Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
59 
 
daxildirlər.  İnsanda  bəsit  şəkərlər  qlükoza  və  qlikogen  (heyvani  nişasta)  kimi 
qaraciyərdə  və əzələlərdə ehtiyat şəklində  saxlanan  mürəkkəb şəkərə çevrilə bilər. 
Normal  halda,  qanda  daim  qlükoza  olur.  Qanda  qlükozanın  səviyyəsinin  nisbi 
sabitliyinin 
daim 
qorunub 
saxlanması 
şəkər 
mübadiləsinin 
mühüm 
göstəricilərindən biridir. 
Müasir  dövrdə  insanların  qidasında  şəkərin  normadan  artıq  olması  hallarına 
tez-tez  rast  gəlinir.  Bu  son  nəticə  stabilliyə  təsir  edərək,  bədəndə  bəzi  mübadilə 
pozğunluqlarına, o cümlədən normadan artıq piylənməyə gətirib çıxara bilər. 
İnsanın  qidalanmasında  karbohidratların  əsas  mənbəyi  bitki  məhsullarıdır. 
Heyvanat  mənşəli karbohidratlar çox azdır, laktoza  və qlikogen  kimi  maddələr bu 
tip  karbohidratlara  misal  ola  bilər.  Orqanizmdə  karbohidrat  və  yağ  mübadilələri 
çox sıx qarşılıqlı təsirlərə malikdirlər. 
Hər  qram  karbohidratın  orqanizmdə  oksidləşməsi  (yanması)  nəticəsində 
verdiyi  enerji  4,0  kkaloriyə  bərabərdir.  Kaloriliyinə  görə  1  q  zülal  və  1  q 
karbohidrat eyni əhəmiyyət`ə malikdir, lakin şəkər insanda enerji mübadiləsinin ən 
mütəhərrik komponentidir. 
Kimyəvi  quruluşuna  və  mənimsənilmə  dərəcəsinə  görə  karbohidratları  sadə 
və mürəkkəb şəkərlərə ayırmaq olar. Sadə şəkərlər (mono- və disaxaridlər) suda və 
sulu  məhlullarda  yaxşı  həll  olunur,  asanlıqla  sorulur  və  mənimsənilirlər. 
Qidalanmada  sadə  şəkərlərdən  qlükoza  və  fruktoza  daha  böyük  əhəmiyyət  kəsb 
edir.  Qlükoza  orqanizmə  əsasən  meyvə  və  giləmeyvə  qidalarının  tərkibində  daxil 
olur.  Bal,  üzüm,  xurma,  banan  və  s.  bu  kimi  məhsullar  qlükoza  ilə  zəngindirlər. 
Fruktoza  öz  şirinliyinə  görə  bütün  qalan  şəkərlərdən  fərqlənir.  Fruktozalı  qida 
yetkin  və  ahıl  yaşlarında  olan  adamlar  üçün  tövsiyə  edilir.  Piy-yağ  mübadiləsi 
pozulduqda, fruktoza onun normallaşmasına yardım edir. Balda, üzümdə, qarpızda, 
yemişdə, armudda, çiyələkdə və s. bu kimi məhsullarda fruktoza daha çoxdur. 
Disaxaridlərdən  laktoza  və  saxaroza  qidalanmada  mühüm  yer  tutur.  Həzm 
prosesində  hər  bir  saxaroza  molekulu  iki  monosaxarid  molekuluna  -  qlükoza  və 
fruktozaya  ayrılır.  Saxaroza  yaxşı  qida  keyfıyyətlərinə  və  yüksək  kaloriliyə  malik 
olan  karbohidratdır.  Amma  onun  mənfı  cəhətləri  də  vardır,  belə  ki,  onu  artıq 


 
60 
 
miqdarda  qəbul  etdikdə,  insanın  gündəlik  qida  rasionu  üçün  nəzərdə  tutulan 
kalorinin xeyli artmasına səbəb olur. Bu da fıziki əməklə məşğul olmayan və ya az 
məşğul  olan,  habelə  yaşlı  adamlar  üçün  arzuolunmazdır.  Bu  həm  də  piylənməyə 
səbəb  olur.  İnsanın  qidasında  saxarozanın  əsas  mənbəyi  şəkər  qamışı  və  şəkər 
çuğundurundan  alınan  şəkərdir.  Bunlar  bişirildikdən  sonra,  saxarozanın  (məişətdə 
işlədilən  şəkər  tozu,  qənd)  alınması  və  əhalinin  bu  karbohidrata  olan  tələbatı 
ödənilir.  Xeyli  dərəcədə  faydalı  şəkərlərdən  olan  laktoza  süd  şəkəridir  və  ancaq 
süddə  tapılır.  Onun  şirinliyi  bir  o  qədər  yüksək  deyil.  Laktozanın  orqanizmdə 
həzmi zəif gedir. Onu adətən körpə və ahıl yaşlarında olanlara tövsiyə edirlər. 
 
2. Karbohidratların həyata keçirdiyi funksiyalar və tələbat normaları 
Karbohidratlar  karbon,  hidrogen  və  oksigendən  təşkil  olunan  birləşmələrdir. 
Burada  hidrogen  və  oksigenin  münasibəti  su  molekullarında  olduğu  kimidir.  Ona 
görə də karbohidrat adını daşıyırlar. Fiziki əmək zamanı karbohidratlara olan ehti-
yac  artır.  Karboridratlar  hüceyrə  və  toxumaların  tərkibinə  daxil  olmaqla,  qanda 
qlükozanın  ehtiyatını  artırır,  ciyərdə  və  əzələlərdə  isə  qlikogenin  miqdarını 
artırırlar. 
Karbohidratların  qida  ilə  orqanizmə  normal  daxil  olması  zamanı  onların 
toxumalarda  və  qanda  tərkibi  sabit  qalır.  Karbohidratlar  həm  də  zülal  və  yağların 
parçalanma  məhsullarından  sintez  oluna  bilər.  Onlar  nuklein,  əvəzolunan 
aminturşuların, qlükoproteidlərin və həyat üçün digər lazımi maddələrin sintezində 
də  mühüm  rol  oynayırlar.  Bununla  bərabər,  karbohidratların  artıq  miqdarda 
orqanizmə  daxil  olması  və  az  miqdarda  sərfi  zamanı  onların  bir  hissəsi  yağa 
çevrilir. 
Beləliklə,  karbohidratlar  mübadiləsi  zülal  və  yağ  mübadiləsi  ilə  sıx 
əlaqədardır.  Adi  qarışıq  qidada  karbohidratlar  digər  üzvi  maddələrdən  çox  olur. 
Onlar əsasən quru tərkibi 75%-ə qədər olan bitki qidası ilə orqanizmə daxil olurlar. 
Heyvanat mənşəli qidalarda isə az miqdarda qlikogen və laktoza vardır. 


 
61 
 
Qida  ilə  karbohidratlar  həm  monoşəkərlər,  həm  də  dişəkərlər  və  polişəkərlər 
şəklində  və  pektin  maddələri  şəklində  orqanizmə  daxil  olurlar.  Həll  olan 
karbohidratlar  (mono-  və  dişəkərlər)  yüksək  qidalıq  dəyəri  və  enerji  xassəsinə 
malik olmaqla xörəklərə şirin dad verirlər. 
Fruktoza şəkərdən təxminən 2 dəfə çox şirinliyə malik olub, qlükozadan daha 
çox  şirindir.  Qlükoza  beyinin,  əzələlərin  qidalanması  üçün  və  qanda  şəkərlərin 
səviyyəsini  normal  saxlamaq  üçün  vacib  olan  və  asan  mənimsənilən  şəkərdir. 
Fruktoza  isə  qlükozaya  nisbətən  bağırsaqlarda  yavaş  mənimsənilir,  qandan  tez 
azad olur və maddələr mübadiləsi proseslərinə asanlıqla cəlb olunur. 
Qlükoza və fruktoza meyvə və giləmeyvələrlə bərabər, həm də orqanizmə bal 
ilə  daxil  olur.  Burada  qlükozanın  miqdarı  36,2%,  fruktozanınkı  isə  37,1%-ə  çatır. 
Üzümdə  7,2%  fruktoza  və  qlükoza,  almada  6,5-11,8%  fruktoza  və  2,5-5,5% 
qlükoza  vardır.  Qarpızda  isə  bütün  şəkərlər  fruktoza  şəklində  təmsil  olunmuşlar, 
onun da miqdan 8%-ə çatır. 
Şəkərlərdən  qalaktoza  yeyinti  məhsullarında  sərbəst  halda  olmayıb, 
laktozanın  parçalanma  məhsulu  sayılır.  Saxaroza  ən  çox  çuğundurda  və  qamış 
şəkərində  olur.  Onun  miqdarı  bananda  13,7%,  ərikdə  10,4%,  gavalıda  9,3%, 
yemişdə 8,5%, qarpızda 7,5%, yerkökündə isə 6,4%-ə çatır. 
Laktoza  isə  süddə  4,91%-ə  çatır.  O  bağırsaqlarda  qıcqırma  proseslərini 
ləngidir  və  orqanizm  üçün  faydalı  olan  süd  turşusu  bakteriyalarının  inkişafını 
sürətləndirir. 
Fruktoza  xüsusi  olaraq,  sinir  hüceyrələrinə  lazımdır.  Əzələ  toxumalarına  və 
digər orqanlara daxil olmaqla qlükoza parçalanır, yaxud qlükogenə çevrilir. 
Mono-  və  dişəkərlər  qidanın  əsas  komponenti  olmaqla,  həm  də  ürəyin 
qidalanması  üçün  lazımdırlar.  Onların  mənfi  cəhəti  orqanizmə  çoxlu  miqdarda 
yüksək  kalorili  qida  ilə  daxil  olduqda,  yağların  əmələgəlmə  prosesini 
sürətləndirmələridir. 
Yaşlı  və  yetişkən  adamlarda  artıq  miqdarda  şəkər  qəbulu  isə  aterosklerotik 
proseslərin inkişafını sürətləndirə bilər, bununla da qanda xolesterin və qlükozanın 
səviyyəsini artıra bilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə