Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
89 
 
məhsullarda  miqdarı  azdır,  heyvanat  mənşəli  məhsullarda  isə  nisbətən  çoxdur. 
Sutkalıq norma 5-7 q-dır. 
Kalsium  (Ca)  həm  yaşlı orqanizm,  həm də uşaqlar  üçün çox  vacibdir. Onun 
duzları  qanın,  hüceyrə  nüvəsinin  və  toxuma  şirəsinin  tərkibinə  daxil  olur,  sinir-
əzələ sistemi fəaliyyətinin nizama salınmasında iştirak edirlər. Qanın laxtalanması, 
ürək əzələləri üçün lazım olub, sümüyün formalaşmasında iştirak edirlər. Ən yaxşı 
halda süd və süd məhsullarında olan kalsium ionları tam mənimsənilir. 
Kalsiumun orqanizm üçün sutkalıq tələbatı 0,5 1 süd, yaxud 100 q pendir he-
sabına ödənilir. Dənli bitkilərdə olan kalsium çətin  mənimsənilir. Bu, o səbəbdən-
dir  ki,  fosfor  (P)  və  maqnezium  (Mq)  ilə  onun  miqdarı  nisbəti  optimal  deyildir. 
Tərkibində çoxlu  miqdar turşəng turşusu olan  məhsullar pis  mənimsənilirlər. Süd-
də kalsiumun miqdarı 120 mq%, lobyada 157, pendirdə 979 mq%-dir. Yaşlı adam-
lar üçün sutkalıq norma 800 mq, hamilə qadınlar üçün 1500, uşaqlı analar üçün isə 
1900 mq-dır. 
Kalium  (K)  isə  hüceyrədaxili  mübadilə  üçün  böyük  əhəmiyyətə  malikdir. 
Turşu-qələvi  tarazlığını  qanda  nizamlayır,  toxumaların  kolloid  vəziyyətinə  təsir 
göstərir, karbohidrat mübadiləsini tənzimləyir. Kalium duzları orqanizmdəki maye-
ni  və  natriumu  çıxarmağa  imkan  yaradır.  Klinik  təcrübədə  ürək-damar  və  böyrək 
xəstəliklərinin müalicəsində işlədilir. 
100 q dənli bitki xammalında onun  miqdarı 200-300 mq, kartofda 426, ağbaş 
kələmdə  148,  ət  məhsullarında  241,  balıqda  162, süddə  127,  ərik  qurusunda  1717 
və s. təşkil edir.  
Kaliumun sutkalıq tələbat norması 2-5 qramdır. 
Maqnezium  (Mq)  isə karbohidrat  və fosfor  mübadiləsində həlledici əhəmiy-
yətə malikdir. Maqnezium duzları sinir və əzələ sisteminin həyəcanlanmasını aşağı 
salır. Maqnezium  ionları damarları  genişləndirir, bağırsaqların  fəaliyyətini  nizama 
salır, öd ayrılmasını sürətləndirir, qanda xolesterinin  miqdarının artırılmasına təsir 
göstərirlər.  Maqnezium  duzlarının  100  qramlıq  ağ  çörəkdə  miqdarı  31  mq,  qara 
çörəkdə  73  mq,  yarmada  37-113,  süddə  14  mq-dır.  Yaşlı  əhali  üçün  maqneziuma 


 
90 
 
olan gündəlik tələbat norması 500 mq, hamilə qadınlar üçün 925 mq, uşaqlı analar 
üçün isə 1250 mq-dır. 
Fosfor  (P)  orqanizmin  bütün  həyat  fəaliyyətində  iştirak  edir.  Burada  o,  həll 
olan fosfatlar, fosfoproteidlər, nuklein turşuları şəklində, fosfolipidlər, digər bioloji 
fəal maddələrin tərkibində olurlar. Fosfor birləşmələri qida maddələrinin mənimsə-
nilməsində  sürətləndirici  rol  oynayırlar.  Ən  çox  hüceyrə  divarı  zülalında,  sümük 
toxumalarında  vardır.  Fosfor  birləşmələri  əzələlərdə  baş  verən  proseslərdə  də  fəal 
iştirak  edirlər.  Pendirdə  (100  q)  546  mq,  kiirüdə  594  mq,  yumurtada  184  mq, 
lobyada  504  mq,  ətdə  153  mq,  balıqda  100-120  mq  miqdarda  fosfor  vardır.  Qara 
çörəkdə isə 200 mq, ağ çörəkdə 98 mq, yarmalarda 102-231 mq fosfor vardır. Yaş-
lı adamlar  üçün  fosfora olan sutkalıq tələbat 1600  mq, hamilə qadınlar  üçün 3000 
mq, uşaqlı analar üçün 3800 mq-dır. 
Dəmir (Fe) ionları qan dövranında fəal iştirak edirlər. Tələb olunan normadan 
az olan zaman, orqanizmdə azqanlılıq  yaranır. Dəmir  ionları  oksidləşmə proseslə-
rində  iştirak  edir,  toxuma  fcrmentlərinin  tərkibində,  qanda  ən  çox  hemoqlobində 
olurlar. Qanın ümumi miqdarının 60%-ni təşkil edirlər. 
Orqanizmdə  ehtiyat  formada  olan  dəmir,  proteidlər  -  ferritin  şəklində  qaraci-
yərdə  yerləşir.  Sümük  beynində  olan  dəmir  hemoqlobinin  sintezində  işlədilir.  Or-
qanizmin dəmirə olan sutkalıq tələbatı 15 mq-dır. 100 q qaraciyərdə isə onun miq-
darı  8,4-12  mq,  yulaf  yarmasında  4,2  mq,  yumurta  sarısında  5,8  mq,  paxlalılarda 
4,7-  6,7  mq-a  çatır.  Meyvələrdə  və  tərəvəzlərdə  olan  dəmir  yaxşı  mənimsənilir. 
Dənli  bitkilərdən olan  xammallarda 60%-ə qədər dəmir  mənimsənilməyən şəkildə 
yerləşmişdir. 
Mikroelementlərdən sinkə olan maraq, xüsusilə şərq ölkələrində, qidada onun 
çatışmamazlığı  ilə  əlaqədar  meydana  çıxmışdır.  Sink  çatışmazlığı  dad  hissləri  və 
ətrin (iyin) normalaşmasında özünü göstərir. 
Müəyyən  olunmuşdur  ki,  qidada  taxıl  xammalının  olması  ilə  sinkin  məhsul-
lardakı  miqdarı,  heyvanat  məhsulları  ilə  müqayisədə  aşağı  olur.  Orqanizmdə  fizi-
oloji  stresslərin  sürətli  inkişafı,  doğum  dövründə  sinkə  olan  ehtiyacı  artırır.  Qida 


 
91 
 
rasionunda  sinkə  olan  tələbatın  səviyyəsi  orqanizmin  fizioloji  vəziyyətindən  asılı 
olaraq aşağıdakı cədvəldəki (cədvəl 1) kimi öyrənilmişdir: 
Cədvəl 15 
Orqanizmin fizioloji vəziyyətindən asılı olaraq sinkə olan tələbat 
normaları 
 
 
Gün ərzində tələbat (mq/gün) 
40% 
mənimsənilmə 
nəzərə alınmaqla 
20% mənimsənilmə 
nəzərə 
alınmaqla 




Yeni anadan olanlar 
üçün 
0-4 aylıq 
3,1 
6,3 
5-12 aylıq 
2,8 
5,5 
Kişilər 
1-10 yaşda 
4,0 
8,0 
11-17 yaşda 
7,0 
14,0 
18 yaş və 
ondan 
5,5 
11,0 
Yuxarı 
 
 
Qadınlar 
1-9 yaşda 
3,9 
7,8 
10-13 yaşda 
6,6 
13,3 
14 yaş və on- 
5,5 
11.0 
dan yuxarı 
 
 
Hamiləlik dövründə 
0-20 
həftəlikdə 
6,4 
12,8 
20-30 
həfləlikdə 
7,3 
14,6 
30-40 
həftəlikdə 
7,5 
14,6 
Laktasiya dövründə 
 
13,7 
27,3 
 
Sinkin  çatışmazlığı  boyun  inkişafına,  yeniyetmələrin  yetişkənliyinə  mənfi 
təsir göstərir, dad hissinin itirilməsinə və yaranın sağalmasının pozulmasına gətirib 
çıxarır.  Sinkin  orqanizmdə  mənimsənilməsinə  fitin  turşusunun  olması  mənfı  təsir 
göstərir. Müəyyən olunmuşdur ki, Avropa və Şimali  Amerika rasionlarında sinkin 
mənimsənilməsi 20-40% təşkil edir. 
Yod  (J
+
)  torpaq  və  sudan  asılı  olaraq,  ərzaq  xammalında  müxtəlif  miqdarda 
toplanır. O, tiroksinin və qalxanvari vəzin fəaliyyətinin nizama salınmasında iştirak 
edir.  Yodun  çatışmazlığı  qalxanvari  vəzin  xəstəliyi  olan  zoba  səbəb  olur.  Onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə