Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
118 
 
Klassik  qida  nəzəriyyəsi  ilə  müasir  adekvat  qida  nəzəriyyəsinin  biri  digərin-
dən  fərqli  xüsusiyyətlərini,  mədə-bağırsaq  sistemindən  (traktından)  maddələrin 
orqanizmin  daxili  mühitinə  axması  sxemləri  fərqindən  asanlıqla  görmək  olar. 
Bunlar aşağıdakı sxemlərdəki (şəkil 1, şəkil 2) kimidir: 
 
Şəkil 1. Klassik qidalanma nəzəriyyəsinə görə mədə-bağırsaq sistemindən 
maddələrin orqanizmin daxili mühitinə axması sxemi 
 
 
 
Şəkil 2. Yeni adekvat qidalanma nəzəriyyəsinə görə mədə-bağırsaq 
sistemindən maddələrin orqanizmin daxili mühitinə axması sxemi 
 
Yeni  nəzəriyyə  ilə  bağlı  fıkirləri  qısa  şəkildə  ümumiləşdirərək  belə  qənaətə 
gəlmək  olar  ki,  klassik  qida  nəzəriyyəsi  həzm  zamanı  meydana  çıxan  ballast 
maddələrin - qida liflərinin orqanizm üçün vacib rolunu nəzərə almamışdır. Bunun 
nəticəsi  olaraq  da  bir  sıra  ölkələrin  qidalanması  strukturunda  rasionların  fərqli 
tərkibdə alınması meydana çıxmışdır. 
 


 
119 
 
MÜHAZİRƏ 12. MÜXTƏLIF QRUP ƏHALİ ÜÇÜN DİFERENSİAL 
QİDALANMA 
Plan: 
1. Əhalinin müxtəlif yaş və peşə qruplarının qidalanmasının təşkili 
2. Uşaqların qidalanması 
3. Tələbələrin qidalanması 
4. İdmançıların qidalanması 
5. Zehni əməklə məşğul olan şəxslərin qidalanması 
6. Ahıl adamların qidalanması 
1) Əhalinin müxtəlif yaş və peşə qruplarının qidalanmasının təşkili 
Əhalinin  normal  qidalanmasının  elmi  əsaslarının  işlənib  hazırlanması  mühüm 
sosial vəzifə olmaqla yanaşı, həm də mühüm tibbi əhəmiyyətli məsələdir və ölkənin 
iqtisadi  və  səhiyyə  sahələrində  inkişäfının  səviyyəsini  əks  etdirən  göstəricilərdən 
biridir.  Bir  sıra  inkişaf  etmiş  ölkələrdə  bu  problemə  xüsusi  diqqət  yetirilir  və  onun 
elmi-praktiki  aspektlərinin  hərtərəfli  həlli  istiqamətində  xeyli  işlər  aparılır. 
Qidalanma problemi və onun sosial-tibbi məsələləri ilə bilavasitə məşğul olan elmi-
tədqiqat  müəssisələri arasında  artıq  qeyd edildiyi  kimi,  Rusiya  (keçmiş  SSRİ)  Tibb 
Elmləri  Akademiyasının  Qida  İnstitutu  mühüm  yer  tutur.  Əhalinin  müxtəlif  yaş  və 
peşə  qruplarının  optimal  qidalanmasına  dair  bu  institutun  hazırladığı  tövsiyyə  və 
normativlər sosial və tibbi praktikada geniş tətbiq edilə bilər. 
Fiziologiyada,  ələlxüsus  yaş  biokimyası  və  yaş  fiziologiyasında  fərdi  inkişaf 
prosesindən  asılı  olaraq  insanın  qidalara  olan  tələb  və  ehtiyacları  öyrənilir.  Bu 
məsələnin obyektiv həlli, ilk növbədə insanın həyat ömrünün düzgün olaraq dövrlərə 
(faza,  mərhələ)  təsnif  edilməsindən  çox  asılıdır.  İnsan  orqanizmində  yaşla əlaqədar 
baş  verən  biokimyəvi,  fizioloji  və  morfoloji  dəyişiklikləri  öyrənən  mütəxəssislər 
(palentoloqlar  və  b.)  insanın  həyatda  bir  neçə,  müəyyən  xüsusiyyətlərlə  fərqlənən 
yaş dövrünü ayırd edirlər. Aşağıda insanın əsas yaş dövrlərinin sistematikasına dair 
geniş yayılmış fikirlərdən birini veririk. Amma yadda saxlamaq lazımdır ki, müxtəlif 


 
120 
 
alimlər  tərəfındən  tərtib  edilmiş  yaş  xronologiyaları  üst-üstə  düşmür,  bir-birindən 
bəzi uyğunsuzluqlarına görə fərqlənirlər. 
Qida  fıziologiyası  üçün  insan  həyatının  uşaqlıq,  məktəbəqədər,  məktəb, 
yeniyetməlik,  cavan,  yaşlı  və  qocalıq  dövrləri  daha  çox  əhəmiyyət  kəsb  edir. 
Çünki,  bu  dövrlər  orqanizmdə  müəyyən  funksiya  və  proseslərin  formalaşması, 
yetginləşməsi,  böhran  (kritik)  və  keçid  vəziyyətlərində  dövran  etməsi  və  nəhayət 
zəifləyib  sönməsi  ilə  əlaqədardır.  Qida  fıziologiyası  keçid  dövrlərinin  və  cinsdən 
asılı yaş xüsusiyyətlərinin özünəməxsusluğunu da nəzərdə tutur. 
 
2) Uşaqların qidalanması. 
İnsanın  uşaqlıq  dövrü  üçün  intensiv  böyümə  və  boyatma  prosesləri 
xarakterikdir.  Bu  dövrdə  uşaq  orqanizminin  normal  inkişafı  və  sağlamlığı  ən  vacib 
şərtlərdən  biridir.  Uşaqlıq  dövründə  uşaqların  ali  sinir  fəaliyyəti,  intellekti  və  aktiv 
hərəkətləri  formalaşır,  xarici  mühitlə  əlaqələri  zənginləşir,  mühit-amillərinin  qeyri-
əlverişli təsirlərinə reaksiyaları zənginləşir. Bir sözlə, uşaq orqanizminin böyümə və 
fəallığı  yaşadığı  mühitə  adaptasiyası  və  ona  müdaxiləsinin,  qurulma  və  energetik 
proseslərinin yüksək səviyyələrdə həyata keçməsini tələb edir. Ona görə də uşaqlıq 
dövründə  rasional  qidalanma  bütün  digər  amillərdən  daha  böyük  əhəmiyyətlisi 
sayılır. Qeyd olunduğu kimi, uşaq orqanizmində, əsas mübadilə və enerji məsrəfləri 
xeyli  böyükdür,  bu  da əsas etibarilə  böyümə,  bədən  kütləsinin  artması, əzələ  işinin 
fəallaşması  ilə  əlaqədardır.  Uşaqlarda  assimilyator  (anabolik  sintetik)  proseslər 
dissimilyator (katabolik, deqrativ) proseslər üzərində dominantlıq edir. Erkən yaşda 
orqanizmin  quruluş  və  funksiyalarının  düzgün  formalaşması,  həyat  fəaliyyəti  üçün 
və  digər  biokimyəvi  fızioloji  parametrlərin  təşəkkülü  və  təzahürü  üçün,  şübhəsiz 
mənimsənilən  qidanın  əhəmiyyəti  və  keyfıyyəti  ilə  sıx  bağlıdır.  Böyüməkdə  olan 
uşaq  orqanizminin  rasional  qidalanmaya  olan  tələbləri,  yeniyetmə  və  ya  yaşlı 
dövrlərdəki  insan  orqanizminin  qidaya  olan  tələblərindən  xeyli  fərqlənir.  Bu 
tələblərin yerinə yetirilməməsi onun böyümə və inkişafının pozulmasına səbəb olur. 
Ona  görə  də  uşaqlıq  dövrü  üçün  qidalanma  rasionlarının  düzgün  tərtib  edilməsi 
sağlamlıq nöqteyi-nəzərindən həmişə aktual məsələ olub və olaraq da qalır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə