Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
56 
 
Bu  zaman  toxumalarda  zülalların  toplanması  baş  verir.  Bu  xüsusilə,  boyatma 
zamanı, hamiləlik dövrü və qundaq uşaqlarının əmizdirilməsi zamanı baş verir. 
Azot  mübadiləsi tarazlığı əsasən daxilən düzgün qidalanan adamda baş verir. 
Əgər  qidada  zülalın  miqdarı  azdırsa  və  azot  orqanizmdən  çoxlu  miqdarda  kənar 
olunursa,  yuxarıda  deyildiyi  kimi,  bu  halda  mənfı  azot  balansı  yaranır.  Bu 
çatışmazlıq  orqan  və  toxumalarda  zülalların  parçalanmasına  sobəb  olur  ki, 
xəstəliklər, xüsusilə aclıq zamanı özünü göstərir. 
Orqanizmə daxil olan zülal xüsusi tərkibdə olmalıdır. Bununla yanaşı, bədən-
də toxumaların zülallarındakı aminturşuların tərkibi  heç bir  məhsuldakılara  uyğun 
gəlmir.  Ona  görə  də  qida  rasionunda  müxtəlif  məhsullardan  istifadə  olunur  ki, 
onlar da müəyyən yığımda aminturşulardan yaranır. Heyvanat mənşəli məhsullarda 
zülallar qidanın ən defısit hissəsi sayılırlar. Çünki onlar çatışmadıqda, bağırsaqların 
qişası  zərər  çəkir,  mübadilə  pozğunluğu,  qaraciyərin  böyüməsi,  daxili  sekresiya 
vəzilərinin,  mərkəzi  və  periferik  sinir  sisteminin  fəaliyyət  pozğunluğu  baş  verir. 
Sümüklərdə kalsium azalır və maqneziumun miqdarı artır.  
Rusiya  Tibb  Elmləri  Akademiyası Qida İnstitutunun  məlumatına  görə  hər  kq 
bədən kütləsinə  gündə 1,5 q zülal sərf olunmalıdır. Bu  miqdar  fıziki əməklə  məş-
ğul  olan adamlar  və idmançılar  üçün daha  çoxdur. Cinsindən  və peşə ixtisasından 
asılı  olaraq  fizioloji  zülal  normaları  müxtəlif  əhali  qrupu  üçün  müxtəlif  olub, 
cədvəl 1-də göstərildiyi kimidir. 
Cədvəl 1 
Sutkalıq qida rasionunda əvəzedilməyən aminturşuların məsləhət 
görülən normaları 
Əvəzedilməyən aminturşuları 
Sutkalıq qida rasionunda əvəzedilməyən 
aminturşuların miqdarı (qramla) 
Triptofan 

Fenilalanin 
2-4 
Leysin 
4-6 
Metionin 
2-4 
Valin 

Treonin 
2-3 
Lizin 
3-5 


 
57 
 
İzoleysin 
3-4 
Histidin 

 
Zülallardakı  80-dən  çox  aminturşuların  22-si  daha  böyük  maraq  doğurur  ki, 
bunlardan  8-i  əvəzolunmaz  (leysin,  izoleysin,  lizin,  triptofan,  valin,  treonin, 
metionin, fenilalanin) hesab edilir, 9-cu histidin isə uşaqlar üçün vacib sayılır. 
Müəyyən  olunmuşdur  ki,  qidada  zülalın  yaxşı  mənimsənilməsi  üçün  əvvəlcə 
amin turşular  müəyyən  miqdar  nisbətində olmalıdır (cədvəl 1). Bunların  hər  hansı 
biri  orqanizmə  az  daxil  edildikdə,  digərləri  yaxşı  mənimsənilmir.  Triptofan,  lizin 
və  metionin  bitki  zülallarında  yox  dərəcəsindədir.  Əvəzolunan  aminturşulardan 
olan  arginin,  serin,  prolin,  qlikokol,  qlutamin  və  s.  asparagin  turşularının  da 
əhəmiyyəti böyükdür. 
Bioloji fəal maddələri qida rasionlarına daxil etməklə ürək-damar xəstəlikləri-
nin  kompleks  şəkildə  müalicəsində  xeyli  irəliləyişlərə  nail  olunmuşdur.  Bu  halda, 
orqanizmin  xolesterindən  azad  edilməsi,  sonuncunun  öd  ilə  bağırsağa  çıxarılması, 
onun  reabsorbsiya  olunması  hesabına  təmin  edilmişdir.  Ona  görə  də  xolesterin 
reabsorbsiyası  prosesinə  mane  olan  məhsullardan  qidalanmada  geniş  istifadə 
edilməsi, aterosklerozun profılaktikası üçün əla  vasitələrdən biri sayıla bilər. Soya 
tipli  məhsullardakı  zülalların  xolesterinin  bağırsaq  absorbsiyasını  zəiflətməsi, 
steroidlərin  orqanizmdən  çıxarılmasına,  xolesterinin  oksidləşməsinə  səbəb  olması 
elmə artıq çoxdan  məlumdur. Bu baxımdan, qida rasionlarında soya zülalı tərkibli 
unlu  məmulatlardan  (çörək  və  şəkərli  peçenyelər)  istifadə  olunması  Rusiyada  və 
digər ölkələrdə çoxdan tətbiq edilir və bu alqışlanmalıdır.  
 
2) Qida rasionlarında zülal normalaşdırılmasına elmi yanaşmalar 
Qidalanma  üzrə  bəzi  mütəxəssislər  hesab  edirlər  ki,  insan  hər  gün  və  kifayət 
qədər  zülal  qəbul  etməlidir.  Orqanizmə  zülalın  daxil  olması  az  müddətlərdə  (1-2 
gün)  belə  kəsilərsə,  bu  zaman  bədən  öz  məxsusi  zülallarını  daxili  (endogen) 
qidalanmaya sərf etməyə başlayır. Bəzi hesablamalara görə orta çəkili, kifayət qədər 
şəkər  və  yağla  təmin  olunmuş  qarışıq  qida  ilə  qidalanan  yaşlı  adamın  cinsdən  və 


 
58 
 
əmək  fəaliyyətindən  asılı  olaraq,  hər  kiloqram  bədən  kütləsinə  görə  zülala  olan 
sutkalıq  tələbatı  orta  hesabla  1-1,5  q  təşkil  edir.  Qidada  zülal  çatışmazlığı  və  ya 
zülalın  keyfıyyətsizliyi  qida  rasionuna  zülal  tərkibli  məhsulların  əlavə  edilməsini 
zəruri  edir.  Yaşdan,  cinsdən,  yaşadığı  coğrafı  şəraitdən,  məşğuliyyət  növündən  və 
məruz qaldığı fıziki yükdən asılı olaraq, əhalinin zülala və kaloriliyə olan tələbatları 
müxtəlifdir. İnsanın qidasında zülalların və aminturşuların optimal miqdar və nisbət-
ləri  orqanizmin  azot  balansına,  sağlamlığına,  əmək  qabiliyyətinə  və  xəstəliklərə 
tutulmazlığına təsir edən mühüm amillərdən biri hesab olunur. Orqanizmdə zülal və 
aminturşu mübadiləsi onun ümumi maddələr mübadiləsinin əsas tərkib hissəsidir. 
Əməyin intensivliyindən asılı olaraq, müxtəlif əhali qrupları üçün cins və yaş 
nəzərə alınmaqla, zülala olan hesablanmış sutkalıq tələbat normaları artıq çoxdan 
qəbul edilmişdir.  
MÜHAZIRE 6. QİDA RASİONLARINDA KARBOHİDRATLARIN 
NORMALLAŞDIRILMASININ ELMİ ƏSASLARI 
Plan  
1)Karbohidratların  orqanizm üçün fizioloji əhəmiyyəti 
2) Karbohidratların həyata keçirdiyi funksiyalar və tələbat normaları. 
 
1. Karbohidratların orqanizm üçün fizioloji əhəmiyyəti 
Bitki və heyvanat mənşəli qidaların tərkibində karbohidratların olması onların 
dəyərliliyini  artıran  amillərdən  biridir.  Karbohidratlar  insan  orqanizminə  gündəlik 
lazım olan enerjinin demək olar ki, yarısını təmin edirlər. Onlar orqanizmdə əsasən 
enerji  mənbəyi  kimi  istifadə  olunurlar.  Mürəkkəb  karbohidratlar  (mürəkkəb 
şəkərlər,  polisaxaridlər)  həzm  proseslərində  sadə  şəkərlərə  (monosaxaridlərə) 
qədər parçalandıqdan sonra orqanizm  tərəfindən  mənimsənilirlər. İnsan orqanizmi 
özünə  lazım  olan  bəzi  mürəkkəb  şəkərləri  sintez  edir.  Karbohidratlardan 
orqanizmdə tikinti materialı kimi də istifadə edilir. Bu maddələr və onların zülal və 
yağ  molekulları  ilə  birləşmələri  bir  çox  hüceyrə  və  toxumaların  tərkibinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə