19
Vegetativ sinir sistemi daxili üzvlərin, o cümlədən tənəffüs, ürək-qan-damar, həzm,
ifrazat, endokrin sistemlərinin fəaliyyətinin tənzimlənməsində başlıca rol oynayır.
3) Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji tərkibi.
İnsanın qan dövranı sistemi böyük və kiçik qan dövranı adlanan 2 şöbədən
ibarətdir.
Qan, orqanizmin maye mühiti olub, böyük və kiçik qan dövranına aid
damarlarda aşağıdakı funksiyaları yerinə yetirir: -nəqliyyat rolu (O
2
və tullantıları);
-daimi (sabit) mühit saxlama rolu; -müdafıə rolu (antitellər və antitoksinlər
yaradır); -tənzimedici rolu (hormonların köçürülməsinin köməyi ilə bütün
prosesləri tənzim edir).
Qidanın həzm olan son məhsullarının əsas hissəsi qana sorulur. Bundan əlavə,
qan orqanizmdə hərəkət etməklə orqan və toxumalara qida maddələrini və oksigeni
çatdırır. Qan, həmçinin həyat fəaliyyəti məhsullarının hüeeyrələrdən çıxarılıb ifrazat
orqanlarına verilməsini də təmin edir. Qan vasitəsilə, həmçinin orqanizmdə həyat
fəaliyyəti proseslərinin hormonal tənzimi də həyata keçirilir. Qanda eyni zamanda
orqanizmin bir sıra müdafiə funksiyaları inkişaf edir ki, bunların da köməyi ilə
orqanizmdə daxil olan mikrobların məhv olunması təmin edilir. Qanın ən mühüm
xüsusiyyətlərindən biri də orqanizmdə olan bütün hüceyrə və toxumaların kimyəvi
tərkibi və fıziki-kimyəvi xassələrinin sabit vəziyyətdə saxlanmasında iştirak etməsidir.
Qan - plazmalardan və formalı elementlərdən təşkil olunmuşdur.
Plazma - qanın fibrinogen zülalı ilə birlikdə formalı elementlərinin qanşığı
şəklində olan maye hissəsidir. Fibrinogen zülalı ayrıldıqda qan laxtalanır.
Qanın qırmızı rəngdə olan aşağı təbəqə hissəsi formalı elementlər adlanır.
Onlar qanda 3 cür hüceyrələr: qırmızı qan kürəcikləri (eritrositlər), ağ qan
kürəcikləri (leykositlər) və trombositlər (qan lövhəcikləri) şəklində yerləşirlər.
Eritrositlər - nüvəsiz hüceyrələr olub (o, ES-linza şəklindədir) əsas hissəsini
su və hemoqlobin maddəsi təşkil edir. Hemoqlobin qələvi xassəli qlobin zülalından
və dörd molekul hemdən ibarətdir. Hem isə tərkibinə ikivalentli dəmir (Fe
++
) daxil
olan mürəkkəb üzvi maddədir.
20
Hemoqlobin oksigen ilə asan birləşərək oksihemoqlobin yaradır. Toxumalar-
dan keçərək hemoqlobin O
2
-ni verir və CO
2
-ni qəbul edir və nəticədə yenidən
əmələ gəlmiş alqırmızı rəngli hemoqlobin yaradır.
1 mkl qanda 5 mln-a qədər eritrosit olur. Bu miqdar 3 mln-dan az olduqda,
orqanizmdə azqanlılıq yaranır.
Eritrositlər - qırmızı sümük iliyində bir neçə mərhələ keçirərək yetişir, qana
düşürlər və 128-130 gün yaşayırlar. Sonradan tərkiblərində dəmir ionları (Fe)
saxlayırlar. Eritrositlərin 60%-ni su və 40%-ni bərk maddələr təşkil edir.
Leykositlər - parçalanma, bölünmə funksiyasına malik nüvəsi və protoplazması
olan zəngin hüceyrələrdir. Onlar amöblər kimi bakteriyalara, mikroblara doğru
hərəkət edirlər və mikroorqanizmləri məhv edirlər. Onlar nüvəsinin quruluşuna görə
və protoplazmanın dənəvərliyinə görə fərqlənirlər. Leykositlərin sayı 1 mkl qanda
10000-12000 olduqda insan orqanizmində xəstəlik yaranır. Xərçəng xəstəliyi və ya
şüalanma zamanı onların sayı 3000-ə çatır ki, bu da xəstəlikdir.
Leykositlər qırmızı sümük iliyində limfa düyünlərində və dalaqda əmələ
gəlirlər. Sağlam adamda xörək qəbulundan sonra onlar miqdarca artır və yeyinti
leykositozu yaradırlar (xəstəlik).
Leykositlər mikroorqanizmlərdən müdafiə funksiyasına malikdirlər.
Qan lövhəcikləri (trombositlər) qanın laxtalanma prosesində iştirak edirlər. Onlar
trombokinaza fermentinə malikdirlər. Sağlam insanın 1 mkl qanında 400 minə qədər
trombositlər olur. Qanda 58% plazma və 12% formalı elementlər vardır.
4) Qanın laxtalanması.
Orqanizmi qan itirmədən qorumaq üçün laxtalanma prosesinin böyük
əhəmiyyəti vardır. Bu prosesin əsasını plazmada olan fibrinogen zülalının fıziki-
kimyəvi dəyişikliyə uğraması təşkil edir.
Qanın plazmasında olan fibrinogen zülalı laxtalanaraq sapşəkilli fıbrinlərə
çevrilir və yumaq şəklinə düşürlər. Fibrinogen qlobulinlərə aiddir. Fibrinə çevrildikdə,
o özünün qlobulyar quruluşunu dəyişir deyə, albuminlərə xas olan həmin sap
vəziyyətinə düşür.
21
Yaradan qan axdıqda trombositlər ayrılır ki, parçalanaraq trombokinaza
fermentini əmələ gətirirlər (ayırırlar).
Qan plazması fıbrinogen və protrombindən ibarətdir. Onların hər ikisi zülali
maddələrə aiddir.
Trombokinaza fermenti protrombinə təsir göstərərək trombinə, o isə fıbrinogenə
təsir edərək fıbrinə çevirir. Bütövlükdə qanın laxtalanması mürəkkəb prosesdir.
Düzgün qidalanmamaq da laxtalanmaya gətirib çıxara bilər. Əgər xörəkdə K
vitamini azdırsa, onda qaraciyərdə protrombinlər az əmələ gələcəklər və qan
yavaş-yavaş laxtalanacaqdır.
5) Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti.
Formalı elementlərdən başqa, qan plazmasında (mayenin tərkibində) 7-8%
miqdarda zülal da vardır. Zülalın miqdarı azaldıqda, "qapalı" şəkildə zülal azlığı
baş verir. Onlar əsasən albuminlər və qlobulinlərdən ibarətdirlər.
Qanda 80-120 mq% qlükoza, 1% neytral yağlar, 10-15 mq% süd turşusu,
karotinlər, sidik cövhəri, ammonium duzları və s. vardır.
Mövcud fızioloji təlimlərə əsasən bütün insanlar 4 qan qrupu ilə fərqlənirlər.
Bu da qan plazmasında eritrositləri birləşdirmək, yapışdırmaq qabiliyyətinə malik
olan 2 növ aqqlyütininlər (antitellər)- və və eritrositlərdə isə eyni xassəyə malik
xüsusi maddələr - 2 növ aqqlyütinogenlərin - A və B xüsusiyyətləri ilə izah olunur.
I
qrupda - qanın plazmasında hər iki növ ( və ) aqqlyiitininləri vardır.
II
qrupda - yalnız -aqqlyütininləri olur və -aqqlyütininlər olmur.
III
qrupda - qanın plazmasında yalnız -aqqlyütininlor olur. Bu qrupun
eritrositləri isə B – aqqlyiitinogenlərdən ibarət olur.
IV
qrupda – aqqlyütininlər tamamilə olmur. Burada eritrositlər A və B
aqqlyütinogenlərini saxlayırlar.
I qan qrupunu hamıya vurmaq olar. II qrupu isə yalnız II və IV qrupa
vururlar. A + olduqda ölüm hadisəsi baş verir.
III
qrup - II və IV qrup qanlara vurula bilər. II və III qan qrupu olan insanlara
I, II və III qrup qanları vurmaq olar.
Dostları ilə paylaş: |