Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   39   40   41   42   43   44   45   46   47

 
133 
 
qidalanmasını,  zərərli  istehsal  şəraitində  profılaktiki  qidalanmanı,  ayrı-ayrı  əhali 
qrupları üçün isə rasional qidalanmanı konkret həll etmək mümkün olsun. 
Onu  nəzərə  alsaq  ki,  hazırda  mütləq  sağlam  adam  yoxdur,  müalicəvi-
profılaktiki  istiqamətdə  qidalanma  şərtlərinin  işlənib  hazırlanmasının  vacibliyi  bir 
daha  nəzərə  çarpar.  Bu  səbəbdən  də,  hazırki  müalicəvi-profılaktiki  qidalanma 
patogenetik  cəhətdən  əsaslandırılmış,  sağlamlığın  vəziyyətini,  patologiyanın 
olmasını,  enerji  sərfıni,  peşə  amilini,  yaşayış  mühitinin  ekoloji  vəziyyətini,  iqlim 
və  coğrafı  amilləri,  mətbəxin  milli  xüsusiyyətlərini  və  həmçinin  patologiyanın 
inkişafında  xoşagolməz  amilləri  nəzərə  alan  fərdi  qidalanma  kimi  qəbul 
edilməlidir.  Beləliklə,  patogenetik  cəhətdən  əsaslandırılmış  müalicəvi-profılaktiki 
qidalanmanın  işlənib  hazırlanma  probleminin  nə  dərəcədə  mürəkkəb  olmasından 
asılı  olmayaraq,  hazırki  həyat  onun  həllini,  sağlamlıq  tədbirlərinin  işlənib 
hazırlanmasını tələb edir. Bütün bunların nəticəsi olaraq, alimlər təbii mənbələrdən 
kompleks bioloji fəal maddələrin alınması texnologiyalarının yaradılması ideyasına 
gəlib çıxmışlar. Bu da qida  məhsulları  üçün  nutriyentlərin, yaxud qida və  müalicə 
əhəmiyyətli  bitkilərdən  tənzimləyici  maddələrin  (bioloji  fəal  qatqıların  -  BFQ) 
alınmasını  və  tətbiqini  şərtləndirmişdir.  Bütün  bunlar  müalicəvi-profılaktiki  fərdi 
qidalanmanı  qısa  müddət  ərzində  korreksiya  etməyə  köməklik  edir,  orqanizmin 
müqavimət  qüvvəsini  yüksəltməyə  imkan  yaradır  və  beləliklə  də  xəstəliklərin 
yayılmasının  qarşısının  alınmasına  gətirib  çıxarır  ki,  onların  profılaktikasına  son 
illər xeyli şərait yaratmışdır. 
Artıq  dünya  miqyasında,  o  cümlədən  Rusiya  Federasiyasında  müalicəvi  və 
profılaktiki  qidalanmanın  təşkilinin  yeni  elmi  cəhətdən  əsasalandırılmış 
konsepsiyası  formalaşmışdır.  Bu  konsepsiya  sxematik  cəhətdən  aşağıdakı  kimidir 
(bax: şəkil 1). 
Həmin  konsepsiyanın  şərtlərinə  görə  orqanizmin  fizioloji  baryerlərinin  (dəri, 
mədə,  tənəffüs  yolları)  müdafıə  funksiyalarını  artırmaqla,  müalicəvi-profılaktiki 
qidalanma  orqanizmə  yabançı  maddələrin  düşməsinin  qarşısını  alır,  ya  da 
xoşagəlməz  xarici  mühit  amillərinin  təsirini  minimuma  endirir.  Bu  da  qida 
rasionlarına  BFQ  əlavə  etməklə,  məhsullar  və  xörəklər  daxil  edilməklə  həyata 


 
134 
 
keçirilir  ki,  insan  orqanizminin  fızioloji  funksiyalarının  güclənməsinə  gətirib 
çıxarır.  Onların  nəticəsi  olaraq,  dərinin  piy  və  tər  vəzilərinin  funksiyası,  buynuz 
qişasının  vəziyyəti  yaxşılaşır,  onun  keçiriciliyi  aşağı  düşür,  yuxarı  tənəffüs 
yollarının  və  mədə-bağırsaq  traktının  selikli  qişasının  keciriciliyi  aşağı  düşür, 
bağırsaqlarda  çürüdücü  mikroflarının  fəallığı  azalır,  normal  mikroflora  aktivləşir, 
mədə-bağırsaq  sistemində  endotoksinlərin  və  ksenobiotiklərin  sorulması  zəifləyir, 
son nəticədə burada peristaltikanın normaya düşməsi təmin olunur. 
Zəhərli  biotransformasiya  proseslərinin  tənzimlənməsi  isə  orqanizmdə  gedən 
oksidləşmə,  metilləşmə,  dezaminləşmə  və  digər  biokimyəvi  reaksiyaların 
nəticəsində baş verir. Bunlar da az zəhərli, az zərərli  metabolitlərin  yaranması  ilə, 
bir sıra reaksiyaların tormozlanması ilə həyata keçir. 
Zəhərlərin  orqanizmdən  kənar  edilməsi,  yaxud  maddələr  mübadiləsinin 
xoşagəlməz  məhsullarının  çıxarılması  proseslərinin  fəal  mexanizmlərindən  biri 
onların  təbii  komplekslərlə  birləşməsi  hesabına  gedən  reaksiyalardır.  Metionin, 
sistein,  histidin,  qlütamin  turşusu  və  s.  bu  kimi  bir  sıra  aminturşular,  oksiturşular, 
nuklein  turşuları,  fıtosterinlər,  vitaminlər  və  s.  bu  kimi  maddələr  təbii  kompleks 
əmələgətiricilərdəndir.  Xelat  əlaqələri  də  zəhəriəri  orqanizmdən  kənar  edir. 
Orqanizmdə bu əlaqələri yaratma xassəsinə pektinlər, bir sıra dəniz yosunları və s. 
bu  kimi  birləşmələr  (qatqılar)  malikdirlər.  Onlar  ağır  metalların  duzlarını  özlərinə 
birləşdirərək, orqanizmdən kənar edirlər. 
 


 
135 
 
 
Şəkil 1. Müalicə-profilaktiki qidalanmanın əsaslandırılmasının müasir 
konsepsiyası. 
 
Müalicə-profılaktiki  iaşə  orqanizmdə  ayrı-ayrı  orqanlar  və  sistemlərin 
(qaraciyər,  ağciyər,  dəri,  böyrəklər  və  s.)  antitoksiki  funksiyalarını  artırmaqla 
bərabər,  istehsal  və  xarici  mühitin  mənfı  təsiri  ilə  yaranan  əvəzolunmaz  qida 
maddələri  qatılığının  və  xarici  xəstəliklərin  güclənməsi  qarşısının  alınmasının 
təminatçısı kimi çıxış edir. 
Beləliklə,  elmi  cəhətdən  əsaslandırılmış  rasionlar  hər  hansı  bir  qida 
maddəsinin fızioloji dəyişilməsinin optimal həddini  nəzərə almalıdır. Başqa sözlə, 
yeni konsepsiya nəzərə alınmaqla, müalicə-profılaktiki iaşənin təşkilində BFQ-dən 
istifadə  olunması  onun  orqanizmə  yumşaq  təsiri,  dərman  preparatlarından  fərqli 
olaraq,  profılaktiki  təsiri  ilə  (fızioloji  dəyişilmə  həddində)  əlaqədar  olub,  mərkəzi 


 
136 
 
sinir  və  endokrin  sisteminin,  immunitetin,  maddələr  mübadiləsinin,  bağırsaq 
mikroflorası fəaliyyətinin tənzimlənməsində müsbət rol oynamalıdır. 
MÜHAZİRƏ 14. TƏDRIS VƏ SƏHIYYƏ OCAQLARINDA KÜTLƏVI 
IAŞƏNIN TƏŞKILININ FIZIOLOJI ƏSASLARI 
Plan  
1.  Uşaqların qidalanması 
2.  Tələbələrin qidalanması 
 
1. Uşaqların qidalanması 
İnsanın  uşaqlıq  dövrü  üçün  intensiv  böyümə  və  boyatma  prosesləri 
xarakterikdir.  Bu  dövrdə  uşaq  orqanizminin  normal  inkişafı  və  sağlamlığı  ən  vacib 
şərtlərdən  biridir.  Uşaqlıq  dövründə  uşaqların  ali  sinir  fəaliyyəti,  intellekti  və  aktiv 
hərəkətləri  formalaşır,  xarici  mühitlə  əlaqələri  zənginləşir,  mühit-amillərinin  qeyri-
əlverişli təsirlərinə reaksiyaları zənginləşir. Bir sözlə, uşaq orqanizminin böyümə və 
fəallığı  yaşadığı  mühitə  adaptasiyası  və  ona  müdaxiləsinin,  qurulma  və  energetik 
proseslərinin yüksək səviyyələrdə həyata keçməsini tələb edir. Ona görə də uşaqlıq 
dövründə  rasional  qidalanma  bütün  digər  amillərdən  daha  böyük  əhəmiyyətlisi 
sayılır. Qeyd olunduğu kimi, uşaq orqanizmində, əsas mübadilə və enerji məsrəfləri 
xeyli  böyükdür,  bu  da əsas etibarilə  böyümə,  bədən  kütləsinin  artması, əzələ  işinin 
fəallaşması  ilə  əlaqədardır.  Uşaqlarda  assimilyator  (anabolik  sintetik)  proseslər 
dissimilyator (katabolik, deqrativ) proseslər üzərində dominantlıq edir. Erkən yaşda 
orqanizmin  quruluş  və  funksiyalarının  düzgün  formalaşması,  həyat  fəaliyyəti  üçün 
və  digər  biokimyəvi  fızioloji  parametrlərin  təşəkkülü  və  təzahürü  üçün,  şübhəsiz 
mənimsənilən  qidanın  əhəmiyyəti  və  keyfıyyəti  ilə  sıx  bağlıdır.  Böyüməkdə  olan 
uşaq  orqanizminin  rasional  qidalanmaya  olan  tələbləri,  yeniyetmə  və  ya  yaşlı 
dövrlərdəki  insan  orqanizminin  qidaya  olan  tələblərindən  xeyli  fərqlənir.  Bu 
tələblərin yerinə yetirilməməsi onun böyümə və inkişafının pozulmasına səbəb olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə