Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
99 
 
3. Sutkalıq qida rasionlarının tərtib olunma qaydaları. 
4.  Qidalanma  rejimi,  gündəlik  qidanın  tərkibi  və  kaloriliyinin  normalaş-
dırılması. 
5. Mövcud qida konsepsiyaları haqqında. 
6. Adekvat qidalanma nəzəriyyəsi haqqında müasir fizioloji baxışlar. 
 
1. Rasional və tarazlaşdırılmış qidalanma haqqında anlayış 
Qidalanma qida maddələrinin orqanizmə daxil olması, həzm olunması, sorul-
ması  və  mənimsənilməsi  ilə  əlaqədar  mürəkkəb  proseslərin  məcmusu  kimi  başa 
düşülür. Qida dedikdə, yemək üçün hazırlanan ərzaq məhsullarının mürəkkəb qarı-
şığı başa düşülür. Ərzaq məhsulları (yaxud qida məhsulları) təbii və süni ola bilər. 
Qida  rasionu  gün  ərzində  istifadə  olunan  qida  məhsullarının  tərkibi  və  miqdarı 
kimi  başa  düşülməlidir.  Qidanın  mənimsənilməsi  onun  mədə-bağırsaq  aparatında 
həzm  prosesindən  başlanmaqla  qida  maddələrinə  çevrilməsi,  qana  və  limfaya 
sorulması,  hüceyrələr  və  toxumalar  tərəfindən  mənimsənilməsinə  qədər  davam 
edən  mürəkkəb  proseslər  başa  düşülür.  Həzm  olunmayan  qida,  bağırsaqların 
köməyilə orqanizmdən kənar edilən son parçalanma məhsullarına deyilir. 
Qidanın  mənimsənilmə  qabiliyyəti  onda  olan  qidalı  maddələrin  orqanizm 
üçün  istifadə olunma dərəcəsini əks etdirir. Mənimsənilmə qabiliyyətini  xarakteri-
zə  etmək  üçün  qida  maddələrinin  mənimsənilmə  əmsalından  istifadə  olunur. 
Sonuncu isə qida rasionunda olan məhsulların xüsusiyyətləri, onların kulinar emalı 
üsulları  və  həzm  orqanlarının  vəziyyətindən asılıdır. Qida  maddələrinin  mənimsə-
nilmə  əmsalları  ayrı-ayrı  xörək  və  məhsulların,  bütövlükdə  rasionların  qidalılıq 
dəyərini hesablamaq məqsədilə istifadə olunur.  
Qidanın  həzm  üçün  yararlığı  onun  həzmi  zamanı  həzm  orqanlarının  hərəki  və 
sekretor funksiyalarının nə dərəcədə gərginləşməsi başa düşülür. Ona görə də, həzm 
üçün  yararlılıq  termini  qidanın  mənimsənilməsi  termini  ilə  bəzən  üst-üstə  düşmür. 
Bütün bu məlumatlar pəhriz iaşəsinin təşkilində istifadə edilən terminlərdəndir. 


 
100 
 
Rasional  qidalanma  dedikdə  isə  -  latınca,  yəni  uyğun  (müvafiq)  –  sağlam 
insanlar  üçün  onların  cinsi,  yaşı,  həyat  tərzi  və  digər  amilləri  nəzərə  alınmaqla 
fizioloji  cəhətdən  tam  dəyərli  qidalanma  başa  düşülür.  Onun  əsas  tələbləri  barədə 
aşağıda  tarazlaşdırılmış  qidalanma  nəzəriyyəsinin  əsas  mahiyyəti  izah  edilərkən 
məlumat verilir. 
Əhalinin  qidalanmasına  göstərilən  ümumi  tələblərin  əsasını  orqanizmin  qida 
maddələrinə  olan  optimal  tələbatının  işlənib  hazırlanması  ilə  əlaqədar  elmi 
müddəalar  təşkil  edir.  Bu  müddəalara  əsasən,  qida  maddələrinə  olan  tələbat 
uzunmüddətli  evolyusiya  nəticəsində  formalaşmışdır.  Bunun  nəticəsi  olaraq, 
orqanizmdə  özünəməxsus  fermentlər  sistemi  yaranmışdır.  Bunlar  isə  mədə-
bağırsaq sistemində, bütövlükdə həzm zamanı qəbul edilən qidada olan maddələrin 
parçalanması  və  sorulmasını,  onların  mürəkkəb  dəyişilməsini  təmin  edə  bilirlər. 
Nəticədə  orqanizmdə  olan  zülallar,  yağlar  və  karbohidratların  həzm  və  toxuma 
fermentlərinin  köməyilə  parçalanması  prosesləri  baş  verir  ki,  bunlar  da  öz 
növbəsində həyat fəaliyyəti proseslərini nizamlaya bilirlər. 
Alimlərin məlumatlarına görə, yaşlı əhalinin sutkalıq rasionunda 600-dən çox 
maddələr olur. Bunların da ən əsas hissəsi orqanizmə daxil olan qida rasionlarında 
mənimsənilmə  (həzm)  və  həyatın  getməsini  təmin  etmək  üçün  optimal  miqdarda 
olmalıdır.  Həmin  miqdar  normaları  öz  əksini  tarazlaşdırılmış  qidalanma 
nəzəriyyəsi əsasında  A.A.Pokrovski tərəfindən  işlənib  hazırlanmış tarazlaşdırılmış 
qidalanma formulu cədvəlində tapmışdır (cədvəl 1). 
Yaşlı  adamın  qida  maddələrinə,  suya  və  mineral  duzlara  olan  ümumi 
tarazlaşdırılmış gündəlik tələbatları aşağıdakı cədvəldə verilmişdir (A.A.Pokrovskinin 
məlumatlarına görə). 
Cədvəl  1 
Yaşlı adamın qida maddələrinə olan gündəlik orta tələbatı (tarazlaşdırılmış 
qidalanma formulu nəzəriyyəsinə görə) 


 
101 
 
Qida maddələri 
Gündəlik 
tələbat 
Qida maddələri 
Gündəlik 
tələbat 
Su, qramlarla 
1750-2200 
Prolin  

Zülallar, qramlarla 
80-100 
Qlikoqol  

O cümlədən, 
 
Karbohidratlar, q-la 
400-500 
Heyvanat zülalları 
50 
O cümlədən, 
 
Əvəzolunmayan 
aminturşular, q-la: 
 
Nişasta 
400-500 
Triptofan 

Şəkər 
50-100 
Leysin 
4-6 
Üzvi turşular, q-la 
 
İzoleysin 
3-4 
Sellüloza, 
pektin 
(ballas÷) maddələri  
25 
Valin 

Yağlar, q-la 
80-100 
Treonin 
2-3 
O cümlədən, 
 
Lizin 
3-5 
Bitki yağları 
20-25 
Metionin 
2-4 
Doymamış 
yağ 
turşuları, q-la 
 
3-6 
Fenilalanin  
2-4 
Xlolesterin, q-la 
0,3-0,6 
Əvəzolunan 
aminturşular: 

Fosfolipidlər, q-la   

Histidin  

Mineral 
maddələr, 
milli q-la: 
 
Arginin  

Kalsium  
800-1000 
Sistin  
2-3 
Fosfor  
1000-1500 
Tirozin  
3-4 
Natrium  
4000-6000 
Alanin  

Xloridlər  
5000-7000 


 
102 
 
Serin  

Biotin  
0,15-0,30 
Qlütamin turşusu 
16 
Xolin  
500-1000 
Asparagin turşusu 

Rutin (P) 
25 
Maqnezium  
300-500 
B vitamin 
 
Dəmir  
15 
(folasin) 
0,2-0,4 
Sink  
10-15 
D vitamini  
0,0025-0,1 
Manqan  
5-10 
(müxtəlif formalarda) 
(100-400 MV) 
Xrom  
0,20-0,25 
A vitamini  
 
Mis  

(müxtəlif formalarda) 
1,5-2,5 
Kobalt  
0,1-0,2 
Karotionidlər  
3,0-5,0 
Molibden  
0,5 
E vitamin 
10-20 
Selen  
0,5 
(müxtəlif formalarda) 
/5-30/ 
Ftoridlər  
0,5 -1,0 
K vitaminləri 
 
Yodidlər  
1,0-0,2 
(müxtəlif formalarda) 
0,2-3,0 
Vitaminlər, mq 
 
Lipoen turşusu 
0,5 
C vitamin 
50-70 
İnozit, q-la 
0,5-1,0 
B
1
 vitamini 
 
Enerji dəyəri, kkal ilə  
3000 
(tiamin) 
1,5-2,0 
Kcoul ilə 
11900 
B

vitamini 
 
 
 
(riboflavin) 
2,0-2,5 
 
 
PP vitamin (niasin) 
15-25 
 
 
B
3
 vitamini 
 
 
 
(pantoten turşusu)   
5-10 
 
 
B
6
 vitamini 
2-3 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə