Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
68 
 
Sterinlər  –  hüceyrələrdə  və  toxumalarda  toplanır.  Onlar  ən  çox  baş  beyində 
vardır - 4%. 
Sağlam  adamda  daxil  olan  və  sintez  olunan  xolesterinin  miqdarı,  kənar  olan 
xolesterinin  miqdarına  bərabər  olmalıdır.  Xolesterinin  80%-i  (2-3  q)  orqanizmdə 
yaranır,  20%-i  isə  (0,3-0,6  q)  xörəkdə  qəbul  olunur.  Orqanizmdə  yağlar  və 
karbohidratların artıqlığı xolesterin sintezini artırır.  
Yağlarda  doymamış  yağ  turşularının  artıqlığı  qaraciyərdə  xolesterinin 
biosintezini azaldır və əksinə. 
Sterinlərin  yaşdan  asılı  olaraq  mənfı  təsiri  də  vardır  (aterosklerozu  artırır). 
Müşahidələr  göstərir  ki,  sterinlərin  və  fosfatidlərin  mübadiləsi  arasında  çox 
əlaqələr  vardır. Belə ki,  lesitinin təsiri  ilə  xolesterinin səviyyəsi qanda azalır. Yağ 
və xolesterin mübadiləsinin normal getməsi üçün qida lesitinlə zəngin olmalıdır. 
Yağların  orqanizmdə  xolesterin  sintezinə  təsir  mexanizmlərindən  biri  onların 
öd  ayrılmasını  gücləndirmə  qabiliyyətidir.  Müəyyən  olunmuşdur  ki,  günəbaxan 
yağının  hipoxolesterinemik  təsiri  onda  olan  çoxlu  miqdarda  doymuş  yağ  turşuları 
ilə əlaqədardır. Bu da qaraciyərdə xolesterinin miqdarının artırılmasına səbəb olur.  
Yeyinti  yağları  qan  zərdabında  lipoproteidlərə  (LP-yə)  təsir  edirlər.  Bu  təsir, 
ilk növbədə, yağın yağ turşusu təsirindən asılı olur. Belə ki, doymamış yağlar olan 
pəhrizlər LP sintezinə daha yaxşı təsir göstərirlər. 
Bir  sözlə,  yeyinti  lipidlərinin  xolesterin  sintezində  iştirakının  öyrənilməsi 
aterosklerozun  profilaktikası  üçün  pəhrizlərin  işlənib  hazırlanmasında  mühüm  rol 
oynamışdır.  Həmin  pəhrizlərlə  qidalanma  zamanı  orqanizmin  bağırsaq  sistemində 
xolesterinin zəif sorulması faktı deyilənləri təsdiq etmişdir. 
Əvvəllərdə belə bir fıkir əldə rəhbər tutulurdu ki, yağların qida ilə orqanizmə 
daxil  olması  vacib  deyil.  Belə  ki,  onlar  karbohidratlardan  sintez  olunurlar.  Son 
zamanlar  müəyyən  olunmuşdur  ki,  belə  vəziyyətdə  alınan  yağlar  orqanizmin 
tələbatını  ödəyə  bilməzlər.  Bu,  xüsusilə  doymamış  yağ  turşularına  aiddir.  Tərkibi 
bu turşularla zəngin olan yağlar orqanizm tərəfındən sintez olunmurlar. 
Müəyyən  olunmuşdur  ki,  yağların  xassələrini  müəyyən  etmək  üçün  əsas 
əhəmiyyəti yağ turşuları kəsb edir. 


 
69 
 
Təbii  yağların  tərkibinə  60-dan  çox  yağ  turşuları  daxildir.  Yağ  turşuları 
doymuş və doymamış olurlar. 
Doymuş  yağ  turşuları  heyvanat  mənşəli  yağların  tərkibinə,  "Kokos"  yağla-
rının tərkibinə daxildir. Onlar zəif bioloji xassəyə malik olub, orqanizmdə asanlıqla 
sintez olunurlar. Onların qarciyərin  funksiyasına  və vəziyyətinə, yağ  və  xolesterin 
mübadiləsinə mənfı təsiri haqda məlumatlar da vardır. Doymamış yağ turşularında 
olan  ikiqat  əlaqələr  onların  oksidləşmə  və  birləşmə  reaksiyalarına  girməsinə  asan 
imkan  yaradırlar  ki, bu da  maddələr  mübadiləsinin  yaxşı  getməsinə şərait  yaradır. 
Daha yüksək bioloji aktivliyə - linol və araxidon yağ turşuları malikdirlər. 
İki  əvəzolunmaz  yağ  turşusundan  biri  araxidon  turşusu  əsasən  heyvanat 
mənşəli  yağların  tərkibinə  daxil  olur.  Bitki  yağlarında  o,  demək  olar  ki,  yoxdur. 
Kərə yağında 0,2%, donuz piyində isə 2%-ə qədər araxidon yağ turşusu varsa, təzə 
sağılmış  süddə  və  balıq  yağında  o  daha  çoxdur.  Linol  turşusu  ən  çox  günəbaxan, 
qarğıdalı və çətənə yağında olur. 20-30 q bitki yağı, insan orqanizminin doymamış 
yağ  turşusuna  olan  gündəlik  tələbatını  ödəyir.  Onların  çatışmaması  orqanizmin 
inkişafını  zəiflədir  və  sağlamlığa  mənfı  təsir  göstərir.  Doymamış  yağ  turşularının 
yağlarda keyfıyyət göstəricisi kimi onların yod ədədi müəyyənləşdirilir (cədvəl 1). 
Onların  qida  rasionunda  gündəlik  norması  sutkada  tələb  olunan  kaloriliyin 
1%-ni, yaxud 7-8 qram təşkil edir. 
Cədvəl 1 
Müxtəlif yağlarda yod ədədinin qiymətləri 
 
Yağların adı 
Yod ədədi 
Yağların adı 
Yod ədədi 
Kokos yağı 
8-12 
Gənəgərçək yağı 
150-170 
Zeytun yağı 
75-88 
Kətan yağı 
170-205 
Xardal yağı 
92-107 
Mal piyi 
32-47 
Pambıq yağı 
101-116 
Qoyun piyi 
31-46 
Soya yağı 
120-140 
Donuz yağı 
46-66 
Günəbaxan 
yağı 
119-144 
Balina yağı 
94-145 
 
 


 
70 
 
2) Yağların həyata keçirdiyi funksiyalar və tələbat normaları 
Yağlar - orqanizmdə quruluş və ehtiyat yağı şəklində yerləşirlər. Quruluş yağı 
(piyi)  protoplazma  hüceyrəsinin  və  lipoproteinlərin  tərkibinə  daxildir.  Onun 
miqdarı həmişə daimi olmaqla, sistematik olaraq təzələnir. 
Ehtiyat yağı isə dərialtı yağ qatı şəklində qarın nahiyəsində, bağırsaq piyində 
və  böyrəkdə  toplanır.  Bu  yağın  miqdarı  fıziki  yüklənmədən,  xəstəliklərdən, 
aclıqdan asılı olaraq müxtəlif olur. 
Çox  qidalandıqda,  sakit  (hərəkətsiz)  həyat  tərzində  və  yaş  dəyişikliklərində 
ehtiyat  yağı  çoxala  bilər.  Bu  yağ  həm  də  quruluş  yağının  təzələnməsi  mənbəyi 
sayılır. 
Bağırsaqlarda yağlar qliserin və yağ turşularına qədər parçalanırlar. Sonradan 
qliserin  və  yağ  turşuları  toxumalarda  oksidləşmə  məhsullarına  -  CO
2
  və  suya 
çevrilirlər. Bu zaman enerji ayrılır. Orta hesabla, oksidləşmə zamanı 100 q yağdan 
900 kkal enerji ayrılır. 
Orqanizmdə  yağların  miqdarı  artıq  olduqda,  qanda  onun  miqdarı  çoxalır  ki, 
bu  da  ürək-damar  sisteminin  aterosklerozla  pozulmasına,  ağciyərin  fəaliyyətinin 
zəifləməsinə səbəb ola bilər. 
Onların  çatışmazlığı  isə  mərkəzi  sinir  sisteminin  pozulmasına  və  immuno-
bioloji mexanizmlərin zəifləməsinə səbəb olur. Bununla toxumalarda zülal sintezi, 
fosfolipidlərin  mübadiləsi  azalır.  Dəri  asanlıqla  hopdurulan  şəklə  düşür,  xəstələn-
mə halları müşahidə olunur və kapillyarların pozğunluğu baş verir. Çatışmamazlıq 
həm də nəsl artırmağa zəif təsir göstərir. 
Nəhayət,  yağ  azlığı  orqanizmdə  böyrəklərin  funksiyasını,  gözün  görmə 
qabiliyyətini aşağı salır. 
Orqanizmin  yağlara  olan  ehtiyacı  yaşdan  asılı  olaraq  və  əmək  fəaliyyətinin 
təsiri  ilə  təyin  olunur.  Orta  qurşaqda  yaşayan  sağlam  adam  üçün  qida  rasionunda 
yağ  norması  gündəlik  kaloriliyin  30%-ni  təşkil  edir.  Cənub  rayonlarında 
yaşayanlar üçün bu rəqəm 25%, şimal rayonları üçün 35%-dir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə