Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
92 
 
əsas mənbəyi  içməli sudur (0,2-2  mkq/1). Dəniz balığında,  mal ətində, tərəvəzlər-
də,  yumurta  və  süddə,  dənli  bitkilərdə  kifayət  qədər  yod  vardır.  Ən  çox  balıq 
yağında  olur  ki,  orta  hesabla  miqdarı  770  mkq%  təşkil  edir.  Bir  sıra  rayonlarda 
(10-20 mq KJ şəklində 1 kq xörək duzuna vurulmaqla) yodlaşdırılmış duz işlədilir. 
Selenin  orqanizm  üçün  əhəmiyyəti,  eyni  zamanda  onun  antioksidant  və  im-
munoloji  təsiri  ilə  əlaqədardır.  Müəyyən  olunmuşdur  ki,  mikroyosunlardan  olan 
Spirulina platensis (Spirulina platensis) essensial mikroelementlərin üzvi forması-
nın, o cümlədən selenin alınmasınm yeni qida mənbəyi kimi  münasib biotexnoloji 
obyektdir.  Bizim  fikrimizcə  isə,  son  illər  ən  müasir  rentgenoloji  metodla  aparılan 
tədqiqatın  nəticəsində  inamla  demək  olar  ki,  makro-  və  mikroelementlərlə  zəngin 
bir  xammal  kimi,  Azərbaycanın  yabanı  halda  yetişən  səhləb  bitkisinin  kökü  mey-
vələri  qurudulmuş  poroşok  halında  bir  sıra  şirin  xörəklərin  tərkibində  2-3  qram 
miqdarda  müalicə-profilaktiki qidalanma zamanı  müvəffəqiyyətlə  məsləhət  görülə 
bilər. 
Qeyd  etmək  lazımdır  ki,  qanda  osmotik  təzyiq  əsasən  mineral  maddələrin 
qatılığından asılıdır. 
Heyvanlarda və insanlarda orqanizmdə çoxlu miqdarda su və duzlar olan kimi 
osmotik təzyiqin dəyişməsi baş verir. Bu səbəbdən də onun sabitliyi xüsusi pesep-
torların  vasitəsilə  həyata keçirilir ki, onlar  da qan damarlarının divarlarında  yerlə-
şirlər. 
Mineral  maddələrin  daimi  səviyyəsi  böyrəklərdən  artıq  suyun  və  ya  duzların 
çıxması  hesabına  gedir  və  həm  də  bu  maddələrin  qandan  toxumalara  və  əksinə 
getməsi təmin olunur. 
Xörək  duzundan  əlavə,  qanın  tərkibində  müəyyən  qatılıqda  KCl,  CaCl
2

Na
3
PO
4
,  NaHCO
3
  və  başqa  duzlar  da  vardır.  Bu  duzların  miqdarı  və  nisbətindən 
(daxili  mühit  kimi  qanda,  limfalarda  və  s.)  asılı  olaraq  orqanizmin  vəziyyəti  də-
yişkən olur. 
Toxumalarda mineral tərkib sümükdə də daima təzələnir. Mineral duzlar böy-
rəklər, bağırsalar, tər vəziləri ilə kənar olunurlar. Sidiklə ən çox natrium, xlor, kali-
um, fosfor ionlan, bağırsaqla dəmir, maqnezium və digər ionlar orqanizmdən xaric 


 
93 
 
olunurlar.  Natrium  -  xlorid  və  digər  duzlar  tərlə  də  dəri  qatı  vasitəsilə  xaric  olu-
nurlar. 
Yuxarıda göstərdiyimiz kimi, su orqanizm üçün əsasən mübadilə proseslərin-
də  lazımdır.  O,  hidroliz,  oksidləşmə,  hidratlaşma  və  həmçinin  hüceyrə  substratla-
rının  fiziki-kimyəvi  xassələrini  dəyişdirir.  Su  orqanizmin  daxili  mühitinin  əsası 
kimi  hüceyrə və toxumalar arasında qanla, limfa  ilə, beyin  mayesi  vasitəsilə əlaqə 
yaradır. 
Suyun qida rasionunda çatışmazlığı zamanı qanda zəhərli məhsulların toplan-
ması  çoxalır.  Bunlar  isə  orqanizmə,  xüsusən  maddələr  mübadiləsinə,  sinir  sistemi 
fəaliyyətinə öz zərərli təsirini göstərirlər. Suyun kimyəvi və fıziki xassələri bir sıra 
üzvi və qeyri-üzvi maddələrin həll olmasını təmin edir. 
Dəridə  suyun  buxarlanması  bədənin  temperaturunu  sabit  saxlamağa  kömək 
edir. Toxumalarda su birləşmiş halda olur. 
İnsan susuz və qidasız 6 sutka, qidasız su ilə 1 ay yaşaya bilər. 
Orqanizmin suya olan sutkalıq tələbatı ekzogen su  hesabına (çay, kofe və s.) 
800-1000  ml,  birinci  xörəklər  (duru)  hesabına  250-500  ml,  digər  məhsullar 
hesabına  700  ml  və  endogen  (toxumalarda  müxtəlif  maddələrin  oksidləşməsi 
hesabına əmələ gələn) su hesabına isə 400 ml miqdarda ödənilir. 
100 q yağın oksidləşməsində 107 q su, 100 q zülalın oksidləşməsində 41 q su, 
100  q  nişastanın  oksidləşməsində  (həzmində)  55  q  su  alınır.  Eyni  zamanda,  orqa-
nizm sidiklə 1500 ml, tər ilə 600 ml, tənəffüs yolu ilə 350 ml, bağırsaqlarla 150 ml 
su  kənar  edilir.  Güclü  tərləmə  zamanı  isə  sutkada  orqanizm  bir  neçə  litr  tər  ititrir 
ki,  bu  da  orqanizmi  gücsüzləşdirir,  onun  iş  qabiliyyətini  aşağı  salır.  Bu  səbəbdən 
də  isti  sexdə  çalışan  fəhlələrə,  yürüşdə  əsgərlərə  duzlanmış  su  verilməsi  məsləhət 
görülür. 
 
MUHAZİRƏ 10. QİDADA ZƏHƏRLİ KOMPONENTLƏR VƏ 
QİDALANMANIN MÜDAFİƏ AMİLLƏRİ  
Plan  


 
94 
 
1.  Qidanın zəhərli komponentləri  
2.  Qidalanmanın müdafiə amilləri 
 
1. Qidanın zəhərli komponentləri 
Qida  mürəkkəb  və  çoxkomponentli  kimyəvi  sistemdir.  Onun  bütün  kimyəvi 
maddələri şərti olaraq,  məhsulların özünün komponentlərinə, başqa sözlə, bitki  və 
heyvanat  mənşəli  məhsulların  özlərində  olan  maddələrə  və  yeyinti  qatqılarına  və 
ətraf mühitdən daxil olan kimyəvi və bioloji maddələrə bölünürlər. 
Yeyinti qatqıları məhsullara xüsusi texnoloji effekt vermək üçün onlara əlavə 
olunan  maddələrdir.  Beləliklə,  qidaya  müəyyən  mənada  həm  də  insan  sağlamlığı 
üçün təhlükəli olan zəhərli maddələrin mənbəyi kimi də baxmaq olar. 
Məhsulların tərkibindəki qida maddələri - zülallar, yağlar, karbohidratlar və s. 
orqanizmdə maddələr mübadiləsinin pozğunluğu hallarında xəstəliklər zamanı ona 
mənfı  təsir  göstərə  bilərlər.  Bunların  özü  də  3  cür  formada  baş  verə  bilər.  Birinci 
irsi xəstəliklərlə əlaqədar laktoza, fruktoza, saxarozanın allergiyası ilə əlaqədar, bir 
sıra fermentlərin çatışmazlığı ilə əlaqədar baş verə bilər. 
İkincisi, karbohidratların, şəkərin artıq qəbul edildiyi  hallarda  (şəkərli diabet, 
piylənmə,  ürək-damar  xəstəliklərində),  yağların  artıq  qəbul  edildiyi  zaman  (atero-
skleroz, piylənmə  vaxtı), ədviyyatların,  natrium qlutamatın ədviyya kimi çox  işlə-
dildiyi  hallarda baş verə bilər. Ayrı-ayrı aminturşuların  nisbətləri  gözlənilmədikdə 
də orqanizm üçün təhlükə yarana bilər. 
Bir  sıra  oliqoşəkərlər  təbii  komponentlər  olsa  da,  (rafinoza,  staxioza  və  s. 
paxlalıların  tərkibində  mədə-bağırsaq  sistemindən  parçalanmamış  halda  keçdikdə 
anaerob  mikroorqanizmlərin  fermentlərinin  təsirinə  məruz  qalaraq  diareya  və  s. 
pozulmalar  yaradırlar.  Zəhərli  təsiri  orqanizm  üçün  xardal  yağı  və  s.  bu  kimi 
yağların yağ turşuları da yarada bilir. 
Bütün  bunlarla  yanaşı,  qidanın  bioloji  fəal  maddələrindən  danışmaq,  başqa 
sözlə,  etil  spirti,  kofein,  teobromin,  teofıllin  kimi  sosial  toksikantlarından  da 
danışmağa dəyər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə