Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
109 
 
Xama 
10 
10 
10 
10 
 
3) Sutkalıq qida rasionlarının tərtibolunma qaydaları 
Bunun üçün qida institutları tərəfındən 1992-ci ildən sonra qəbul edilmiş fızi-
oloji tələbat normalarından istifadə edilir və bu zaman yaşdan, cinsdən, insanın bo-
yundan, bədən quruluşunun xarakterindən, əmək intensivliyinin səviyyəsindən, or-
qanizmin  fizioloji  vəziyyətinin  xüsusiyyətlərindən  və  yaşayış  yerinin  iqlim  şərai-
tindən asılı olaraq orqanizmin fizioloji tələbatına uyğun olaraq bədənin ideal kütlə-
si  təyin  olunur.  Bu  məqsədlə  Brokun  ideal  kütlə  üçün  təklif  etdiyi  düsturdan  (bu 
düstura görə ideal kütlə arasındakı fərqə bərabərdir), A.A.Pokrovski və digər alim-
lərin həmin düstura cins, yaş, bədən konstitutsiyası xüsusiyyətləri də daxil etməklə 
etdiyi düzəlişlərdən istifadə edilməlidir. A.A.Pokrovskinin nomoqrafına görə Brok 
düsturu  20  yaşlı  160  və  150  sm  müvafıq  boya  malik  kişi  və  qadınlar  üçün  özünü 
doğruldur. Çünki onların ideal kütləsi orta hesabla 60 və 50 kq-a çatır. Bununla be-
lə, boyun hər 1 sm dəyişməsi ilə ideal kütlə 0,7 kq dəyişə bilir. Ona görə də normal 
bədən  quruluşu  20  yaşlı  insanlar  üçün  ideal  kütlə;  kişilər  üçün  60  +  0,7  (H-160), 
qadınlar üçün 50+0,7 (H-150) kimi hesablanmalıdır. Burada, H- kişi və qadın üçün 
faktiki boyun uzunluğudur, sm-lə. Bununla belə, normal bədən quruluşu insanlarda 
ideal  kütlə  yaşdan  asılı  olaraq  dəyişir.  Çünki  orqanizmdə  mübadilə  proseslərinin 
xarakteri bu halda dəyişkən olur. Elə buna görə də yaş qrupu əmsalları nəzərə alın-
malıdır. Onlar üçün hesablanmış təxmini qiymətlər aşağıdakı cədvəldəki kimidir: 
Cədvəl 4 
Yaşdan asılı olaraq kişilər və qadınlar üçün yaş qrupu əmsalları 
 
İnsanın yaşı, il 
20     25  30  35  40  45  50  55  60  65  70  75 
Kişilər  üçün  yaş 
əmsalı - k 
1.0

1.0

1.0

1.0

1.0

1.0

1.1

1.1

1,1

1,0

1,0

1,0

Qadınlar  üçün  yaş 
əmsalı - k 
1.0

1.0

1.0

1.0

1.0

1.0

1.0

1.0

1,0

1,4  1,0

1,0

 
Bədən quruluşuna görə müxtəlif insanları şərti olaraq 3 qrupa bölürlər: 


 
110 
 
a)  Bədənin  normal  konstitutsiyasına  malik  proporsional  quruluşlu  fıquraya, 
nisbətən  iri  çiyinə,  yaxşı  inkişaf  etmiş  əzələ  və  sümük  sisteminə  malik  insanlar  - 
bunlara normosteniklər deyilir. 
b)  Uzun,  dar  döşə,  dar  çiyinə,  nazik  uzun-qısa,  zəif  inkişaf  etmiş  əzələlərə 
malik insanlar - bunlara asteniklər deyilir. 
v)  Sıx  kürən  fiquraya,  enli  çiyinə  və  döşə,  qısa  boyuna,  yaxşı  inkişaf  etmiş 
əzələyə və qan nahiyəsinə malik insanlar - bunlara hipersteniklər deyilir. 
Ədəbiyyat  məlumatlarına  görə  normostenik  konstitusiyasından  3  dərəcədə 
kənaraçıxmalar  ola  bilər:  -1-dən  3-ə  qədər  asteniklər  üçün  və  +l-dən  +3-ə  qədər 
hipersteniklər  üçün.  Bunlara  əsasən  insanın  boydan,  yaşdan  və  bədən  quruluşu 
xarakterindən asılı olaraq ideal kütləsi üçün aşağıdakı düsturlar təklif olunmuşdur.  
Kişilər üçün M
t
.
K
.= K
yaş
 (60 + 0,7 (H-160) • (1,00 +0,04 T)  
Qadınlar üçün M
t
.
K
 = K
yaş
 (50+0,7 (H-150) • (1,0+0,4 T).  
Burada, K
yaş
 - müvafıq yaş qrupu əmsalıdır, cədvəl 3-dən seçilir. 
H - insanın faktiki boyudur, sm-lə; 
T  -  normal  bədən  quruluşundan  kənaraçıxma  həddidir  (normosteniklər 
üçün T =0). 
Bütün bunlarla yanaşı ideal kütləsi 50 kq-dan fərqlənən, müxtəlif fiziki və əq-
li əmək intensivliyinə malik əhali qrupları üçün gün ərzində qida maddələrinə olan 
tələbatı hesablamaq məqsədilə müxtəlif əmsalları, o cümlədən ideal kütlə əmsalını 
K
id.k
,
 
əmək  intensivliyini  nəzərə  alan  əmsalları
 
(K
Ə.İ
),  xidməti  işdən  sonra  əlavə 
yüklənmələri nəzərə alan əmsalı (K
ƏL.Y
), kommunal və məişət xidməti səviyyəsini 
nəzərə  alan  əmsalları
 
(K
xid
),  mövsümü  nəzərə  alan  əmsalları
 
(K
il.vaxtı
),
 
yaşayış 
yerinin  iqlim zonası şərtlərini  nəzərə alan əmsalları
 
(K
iq.z
) təyin edirlər. Bu zaman 
rasionlarda  heyvanat  və  bitki  mənşəli  zülalların  nisbəti  şərtlərini  (sutkalıq  norma 
əmsalı 1,00 qəbul olunur) də nəzərə alaraq, əhalinin qida  maddələrinə  və enerjiyə 
olan faktiki fizioloji tələbatını hesablayırlar. 
İdeal kütlə əmsalını  K
id.k
=1,0+0,02(M
i.k
-50) düsturu  ilə təyin etmək  məsləhət 
görülür.  M
id.k
  -  kişi  yaxud  qadınlar  üçün  əvvəlcədən  hesablanmış  ideal  kütlənin 
qiymətidir, kq. 
Əmək  intensivliyini  nəzərə  alan  əmsallar  K
ə.i
=1,0+0,1(Q-1,0)  düsturu  ilə  he-
sablanılır.  Burada,  Q  -  əmək  intensivliyinin  qrup  nömrəsidir.  Əmsalın  hesablanıb 


 
111 
 
dəqiqləşdirilmiş qiymətləri 5-ci cədvəldə göstərilmişdir. Əlavə yüklənmələr yaxud 
əqli  yüklənmə,  insanın  aktiv  fiziki  dincəlməsi,  idman  məşqləri,  bostanda  və  s. 
fəaliyyəti zamanı  meydana çıxa bilər. Qadınların  uşaqları əmizdirməsi,  hamiləliyi 
də  bunlara  aid  edilir.  Bütün  bunlar  nəzərə  alınaraq,  onlar  üçün  əlavə  yüklənmə 
əmsallarının qiyməti aşağıdakı cədvəldəki kimi təklif olunmuşdur: 
Cədvəl 5 
Əlavə yüklənmə əmsallarının qiyməti 
 
№ 
Əlavə yüklənmələrin adı 
K
Ə
.
Y
 əmsalının qiyməti 
1.  Yüngül iş 
1.07 
2.  Orta ağırlıqda iş 
1.10 
3.  İntensiv iş 
1.18 
4.  Hamiləlik (qadınlarda) zamanı 
1.10 
5.  Süd əmizdirən zaman (analar) 
1.15 
 
Kommunal və məişət xidməti səviyyəsini nəzərə alan əmsallar ədəbiyyatlarda 
qadınlar  üçün  K
xid
=1,051,20,  kişilər  üçün  K
xid
=1,001,10  qəbul  edilir.  İlin 
mövsümünü nəzərə alan əmsallar K
il,vaxtl
 isə yay üçün -0,90, payız üçün -1,00, qış 
dövrü  üçün  -1,10,  yaz  dövrü  üçün  -1,00  götürülür.  İqlim  zonası  şərtlərini  nəzərə 
alan əmsallar isə 3 iqlim zonası - şimal, mərkəzi və cənub olduğunu nəzərə alaraq 
təyin olunmuşdur. Həmin əmsallar qida maddələri üçün ayrılıqda müəyyənləşdiril-
mişdir və 6-cı cədvəldə göstərildiyi kimidir: 
Cədvəl 6. 
Qida maddələri üçün iqlim zonası şərtlərini nəzərə alan əmsalların qiymətləri 
İqlim zonası 
İqlim zonası şərtlərini nəzərə alan əmsallar 
zülallar 
yaglar 
karbohidratlar 
Markəzi -
 
M
 
 
1.00 
1.00 
1.00 
Şımal -Ş 
1.15 
1.40 
1.03 
Conub - C 
0.95 
0.90 
1.03 
 
Qida rasionunun enerji dəyərini hesablamaq üçün bunlardan başqa, aşağıdakı 
düsturla ümumi hesabat əmsalını (K
üm
) da təyin edirlər: 
K
üm
=K
id.k
  K
ə.i
  K
əl.y
  X
xid
  K
il.vaxtI
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə