Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
74 
 
hamiləliyin  vaxtından əvvəl başa çatmasına və digər pozğunluqlara səbəb olur. O, 
endokrin  sisteminin  fəaliyyətini  normalaşdırır,  vəzilərin  fəaliyyətini  gücləndirir. 
Hüceyrələrin  bölünmə  prosesini  sürətləndirir,  yağlarda  həll  olan  vitaminlərin 
mənimsənilməsini  və  oksidləşməsini  yaxşılaşdırır,  doymamış  yağ  turşularını 
oksidləşmədən qoruyur. 
E  vitaminin  hipo-  və avitaminozu  insanlarda  müşahidə olunmur. Orqanizmin 
bu vitaminə olan gündəlik tələbatı orta hesabla 2-6 mq-a qədərdir. 
K  vitamini  və  ya  antihemorraqik  vitaminin  əsas  mənbəyi  bitkilərin  yaşıl 
yarpaqlarıdır.  Məhsullarda  K
1
  (filloxinon)  və  K

(metaxinon)  şəkildə  rast  gəlinir. 
Bunlardan əlavə, K
3
 (metinon) şəkildə aktiv sintetik preparat kimi də buraxılır. Kə-
ləm  və gicitkən  yarpaqları bu vitaminlərlə daha zəngindir. Donuzun qaraciyərində 
onun  miqdarı  yüksəkdir.  K  vitamini  çatışmazlığı  dərialtına  və  əzələ  daxilinə  qan 
sızmalara, qanın  laxtalanma xassəsinin azalmasına  gətirib çıxarır. Bu səbəbdən də 
K vitamini qanaxmanın qarşısını almaq üçün işlədilir. 
K  vitamininin  çatışmadığı  zaman  orqanizmdə  qanın  laxtalanması  müddətini 
artıran  protrombinin  sintezi  azalır.  Bununla  belə,  orqanizmdə  K  -  avitaminozu 
nadir hallarda baş verir. Belə ki, K vitamini bağırsaq bakteriyaları tərəfındən sintez 
olunur.  K  vitaminin  növlərindən  metinon  (K
3
)  artıq  miqdarda  qəbul  ediləndə 
zəhərli təsirə malik olur. 
Orqanizm üçün onun gündəlik tələbat norması 2 mq-dır (K
1
 üçün). K
1
 vitami-
ni ərzaq məhsullarından ispanaqda - 4,5 mq%, pomidorda - 0,4 mq%, göy noxudda 
- 0,1 -0,3 mq % miqdarda rast gəlinir. 
Suda  həll  olan  vitaminlərə  isə  B
1
  (tiamin),  B
2
  (riboflavin),  PP  (niasin),  B
6
 
(piridoksin),  B
12
  (folasin),  pantoten  turşusu,  B
15
  (panqam  turşusu),  C  vitamini, 
bioflavonoidlərdən P-ni, biotin vitaminini aid edirlər. 
B
1
  vitamini  və  ya  tiamin  təmizlənməmiş  düyüdə,  kobud  üyüdülmüş  unda, 
noxudda  böyük  miqdarda  tapılır.  Onun  çatışmazlığı  nəticəsində  insanda  qeyri-
sağlamlıq, beri-beri və ya qida polinevriti adlanan xəstəlik baş verir, karbohidratlar 
orqanizmdə  tam  mübadilə  olunmur,  orqanizmin  fiziki  qüvvəsi  və  iştahası  azalır, 


 
75 
 
ürəyin  və  bağırsağın  fəaliyyəti  pozulur.  Sinirlərdə  milen  qişası  dağılır,  uzunsov 
beyin  mərkəzinin  hüceyrələri  tələf  olur.  Ürək  fəaliyyətinin  çatışmazlığı  və 
diafraqmanın iflici nəticəsində isə insan ölə bilər. 
B
1
  -  kükürd  saxlayan  maddələrə  aiddir.  Onun  çatışmazlığı  həm  də  qanda 
piroüzüm  və  süd  turşusunun  miqdarını  artırır,  sinir  sisteminin  fəaliyyətini  pozur. 
B
1
  avitaminozunda  beri-beri  xəstəliyi  inkişaf  edir.  Bu  isə  ayaqda  zəiflik,  iştahın 
pozulmasına, yuxusuzluğa gətirib çıxanr. Onun kişilər  üçün  gündəlik tələb olunan 
miqdarı 1,6-2,2 mq, qadınlar üçün isə orta hesabla 1,3-1,7 mq-dır. 
Qida  məhsullarında  karbohidratların  miqdarı  çox  olduqca,  tiaminə  olan  tələ-
bat  da  çoxalır.  Mühitin  temperaturası  aşağı  düşdükdə,  hamiləlikdə,  fıziki  və  əsəb 
gərginliyində  B
1
  vitamininə olan tələbat artır. Onun  miqdarı pivə  mayalarında 0,5 
mq%, donuz ətində 0,8mq%, qaraciyərdə 0,37 mq%, ağ çörəkdə 0,15 mq%-ə çatır. 
Xəmir  məmulatlarının  bişirilməsi  zamanı,  tərkibdə  çay  (qida)  sodası  olduğu 
hallarda qələvi mühit yarandığından tiamin parçalana bilir. 
B
2
 vitamini sarı rəngli təbii piqmentdir. O boy artımına təsir göstərir. Belə 
ki,  fermentlərin  tərkibinə  daxil  olur.  Riboflavin  (B
2
)  zülal  mübadiləsinin  düzgün 
getməsinə  müsbət  təsir  göstərir.  O  müxtəlif  oksidazaların  tərkibində  fəaliyyət 
göstərir.  B
2
  A  vitamini  ilə  və  nikotin  turşusunun  amidi  ilə  birlikdə  gözü  ultra-
bənövşəyi  şüaların  təsirindən  qoruyur.  B
2
  vitamini  çatışmazlığında  əzələ  zəifliyi, 
dildə və mədədə xəstəliklər yaranır. 
B
2
 vitamini və ya riboflavin maya göbələyində, qaramalın qaraciyərində, böy-
rək  toxumasında,  balıq  məhsullarında  geniş  yayılmışdır.  Qidada  bu  vitaminin  ça-
tışmazlığı orqanizmdə bir sıra patoloji dəyişikliklər doğurur. Xəstədə göz  və dəri-
nin zədələnməsi, işıqdan qorxma, göz yaşının axması, göz büllurunun tutqunlaşma-
sı, görmənin zəifləməsi, ağız boşluğunda və qida borusunda yaralar, qan təzyiqinin 
və bədən temperaturunun aşağı düşməsi, şüurun itməsi və qıcolma halları baş verir. 
İnsan  orqanizminin  bu  vitaminə  olan  gündəlik  tələbatı  orta  hesabla  2-4  mq  təşkil 
edir. Onun miqdarı ərzaq məhsullarından mayada -2,4 mq%, yumurtada -0,6mq%, 
yağda -0,19 mq%, treska balığı ciyərində -0,35 mq%, pendirdə -0,43mq%, balıqda 


 
76 
 
0,08  mq%,  soğanda  0,03  mq%-ə  çatır.  B
2
-nin  bir  hissəsi  bağırsaq  florasının 
tərkibindən sintez olunur. 
Vitamin  B
6
-piridoksin  və  ya  adermin  maya  göbələklərində, qaraciyərdə  və 
böyrəklərdə rast gəlinir. İnsanda B
6
 vitamini çatışmazlığı nəticəsində dermatit xəs-
təliyi baş verir. 
B
6
  vitamini  zülal  mübadiləsini  aktivləşdirir,  müxtəlif  amin  turşuların  sintezi 
və parçalanmasında (triptofan, metionin, qlütamin turşusu və s.), kreatin sintezində 
iştirak  edir.  B
6
  -  doymamış  yağ  turşularının  sintezini  və  mənimsənilməsini  də 
sürətləndirir. O, mədə şirəsinin turşuluğunu artırır, qan dövranında, piylənmədə və 
aterosklerotik xəstəliklərin qarşısının alınmasında iştirak edir. 
Bu  vitaminə  olan  gündəlik  tələbat  kişilər  üçün  1,8-2,7  mq,  qadınlar  üçün  isə 
orta  hesabla  1,5-2,3  mq-a  çatır.  Hamiləlik  zamanı,  yaşlaşma  dövrlərində  ona  olan 
ehtiyac daha da çoxalır. 
Ərzaq  məhsullarından  mayanın  tərkibində  4  mq%,  soyada  0,9  mq%, 
qarğıdalıda 1,0 mq% -ə qədər B
6
vitamini olur. 
PP vitamini və ya nikotin turşusunun amidi maya göbələklərində, qaraciyər-
də və böyrəkdə, ətdə, düyüdə geniş yayılmışdır. Onun çatışmazlığı zamanı insanda 
yorğunluq, apatiya, yuxusuzluq, selikli qişaların pozğunluğu, dərinin qızarması  və 
şişməsi,  sinir  sisteminin  işində  dəyişikliklər,  qulaqlarda  səs-küy,  baş  ağrıları  və 
digər  patoloji  əlamətlər  yaranır.  Bu  vitaminə  olan  gündəlik  tələbat  15-20  mq-a 
bərabərdir. 
PP  vitamini  (niasin)  orqanizmin  oksidləşmə-bərpaedici  proseslərində  iştirak 
etməklə, koferment qrupların tərkibinə daxil olur. Mədənin, mədəaltı vəzin, qaraci-
yərin fəaliyyət funksiyasını artırır. O, həmçinin zülal mübadiləsində də iştirak edir. 
Orqanizmdə PP vitamini B
6
 vitamininin iştirakı ilə triptofandan əmələ gəlir. 
PP avitaminozu (pellaqra xəstəliyi) mədə-bağırsaq pozulmalarına gətirib çıxa-
rır. Bu vitaminə olan gündəlik tələbat norması kişilər üçün orta hesabla 18-25 mq-
a,  qadınlar  üçün  isə  14-22  mq-a  çatır.  Fiziki  və  əsəb-psixika  gərginlikləri  zamanı 
"PP"-yə olan tələbat da çoxalır. Onu 5 mq-dan artıq miqdarda qəbul etdikdə (əlbət-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə