82
C vitamininin əsas funksiyalarından biri kallagenin sintezində iştirak
etməsidir. Kollagendə damarların endotelisinin, birləşdirici toxumanın, qığırdaq-
ların, sümük toxumasının tərkib hissəsidir.
Askorbin turşusu qaraciyərdə toksinləri (difteriya, vərəm, dizenteriya və s.)
zərərsizləşdirir. Nuklein turşularının, zülalların, karbohidratların mübadilsində
iştirak edir, bağırsaqda dəmirin sorulmasına şərait yaradır, yoluxucu xəstəliklərə
qarşı orqanizmin müqavimətini artırır. Bu vitamin bir sıra fermentlərin: arginaza-
nın, amilazanın, katepsinlərin fəallığını yüksəldir, kortikosteroidlərin əmələ
gəlməsində iştirak edir, piridin nukleotidlərinin (xüsusən HADF-n) sintezini artırır.
Son zamanlar müəyyən edilmişdir ki, C vitamini bir sıra tioqlikozidlərin hidrolizini
sürətləndirən fementlərin fəal qrupunu yaradır.
C vitamini çatışmadıqda insanda, meymunlarda sınqa və ya skorbut xəstəliyi
baş verir. Bu xəstəlik insanlara hələ XVI əsrdə bəlli idi. Lakin səbəbini bilmirdilər.
Xəstəlik ağız boşluğunda yaraların əmələ gəlməsi, dişlərin laxlayıb tökülməsi,
dərialtında nöqtəvarı qan sağıntılarının olması ilə xarekterlənir. Ürək sahəsində
ağrılar olur, tənginəfəslik müşahidə edilir.
Kənd təsərrüfatı heyvanları karbohidratlardan C vitamini sintez etmək
qabiliyyətinə malikdir və ona ehtiyacları postnatal dövrün ilk günlərində olur.
C vitamini D-qlükuron turşusunun laktonundan sintez olunur. Bu prosesdə
iştirak edən fermentlərdə (qlükuronreduktaza, qulonoksidaza və s.) müəyyən
edilmişdir. Onlar heyvanların qaraciyərində mikrosomlarda vardır.
Kənd təsərüfatı heyvanlarının orqanizmində C vitamini ən çox böyrəküstü
vəzlərdə, ağciyərdə, dalaqda, hipovizdə, qaraciyərdə və s. olur. C vitamini ilə süd
də zəngindir, lakin əzələlərdə azdır. Bu vitamin bitkilərin yaşıl hissəsində,
tərəvəzlərdə də çoxdur. İtburnu meyvəsində 100-400 mq%, limonda 40-60 mq%
askorbin turşusu vardır. Bu vitaminin miqdarı bəzi yabanı bitkilərdə də (ciriş və
pərpətöyündə290 mq%, gicirkəndə 178 mq%) çoxdur.
5. Antivitaminlər, tərkibi, bioloji rolu: Antivitaminlər kimyəvi tərkibinə
görə vitaminlərə oxşayır, lakin vitamin xassəsinə malik olmayan birləşmələrdir. Bu
birləşmələr orqanizmin vitaminlərə qarşı təlabatını yüksəldir və avitaminoz
əlamətlərinin meydana çıxmasına səbəb olurlar. Bunlar münasib vitaminləri
fermentin tərkibində əvəz etdikdə, ferment fəallığını itirir. Orqanizmə yüksək
dozada vitamin daxil edildikdə antivitaminlərin təsiri aradan qalxır. Bir sıra
vitaminlərin antivitaminləri müəyyən edilmişdir.
Paraaminbenzoy turşusunun antivitamini streptosiddir, nikotin turşusununku
piridin-3-sulfoturşudur, piridoksininki etilpiridoksindir, tiamininki piritiamindir,
pantoten turşusununku pantolitarindir, C vitamininki qlükoaskorbin turşusudur.
83
CH
2
OH
│
HO─
HO─
H
3
C─
H
5
C
2
─
CH
2
OH
│
N
─
CH
2
OH
Etilpiridoksin
─
CH
2
OH
N
Piridoksin
K vitamininin antoqonisti olan dikumarin qanın laxtalanma qabiliyyətinin
yüksəlməsi ilə əlaqədar olan xəstəliklərdə müalicə vasitəsi kimi tətbiq edilir. O,
qanda olan protrombinin miqdarını azaldır.
Riboflavin, fol turşusu, biotin və s. vitaminlərin də antoqonistləri müəyyən
edilmişdir. Antivitaminlərdən xəstəliktörədici mikrobların boy və inkişafını
dayandırmaq üçün istifadə olunur.
Hazırda bu istiqamətdə geniş tədqiqat işləri aparılır.
ƏDƏBİYYAT
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c.
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s.
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya.
Bakı 1989.
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000.
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва.
Медицина. 2003.
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008.
Qida kimyasından mühazirələr.
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu
MÖVZU 8. HORMONLAR, TƏSNİFATI, TƏSİR MEXANİZMİ, KİMYƏVİ
NH
2
NH
2
COOH
│
SO
2
NH
2
│
SO
2
H
│
COOH
│
Para-aminbenzoy
turşusu
Streptosid
Nikotin
turşusu
Piridin-3-
sulfoturşusu
N
N
84
TƏBİƏTİ, FUNKSYALARI
P L A N
1. Hormonlar haqqında ümumi məlumat
2. Hormonların təsir mexanizmi və təsnifatı
3. Qalxanabənzər vəzin hormonları, kimyəvi təbiəti, funksyaları
4. Böyrəküstü vəziləri hormonları, kimyəvi təbiəti, funksyaları
5. Mədəaltı vəzi hormonları, kimyəvi təbiəti, funksyaları
6. Tənasül vəzi hormonları, kimyəvi təbiəti, funksyaları
7. Hipofiz vəzi hormonları, funksyaları
8. Hormonoidlər, kimyəvi təbiəti, fnksyaları
1. Hormonlar haqqında ümumi məlumat: Orqanizmdə maddələr mübadiləsini
tənzim edən sistemlərdən biri də hormonal sistemdir. Hormonal sistem bütün
endokrin vəzilərinin (daxili sekresiya vəzilərinin) təsiri ilə həyata keçirilir.
Endokrin vəzilər aşağıdakılardır:
Dostları ilə paylaş: |