Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
29 
 
Qidanın  mədədə  həzmi  mühüm  əhəmiyyət  kəsb  edir.  Mədə,  içərisi  boşluq 
olan əzələ orqanı olub, insanda əsasən üç hissədən - yuxarı və ya kardial, orta və ya 
fundal və aşağı və ya pilorik şöbələrdən ibarətdir. Onun tutumu orta hesabla 2-2,5 
litrə  bərabərdir.  Mədənin  divarı  üç  qatlıdır:  xarici  serroz  təbəqə,  orta  əzələ  qatı, 
daxili  selikli  qişa.  Əzələ  qatı  boylama  və  uzununa  yerləşən  saya-əzələ  liflərindən 
ibarətdir.  Onların  nizamlı  yığılıb-boşalmaları  mədə  divarının  ritmik  peristaltik 
hərəkətini təmin edir. Selikli qişa, silindrik epitel hüceyrələrdən əmələ gəlib, mədə 
divarının bütün daxili səthini örtür. 
Epitel  təbəqə  burada  çoxlu  qanşıqlar  əmələ  gətirir  ki,  onlarda  da  külli 
miqdarda  vəz  hüceyrələri  -  mədə  vəziləri  formalaşmışdır.  Bu  vəzilər  mütəmadi 
olaraq mədə şirəsini ifraz edirlər. 
Mədə şirəsi rəngsiz, şəffaf maye olub, turş reaksiyaya malikdir. (pH 1,5-4), o 
əsasən  xlorid  turşusunun  (HCl)  sulu  məhlulundan  (10%-li  məhlul),  həzm 
fermentlərindən  və  mukopolisaxaridlərdən  ibarətdir.  Beynəlxalq  biokimya 
ittifaqının  fermentlər  üzrə  komissiyasının  rəsmi  təsdiqinə  görə  mədə  şirəsində 
zülalları  parçalayan  4  ferment  mövcuddur.  Proteolitik  və  ya  peptid  hidrolazlar 
(proteazalar)  qrupuna  aid  olan  bu  fermentlər  aşağıdakılardır:  pepsin-b,  rennin 
(ximozin)  və  qastriksin.  Bu  fermentlər  müxtəlif  substrat  spesifıkliyinə  malikdirlər 
və ayrı-ayrı pH  - optimumlarında təsir  göstərirlər. Onlardan əlavə,  mədə şirəsində 
yağlara  təsir  edən  lipaza  fermenti  də  aşkar  edilmişdir.  İnsanın  mədə  şirəsində 
pepsin  və  qastriksin  fermentləri  mühüm  yer  tutur  və  mədə  şirəsinin  proteolitik 
fəallığının 95%-i qədəri onların payına düşür. 
Mədə şirəsinin  ifrazı (sekresiyası)  fazalı  xarakter daşıyır.  Birinci  faza şərtsiz  və 
şərti reflekslərdən ibarət mürəkkəb reflektori reaksiyadır. Bu reaksiya yemək vaxtı baş 
verir. İkinci faza sinir- humoral və ya sinir-kimyəvi fazadır ki, onun baş verməsi qana 
daxil olan bəzi kimyəvi, başlıca olaraq hormon maddələrin mədə reseptorlarına və ya 
sinir  sisteminə  təsiri  ilə  əlaqədardır.  Mədə  simpatik  və  parasimpatik  sinirlər,  azan 
sinirin qolları ilə ən sıx innervasiya olunan orqanlardan biridir. Onun əzələ və selikli 
qişalarında  zəngin  məhəlli  sinir  kələfləri  (intermural  sinir  kələfləri)  vardır.  Mədə 
divarında çoxlu  mexano, -xemo,  -osmo, -termo  və s.  reseptorlar  yerləşir ki, onlar da 


 
30 
 
mədənin  həzm  və  hərəkət  fəaliyyəti  üçün  zəruri  olan  hissi  siqnalları  mərkəzi  sinir 
sisteminə,  onun  müvafiq  mərkəzlərinə  yollayırlar.  Mədə  toxumasında  bəzi  yerli 
mərkəzi təsirə malik olan hormonlar da hasil olur ki, onlar qana keçərək sinir-humoral 
yolla mədə fəaliyyətinə tənzimləyici təsir göstərirlər.  
Yaşla  əlaqədar  olaraq,  mədə  divarının  selikli  qişasının  morfoloji  və  fızioloji 
vəziyyəti  dəyişilir.  Yaşlı  və  ahıl  adamlarda  mədə  fəaliyyətinin  zəifləməsi,  mədə 
şirəsinin tərkibinin və miqdarının, onun aktivliyinin kəskin dəyişilmələri müşahidə 
olunur.  Bir  sıra  amillər  (alkoqol,  nikotin,  psixi  stresslər  və  s.)  mədənin  fızioloji 
qıcolmasına,  onda  müəyyən  xəstəliklərin  (mədə  xərçəngi,  qastrit,  mədə  xorası, 
mə'də  yarası  və  s.)  baş  verməsinə  zəmin  yaradırlar.  Yaşdan  asılı  olaraq  mədə 
şirəsinin  həcmi  daha  tez  dəyişilir.  Məs:  10-20  yaşlarında  olan  sağlam  gənclərdə 
mədə şirəsinin həcmi 109 ml/saat təşkil edirsə, 41-50 yaşlarında bu 77 ml/saat, 61-
70  yaşlarında  isə  51  ml/saat  qiymətlərinə  qədər  aşağı  düşür.  Bu  mədədə  həzmin 
keyfıyyət intensivliyinə və miqyasına mənfı təsir göstərir. 
 
5) Bağırsaqlarda həzm 
 Mədə  boşluğunda  xeyli  dərəcədə  həzmə  məruz  qalan  qida  horrası  reflektori 
olaraq  hissə-hissə  onikibarmaq  bağırsağına  evakuasiya  olunduğu  zaman,  burada 
həzm şirələrinin, mədəaltı vəzin ifraz etdiyi pankreas şirəsinin və qaraciyərin hasil 
etdiyi ödün təsiri altına düşür. 
Pankreas  şirəsi  həm  də  xarici  sekresiya  vəzisi  rolunu  oynayır.  Onun 
Langerhans  adacıqları  deyilən  hissəsi  daxili  sekresiya  vəzisi  olub,  qana  insulin  və 
qlükoqon  hormonları  ifraz  edir.  Mədəaltı  vəzin  pankreas  şirəsi  onikibarmaq 
bağırsağına  açılan  axarları  ilə  buraya  xeyli  miqdarda  müxtəlif  həzm  fermentləri 
ekssekresiya edir. Mədə şirəsindən fərqli olaraq bu şirə qələvi reaksiyaya malikdir. 
Tərkibində tripsin, ximotripsin, amilaza, lipaza, nukleaza kimi fermentlər vardır ki, 
onlar zülalları, yağları, karbohidratları və nuklein turşularını parçalayırlar. 
Tripsin zülalları polipeptidlərə qədər parçalayır, ximotripsin isə əsasən zərdab və 
yumurta  zülallarına  təsir  edir,  amilaza  nişastanı  maltozaya  kimi  parçalayır.  Lipaza 
yağları qliserin və yağ turşularına ayırır. Yağların həzm olunmasına ödün böyük təsiri 


 
31 
 
vardır.  Öd  turşuları  yağın  emulsiya  halına  düşməsinə  və  lipaza  fermentinin  təsirinin 
fəallaşmasına yardım edir. Ödün tərkibində öd turşularından başqa öd piqmentləri və 
xolesterin  də  vardır.  Öd  piqmentləri  hemoqlobinin  parçalanması  və  oksidləşməsi 
nəticəsində əmələ gələn məhsullardır. Onların təsiri qidada olan yağın emulqasiyasına 
səbəb  olur.  Öd  qaraciyərdə  fasiləsiz  olaraq  əmələ  gəlsə  də,  onikibarmaq  bağırsağına 
ancaq  qida  qəbul  ediləndə  ifraz  olunur.  Bağırsağın  bu  hissəsində  qidanın  həzmi 
kifayət qədər getmir. Ona görə də qida horrası buradan tədricən nazik bağırsağın orta 
və aşağı şöbələrinə hərəkət edir. Buna bağırsağın ritmik peristalitik hərəkətləri səbəb 
olur.  Bağırsaq  borusunun  divarı,  mədənin  divarı  kimi  daxili  selikli  qişa,  orta  saya  - 
əzələ  qişası  və  xarici  seroz  təbəqədən  ibarətdir.  Bağırsağın  hərəkəti  onun  əzələ 
qatınının yığılıb boşalmaları nəticəsində baş verir. 
6) Qaraciyər və onun həzmdə funksiyası 
İnsanda qaraciyər ən böyük vəzidir, kütləsi 1,5-2 kq-a çatır. O qarın boşluğunda, 
diafraqmanın  altında  olub,  mədə-bağırsaq  traktına  yaxın  yerləşir,  iki  böyük  paydan-
sağ  və  sol  hissələrdən  ibarətdir.  Qaraciyərin  "qapısı"  adlanan  nahiyəsindən  onun 
daxilinə  qaraciyər  arteriyası,  qapı  venası,  limfa  damarları  və  sinirlər  daxil  olur. 
Bağırsaqlardan  axan  və  sorulmuş  qida  maddələri  ilə  zəngin  olan  venoz  qan,  qapı 
venası  damarları  vasitəsilə  qaracıyərə  daxil  olur  və  burada  zərərləşdirmə  və  digər 
proseslərə məruz qalır, bir sıra zülal və başqa təbiətli maddələrlə zənginləşir. 
Qaraciyərin orqanizmdə vəzifəsi çox böyükdür. O, həzm prosesində və maddələr 
mübadiləsində  fəal  iştirak  edir.  Onun  toxumasında  bir  sıra  kimyəvi  reaksiyalar  baş 
verir: bağırsaqdan, dalaqdan və digər toxuma və üzvlərdən buraya daxil olan müxtəlif 
maddələr  yenidən  işlənilir,  saxlanılır,  yenidən  paylanılır,  mənimsənilir  və  parçalanır. 
Bununla yanaşı, qaraciyər orqanizmə lazım olan bəzi maddələri özü sintez edir. 
Həzmdə  qaraciyərin  hasil  etdiyi  öd  mühüm  rol  oynayır.  Sutka  ərzində 
qaraciyərdə  500-700  ml  öd  hasil  olur.  Həzm  prosesləri  getməyəndə  bu  məhsul  öd 
kisəsində  yığılır  və  daha  da  qatılaşır.  Od  qaraciyərə  daxil  olan  qanın  tərkibindəki 
bəzi  maddələrdən  əmələ  gəlir.  Məsələn,  öd  piqmentləri  qanın  tənəffüs  zülalı  olan 
hemoqlobinin  parçalanması  məhsullarından  yaranır.  Ödün  mühüm  tərkib  hissələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə