu  ölümlə  nəticələnə  bilər.  Sistematik  olaraq,  normadan  artıq  qidalanma  isə 
əksinə,  orqanizmin  toxuma  depolarında  qida  maddələri  (şəkər,  yağ)  ehtiyatlarının 
dolması, orqanizmdə piylənmə kimi arzuolunmaz patoloji  vəziyyətin  yaranmasma 
səbəb  olur.  Maddələr  mübadiləsinin  tənzimindəki  tarazlığın  pozulmasında  rast 
gəlinən  bu  kimi  kənar  mənfı  vəziyyətlər,  qidalanmanın  düzgün  qurulmasının 
vacibliyini bir daha təsdiq edir. 
Maddələr  mübadiləsində  baş  verən  ağır  dəyişikliklərin  qarşısı,  tənzimləyici 
mexanizmlər  tərəfındən  qabaqcadan alınır.  Hüceyrə,  toxuma,  üzv  və  üzvlər  sistemi 
və  bütöv  orqanizm  səviyyəsində,  daxili  mühitin  nisbi  sabitliyini  qoruyub  saxlayan 
fermentativ, hormonal və sinir mexanizmləri vardır və onlar maddələr mübadiləsini 
tənzimləməklə orqanizmin ümumi stasionar vəziyyətini nizamlayırlar. Homeostazın 
qoruyub  saxlanılmasında  daxili  sekresiya  vəzilərinin  (endokrin  üzvlərinin)  ifraz 
etdiyi  metabolik  hormonların  xüsusi  rolu  vardır.  Metabolizmin  assimilyasiya 
(anabolik)  tərəfı  daha  çox  hipofız  vəzin  boy  hormonu  (somatostatin),  qalxanvari 
vəzin tiroksin hormonu, mədəaltı vəzin insulin hormonu, cinsi vəzilərin estrogen və 
androgen  hormonları  tərəfındən  tənzimlənilir.  Dissimilyasiya  (katabolik)  tərəfinin 
tənzimində  isə  mədəaltı  vəzin  qlyukoqon  hormonu,  böyrəküstü  vəzilərin  kate-
xolalein (adrenalin, noradrenalin) və qlükokortikoid steronu (kortizon, hidrokortizon 
və  s.)  hormonları  mühüm  əhəmiyyətə  malikdirlər.  Sinir  və  humoral  tənzimləmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə