Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

104 
 
ətraflı  öyrənməklə,  maddələr  mübadiləsini  heyvandarlığın  inkişafına  şərait 
yaradacaq istiqamətə yönəltmək olar.  
3.  Həzmin  biokimyası.  Həzm  kanalında  maddələrin  sorulması:  İnsan  və 
heyvanların  qəbul  etdiyi  qida  və  onda  olan  müxtəlif  maddələr  (zülallar,  yağlar, 
karbohidratlar, duzlar və s.) öz tərkib hissələrinə həzm orqanlarında (ağız boşluğu, 
mədə, bağırsaqlar) parçalanır. Həzm orqanlarında qida müxtəlif şirələrin (tüpürcək, 
mədə  şirəsi,  bağırsaq  şirəsi,  öd  və  s.)  və  onlardakı  maddələrin  (xüsusən  ferment-
lərin),  öd  turşularının  və  s.  təsiri  ilə  fiziki  və  kimyəvi  dəyişikliyə  uğrayır.  Həzm 
prosesində  zülallar  son  məhsul  olaraq  aminturşularına,  karbohidratlar  monosaxa-
ridlərə, yağlar və yağabənzər maddələr qliserinə, yüksəkmolekullu yağ turşularına, 
fosfat  turşusuna,  azotlu  birləşmələrə  (xolinə,  kolaminə,  serinə  və  s.),  nuklein 
turşuları  purin  və  purimidin  nukleotidlərinə,  duzlar  isə  ionlara  ayrılır.  Bu  bəsit 
birləşmələr həzm orqanlarından sorularaq qana keçir və qanda bədənin bütün orqan 
və toxumalarına aparılır.  
Qida  maddələri  həzm prosesində öz  tərkib  hissələrinə parçalandıqdan sonra 
həzm orqanlarından, xüsusən nazik bağırsaqdan sorularaq, qana keçir. Maddələrin 
70 – 80 %-i  nazik bağırsaqdan qana sorulur. Nazik bağırsağın selik təbəqəsindəki 
çoxlu  xovlar  (1  sm
2
  2000  -  2500)  onun  səthini  20  –  25  dəfə  artırır  və  bununla  da 
qana sorulmanı asanlaşdırır.  
Karbohidratlar  monosaxaridlər  (qlükoza,  qalaktoza,  fruktoza  və  s.)  şəklində 
qana  sorulur.  Disaxaridlər  çox  olduqda  müəyyən  hissəsi  parçalanmadan  da  sorula 
bilir.  
Monosaxaridlər növündən, quruluşundan və s.-dən asılı olaraq, eyni dərəcə-
də  sorulmur.  Qana  ən  yaxşı  sorulan  qalaktoza  və  qlükozadır.  Arabinozanın  sorul-
ması zəifdir. Bunlar (qlükoza, qalaktoza və feuktoza) bağırsağın divarında fosforla-
şaraq,  bir-birinə  çevrilə  bilir.  Bu  da  onların  sorulmasını  asanlaşdırır.  Beləliklə, 
fosfatlar monosaxaridlərin sorulmasını sürətləndirir.  
Yağlar qliserin və yağ turşuları şəklində qana sorulur. Onlar az miqdarda  
yaxşı  emulsiyalaşdıqda  parçalanmadan  da  qana  sorula  bilir.  Ərimə  temperaturu 
yüksək  olan  yağların  emulsiyalaşması  və  sorulması  çətin  olur.  Ona  görə  də  bitki 
yağları  hidroliz olunmadan 98%, tristearinlər isə 15% sorulur. Qliserin suda  yaxşı 
həll olunduğundan asan,  yağ turşuları  isə  pis  həll olunduğundan çətin sorulur. Öd 
turşuları bunlarla müxtəlif nisbətdə (1:4; 2:7; 3:8; 4:9 və s.) mürəkkəb komplekslər 
əmələ gətirərək, həll olan şəklə keçirir və sorulmanı sürətləndirir. Bu komplekslər 
(xolein  turşuları)  sorulduqdan  sonra  parçalanır.  Yağ  turşuları  bağırsağın  epiteli 
toxumasında qalaraq orqanizmdə yağların sintezi üçün istifadə olunur. Öd turşuları 
isə qanla qaraciyərə gedib, ödə keçir və yenidən bağırsağa qayıdır, yağ turşularının 
sorulmasında  təkrar  iştirak  edir.  Yağ  turşularının  sorulması  fosfat  turşusu  ilə  də 
stimullaşdırılır.  


105 
 
Bağırsağın  selik  təbəqəsində  yağ  turşuları  qliserinlə  birləşərək  yağlara  da 
çevrilir. Sonra əsasən limfa sisteminə və qismən (təxminən 20 – 30%) kapilyar qan 
damarlarına keçir.  
Zülallar  aminturşuları  şəklində  qana  sorulur.  Yemlə  zülal  çox  qəbul 
edildikdə  az  hissəsi  parçalanmadan  da  sorula  bilir.  Bağırsağın  selik  təbəqəsində 
aminturşularından müəyyən dərəcədə polipeptidlərin sintezi üçün də istifadə edilir.  
Su  bütün  həzm  orqanlarında,  xüsusi  ilə  bağırsaqdan  şorulur.  Sutka  ərzində 
qaramalın  bağırsağından  100  l-ə,  donuzda  isə  25  l-ə  qədər  su  sorula  bilər.  Bu  da 
bağırsaq möhtəviyyatının osmos təzyiqindən, orada duzların qatılığından və s.-dən 
asılıdır. 
Duzlardan  xörək  duzu  və  kalium-xlorid  asan,  suda  zəif  həllolan  duzlar 
(natrium  sulfat,  maqnezium  sulfat)  isə  ləng  qana  sorulur.  Fosfat  və  karbonat 
turşularının kalsium və maqnezium duzlarının sorulması daha da zəif olur. Dəmir, 
yod və s. elementlərin duzları isə  mürəkkəb üzvi birləşmələr (tiroksin, askorbinat 
və s.) şəklində asan sorulur.  
4.  Bioloji  oksidləşmə,  mexanizmi:  Hələ  XVIII  əsrin  ikinci  yarısında  M.  V. 
Lomonosov və  A. L. Lavuazye sübut etmişlər ki, yanma yanan maddənin havanın 
oksigeni ilə birləşməsidir. Üzvi maddə yandıqda karbon qazı və su əmələ gəlmək-
lə,  sərbəst  istilik  enerjisi  də  ayrılır.  İnsanların  və  heyvanların  tənəffüsü  də  bunun 
eynidir. Orqanizmə daxil olmuş havanın oksigeni hüceyrələrdəki maddələri karbon 
qazı və suya qədər oksidləşdirir, enerji ayrılır. Son iki əsr ərzində bioloji oksidləş-
mənin  bir  çox  cəhətləri:  fermentlərin  iştirakı,  mərkəzi  sinir  sisteminin,  hormon-
ların, vitaminlərin rolu, enerjinin çevrilmələri və s. öyrənilmişdir. Bioloji oksidləş-
mə  bütün  toxumalarda  getdiyindən  toxuma  tənəffüsü  və  ya  oksidləşməsi  də 
adlanır.  
Əvvələr toxuma tənəffüsünə oksidləşən  maddəyə oksigenin birləşməsi kimi 
baxırdılar.  Oksigenin  çıxmasını  isə  maddənin  reduksiya  olunması  hesab  edirdilər. 
Elmin son nailiyyətləri bu anlayışı dərinləşdirmişdir. Oksidləşmə maddə atomunun 
elektron verdiyini, reduksiyalaşma isə onun qəbul edilməsini göstərir.  
 
 
 
 
Ona  görə  də  oksidləşmiş  atomun  mənfi  yükü  azalır  və  ya  müsbət  yükü 
çoxalır.  Neytral  atomlar  oksidləşdikdə  müsbət  yüklü  ionlara  çevrilir.  Oksidləşmə 
reaksiyalarında  elektronların  verilməsi  ilə  müsbət,  reduksiyalaşmada  isə  elektron-
ların birləşməsi ilə mənfi yüklülük çoxalır.  
Oksidləşmə  və  reduksiyalaşma  reaksiyaları  həmişə  birlikdə  gedir,  qarşılıqlı 
əlaqədədir  və  biri  digərini  tamamlayır.  Odur  ki,  oksidləşmə-reduksiya  prosesi 
EO 
- 2e
 
+ ½
 O
2
 
E
0
 
E
+2
 + O
2-
  


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə