69
əməliyatında onların dəyişirikliyə uğramasının müəyyənləşdirilməsi diaqnostika-
sında və s istifadə olunurlar.
Biokimya laboratoriyalarında fermentlər bəzi göstəricilərin (qlükoza, süd
turşusu, piroüzüm turşusu, ATF, ADF, AMF və s) bioloji materiallarda (qan,
toxuma və s.) təyinində işlədilir.
Mikrobiologiyanın və biotexnologiyanın nəaliyyətləri bakteriya və köbələk
mənşəli fermentlərdən heyvanların yemləri mənimsənilməsini artırmaq məqsədilə
istifadəsi get-gedə genişlənir. Kompleks ferment preparatlarının tətbiqi yemlərdə
selluloza və hemisellulozanın da heyvan orqanizmində mənimsənilməsinə şərait
yaradır.
Ferment preparatların saxlanılması nəticəsində onların istifadəsi çətinləşir.
Tətbiqi enzimologiyanın nəaliyyətləri nəticəsində immobilləşdirilmiş fermentlər-
süni ferment qrupları yaradılmışdır. Bu cür immobilləşdirilmiş fermentdə hər bir
ferment süni surətdə həll olmayan daşıyıcı ilə birləşir. Daşıyıçı kimi üzvi
(sellüloza, dekstrin, aqaroza, xıtın, keratin, fibroin, kollagen) həm də qeyri-üzvi
(şüşə, gil, keramika, silikogel, metal oksidləri və s) maddələrdən istifadə olunur.
Son zamanlar biotexnoloji üsul ilə immobilləşdirilmiş fermentlər istehsalına
başlanmışdır. Bu cür immeilləşdirilmiş fermentdə hər bir ferment öz aktivliyini
saxlayır.
Gələcəkdə fermentativ reaksiyaların mexanizminin tam açılması reaksiyala-
rın sürətlə getməsini 100% çıxıma nail olmasını, canlı orqanizmdə bir çox
xəstəliklərin vaxtında diaqnostikasını və müalicəsini təmin edəcəkdir.
ƏDƏBİYYAT
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c.
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s.
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya.
Bakı 1989.
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000.
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва.
Медицина. 2003.
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008.
Qida kimyasından mühazirələr.
70
MƏRUZƏÇİ:dos.Həşimov Xalıq Məmməd oğlu
MÖVZU 7. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR, TƏSNİFATI. YAĞDA VƏ
SUDA HƏLL OLAN VİTAMİNLƏR. ANTİVİTAMİNLƏR
P L A N
1. Vitaminlər və kofermentlər haqqında ümumi məlumat
2. Vitaminlərin təsnifatı və nomenklaturası, təyin edilmə üsulları
3. Yağda həll olan (A, D, E, K, F, Q) vitaminlər, tərkibi, bioloji rolu
4. Suda həll olan (B qrupu vitaminləri, C vitamini) vitaminlər, tərkibi, bioloji rolu
5. Antivitaminlər, tərkibi, bioloji rolu
1. Vitaminlər və kofermentlər haqqında ümumi məlumat: Vitaminlər -
hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir.
71
Onlar qidanın əvəzolunmaz komponentləridir. Vitaminlərin çoxusu insan və
heyvan orqanizmində sintez olunmurlar. Bitkilərdə və mikroorqanizmlərdə amin-
turşulardan (triptofan, β-alanin, valin, serin və s.), karbohidratlardan (qlükoza,
qalaktoza və s.) və qeyri-üzvi birləşmələrdən sintez olunurlar. Vitaminlər bir çox
fermentlərin tərkibinə daxildir, bioloji katalizdə mühüm rol oynayır. Onlar
orqanizmdə fermentlərin zülal olmayan hissələrinin-koferment və prostetik
qruplarının qurulmasında iştirak edir. Onlar bitkilərin, heyvanların və insanların
boy və inkişafında da mühüm rol oynayır.
Vitaminlərin mübadiləsi (biosintezi, parçalanması) bitkilərin və heyvanların
orqanlarında müxtəlif intensivlikdə getməklə onların yaşından, xarici mühit
amillərindən (günün uzunluğu, temperatur, havanın rütubəti, təzyiq, şüalanma və
s.) və onların orqanizmindən də asılıdır.
Viataminləri öyrənən elm sahəsi vitaminologiya adlanır. Hazırda 50-yə
qədər vitamin müəyyən edilmişdir. Onların əksəriyyəti bitkilərdən süni surətdə
sintez üsulu ilə alınmışdır.
Struktur və funksyaları yaxşı öyrənilmiş vitaminlərdən əlavə vitaminəbənzər
maddələr də mövcuddur. Onların bioloji rolu hələlik yaxşı tədqiq edilməmişdir.
Belə maddələrə xolin, inozit, linol turşusu, I-vitamini (S-metilmetionin), B
15
-
vitamini (panqam turşusu), orot turşusu, ubixinon, paraaminbenzoy turşusu,
karnitin, linol, linolein, araxidon turşuları aiddir. Müəyyən edilmişdir ki, onların
qidada çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.
2. Vitaminlərin təsnifatı və nomenklaturası, təyin edilmə üsulları:
Vitaminlərin öyrənilməsi 1880-ci ildə N. İ. Lunin tərəfindən başlanmış və ilk dəfə
1911-ci ildə K. Funk tərəfindən düyünün kəpəyində müəyyən edilmişdir. Hələ
qədim zamanlarda insanlar arasında bir sıra kütləvi xəstəliklər (sınqa, beri-beri,
pellaqra və s.) yayılmışdır. Beri-beri xəstəliyi haqqında məlumatı qədim Çin,
Yunan və Hind həkimlərinin əsərlərində təsadüf olunur. 1912-ci ildə polyak alimi
K. Funk düyü kəpəyindən alınan və beri-beri xəstəliyində işlədilən kristal
maddənin tərkibində amin (─NH
2
) qrupunun olmasını müəyyən etmişdir və bu
maddəyə vitamin (latınca vita-həyat, vitamin-həyat amili) adı verməyi təklif etdi..
Sonralar məlum oldu ki, düyü kəpəyindən alınmış kristal maddə də müxtəlif
birləşmələrin qarışığından ibarətdir. Sonralar qida ilə qəbul edilən, həyat üçün
zəruri olan və orqanizm tərəfindən energetik maddə kimi istifadə edilməyən bioloji
aktiv maddələr vitaminlər adı altında birləşdirildi. Sonralar aydın olmuşdur ki,
tərkibində amin qrupu olmayan vitaminlər də (askorbin turşusu, tokoferol,
pridoksin və s.) vardır.
Vitaminlər latın hərfləri ilə adlandırılır. A, B, C, D, E, K vitaminləri və s.
Dostları ilə paylaş: |