Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
32 
 
öd  turşularıdır.  Onlardan  başqa,  ödün  tərkibində  xolesterin,  lesitin,  musin,  yağlar, 
sabun və qeyri-üzvi duzlar vardır. 
Ödün  ifrazı  sinir-reflektor  və  humor  amillərlə  tənzimlənir.  Şərtsiz  və  şərti 
qıcıqlar öd kisəsinin əzələli divarına azan və simpatik sinirlər vasitəsilə təsir göstərir. 
Azan sinirin zəif  qıcıqlanmaları öd kisəsinin  ümumi axarının sfinkterini  boşaldır, bu 
isə onikibarmaq bağırsağın boşluğuna ödün ifrazına səbəb olur. Azan sinirin qüvvətli 
qıcıqlanmasında  isə  əksinə,  sfınkter  yığılır  və  ödün  öd  kisəsində  yığılmasına  gətirib 
çıxarır.  Simpatik  sinirlərin  stimulyasiyası  üç  bu  cür  effekt  verir.  Ödün  ifrazı  qida 
qəbul  edildikdən  5-10  dəqiqə  sonra  başlanır.  3-5  saat  ərzində  o  öddən  tamam  azad 
olur.  Öd  bağırsağa  kiçik  hissələrlə,  hər  1-2  saatdan  bir  daxil  olur.  Onun  bağırsağa 
ifrazı, buraya qida daxil olduqda daha da artır və qidanın tərkibindən asılıdır. 
Ödün  funksional  əhəmiyyəti  ondan  ibarətdir  ki,  bağırsaqda  yağlara 
parçalayıcı  təsir  göstərən  lipaza  fermentini  fəallaşdırır,  qida  yağlarının  emulsiya 
halına  düşməsini  sürətləndirir.  Lipaza  fermenti  emulsiya  olunmuş  yağlara  daha 
güclü təsir göstərir. Öd, həmçinin yağların sorulması proseslərini də stimullaşdırır. 
Yağların  parçalanmasının  son  məhsulları  olan  yağ  turşuları  öd  turşuları  ilə 
birləşdikdən  sonra  bağırsaqlarda  sorulurlar.  Öd  turşuları  suda  asan  həll  olunur  və 
ona  görə  də  asan  sorulurlar.  Öd,  həmçinin  bağırsağın  hərəkət  funksiyasını  artırır, 
bağırsaqdan çıxan ifrazat kütləsinin - ekskrementlərin rəngini dəyişir. 
7) Həzm sistemi orqanları və onların funksiyalarının yaş inkişafı 
Yaşla  əlaqədar  olaraq  insanda  həzm  sistemi  üzvləri,  onların  morfoloji  və 
fizioloji xüsusiyyətləri xeyli dərəcədə dəyişilir. Mədə-bağırsaq xəstəliklərinin faizi 
də  yaşdan  çox  asılıdır.  1  yaşa  kimi  uşaqlarda  xəstəliklərin  40%-i,  5  yaşa  kimi 
uşaqlarda  30%-i,  5  yaşdan  yuxarı  yaşlarda  olanlarda  isə  15-20%-i  mədə-bağırsaq 
xəstəliklərinin payına düşür. 
İnsanda  ağız  aparatı  doğulandan  sonrakı  dövrdə  intensiv  olaraq  inkişaf  edir. 
Dişlər iki mərhələdə əmələ gəlir: əvvəlcə süd dişləri, sonra isə daimi dişlər çıxır. Süd 
dişlərin çıxması 6-16 aylıq müddətlərində baş verir və 22-30 aylıq müddətlərində başa 
çatır.  Bu  müddət ərzində  uşağın  qidasını süd, yarımmaye halında  və  ya aşağı sıxlığa 
malik olan yeyinti məhsulları təşkil edir. Süd dişləri daimi dişlərlə əvəz olunur. Daimi 


 
33 
 
dişlərin  inkişafi  6-7  yaşlarına  kimi  yavaş  gedir.  Dişlərin  əvəzlənməsi  16  yaşa  qədər 
başa çatır. Daimi dişlər bərk toxumalar (dentin, emal) ilə zəngin olub, yüksək sıxlıqlı 
qida  məhsullarının  çeynənilməsi  üçün  yararlıdır.  Dişlər  həyatın  ilk  günlərindən 
etibarən  inkişaf  etməyə  başlayır,  3  aylıq  yaşda  onların  kütləsi  əvvəlkindən  2  dəfə,  2 
yaşda isə 5 dəfə artır, quruluşu yaşlı adamlarınkına çatır. 
Yeni doğulmuşlarda qida borusunun uzunluğu 11-16 sm olur. O sürətlə uzanır 
və  2  yaşda  20  sm-ə  çatır.  Yaşlılarda  onun  uzunluğu  25  sm-ə  qədərdir.  Yeni 
doğulmuşlarda  mədə  boşluğunun  tutumu  xeyli  kiçikdir  (7  ml).  1  yaşa  qədər  olan 
dövrdə onun tutumu 400-500 ml, 2 yaşda 600-700 ml, 6-7 yaşda 950-1100 ml, 10-
12  yaşda  isə  1500  ml-ə  qədər  artır.  Nazik  bağırsağın  inkişafı  da  yaşdan  asılıdır. 
Onun  yaşlılarda  25-30  sm-ə  çatan  onikibarmaq  bağırsaq  hissəsi  və  5-6  m 
uzunluğunda  olan  yerdə  qalan  hissəsi  doğulandan  əvvəl  və  sonra  intensiv  şəkildə 
artıb inkişaf edir. 3 yaşda olan uşaqlarda nazik bağırsağın ümumi uzunluğu artıq 3- 
4 m-ə çatır. Bağırsağın intensiv uzanması 10-15 yaşlara təsadüf olunur. 
Mədəaltı  vəzin  kütləsi  1  yaşa  qədər  təxminən,  3,2  dəfə  artır.  Qaraciyərin 
bədən  kütləsinə  görə  götürülən  nisbi  kütləsi  uşaqlarda  yaşlılara  nisbətən  daha 
yüksəkdir.  Yaşla  əlaqədar  olaraq  onun  nisbi  kütləsi  azalır.  Yeni  doğulmuşlarda 
qaraciyərin  kütləsi  120-150  qram  təşkil  edir.  Cinsi  yetişkənlik  dövrünə  kimi  onun 
kütləsi 10 dəfə artır, 21-30 yaşlarında isə o özünün maksimal kütləsinə çatır. 
Həzm  orqanlarının  funksional  əlamətləri  də  fərdi  inkişafda  xeyli 
dəyişikliklərə uğrayır.  Ağız suyu  vəziləri  həyatın  ilk 6 aylığında az şirə  ifraz edir, 
sonrakı  yaşlarda  isə  qida  qıcıqlarının  təsirindən  bu  şirənin  ifrazı  artır.  Mədə 
vəzilərinin sekretor funksiyası südlə qidalanma və definitiv qidalanma ilə əlaqədar 
olaraq  dəyişilir.  Yaşla  bağlı  olaraq  mədə  şirəsinin  turşuluğu  artır,  13  yaşlarında 
şirənin  turşuluğu  yaşlılarda  olduğu  kimidir.  Mə'dənin  həcminin  artması,  onun 
selikli qişasının inkişafı ilə əlaqədar olaraq mədə vəzilərinin miqdarı və funksiyası 
da artır. Mədə şirəsində pepsin  və digər həzmedici  fermentlərin  fəallığı da  yaşdan 
asılı  olaraq  dəyişilir.  Ana  südü  mədədə  2-3  saata  həzm  olunur.  İnək  südü  isə  3-4 
saat  ərzində  həzm  oluna  bilir.  Digər  qida  maddələrinin  (nutriyentlərin)  mədədə 
həzm müddətləri onların xarakteri və mədə fəaliyyəti ilə sıx əlaqədardır. 


 
34 
 
Uşaqlarda  bağırsağın  peristaltikası  xeyli  yüksək  olur.  Körpə  uşaqlarda  bütün 
bağırsaq  boyu  qida  horrası  12-30  saat  ərzində,  süni  qida  ilə  qidalandırma  zamanı 
isə  daha  uzun  müddətə  hərəkət  edir.  Bağırsaq  vəzilərinin  şirəsinin  həzmedici 
fəallığı  uşaqlarda  xeyli  aşağıdır  və  yaşın  artması  ilə  əlaqədar  olaraq  artır.  İnsanda 
qida  davranışı  reaksiyaları  çox  erkən  yaşlardan  başlayaraq  inkişaf  edir.  Şərti  və 
şərtsiz  qida  refleksləri  uşaqlar  üçün  də  xarakterikdir.  Onlarda  qidalanma  vaxtı 
reflekslər,  aclıq  və  toxluq  hissləri  tez  yaranır.  Qidanın  qəbulu,  ondan  imtina 
edilməsi,  qidanın  qusulması,  defekasiya  aktları  ilə  bağlı  reflektor  reaksiyalar, 
uşaqlarda şəraitdən asılı olaraq dəyanətli və ya dəyanətsiz ola bilər. 
8) Həzm sistemində funksional qarşılıqlı əlaqələr 
 Həzm  sisteminə  aid  olan  bütün  üzvlər  bir-biriləri  ilə  sıx  anatomik  və 
funksional  əlaqədədirlər.  Bu  günə  kimi  fıziologıya  elminə  tam  aydın  deyil  ki, 
orqanizm həzm sisteminə daxil olan üzvlərin mürəkkəb fəaliyyətini necə uzlaşdırır 
və  tənzimləyir.  Həzm  funksiyalarının  dərk  olunmasında  meydana  çıxan 
çətinliklərdən biri də ondan  ibarətdir ki, bu  ümumi  funksiya öz-özlüyündə bir sıra 
ayrıca və  həm də bir-biri  ilə əlaqədar proses və hadisələr şəklində  həyata keçir  və 
elm  tərəfındən  çox  hallarda  ayrı-ayrılıqda  öyrənilir.  Həzm  vəzilərinin  sekretor 
funksiyası,  həzm  fermentləri  və  onların  təsiri,  mədə  və  bağırsaqların  hərəkət 
funksiyaları,  bağırsaqlarda  qidanın  sorulması  prosesləri,  bağırsaqların  ifrazat 
funksiyaları,  həzmin  idarə  və  tənzimlənməsi  -  bütün  bunlar  həzm  fiziologiyasının 
nisbi müstəqil bölmələri və ya istiqamətləri kimi tədqiq edilib öyrənilir. 
Həzm  fiınksiyalarının  qarşılıqlı  əlaqələri  haqqında  ilk  təsəvvürlər  hələ 
əsrimizin  əvvəllərindən  yaranmışdır.  Hələ  o  dövrdə  hesab  edirdilər  ki,  mədə  və 
bağırsaqların  funksiyaları  bir-birindən  asılıdır.  Bağırsaqların  fəaliyyəti  xeyli 
dərəcədə  mədənin  evakuator  funksiyalarından  asılı  olduğu  kimi,  mədənin 
funksiyası da bağırsaqların işi kimi xarakterizə edilə bilər. 
Ağız  boşluğundan  tutmuş  düz  bağırsağa  qədər  olan  uzun  həzm  traktında  həzm 
prosesləri  bilavasitə  qida  və  ifrazat  kütləsinin  həzm  borusu  ilə  hərəkətindən  asılıdır. 
Bu  isə  əsasən  mədə  və  bağırsağın  yığılma  funksiyaları  ilə  müəyyənləşir.  Mədə  və 
onikibarmaq bağırsağın motor funksiyaları üzərində aparılmış müşahidələr göstərmiş-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə