Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

102 
 
C

H
12 
O

+ 6O

→ 6CO
2
 + 6H
2

1
6
6
2
2


O
CO
RQ
.
 
 
Yağların  tərkibində  oksigen  atomlarının  miqdarı  karbohidratlardakına 
nisbətən  azdır.  Yağlar  oksidləşdikdə  həm  karbon  qazının  əmələ  gəlməsi,  həm  də 
hidrogen  atomlarının  oksidləşməsi  üçün  oksigen  sərf  edilir.  Odur  ki,  yağların 
oksidləşməsi zamanı tənəffüs əmsalı vahiddən aşağı (0,7) olur. Zülalların oksidləş-
məsinin tənəffüs əmsalı 
≈ 0,8-ə bərabərdir. 
Qarışıq  qidalanma  şəraitində  insanların  tənəffüs  əmsalı  0,7  ilə  1,0  arasında 
tərəddüd    edir  (orta  hesabla  0,83-0,87).  Qida  qarışığında    karbohidratların  nisbi 
miqdarı nə qədər çox olarsa, tənəffüs əmsalı da bir o qədər yüksək olur. 
Tənəffüs  əmsalının  qiymətinə  və  udulan  oksigenin  həcminə  əsaslanaraq, 
müvafiq  cədvəllər  vasitəsilə  orqanizmdə  əmələ  gələn  istiliyin  miqdarını  müəyyən 
etmək  olar.  Tənəffüs  əmsalı  şəraitdən  asılı  olaraq  dəyişə  bilər.  Aclıq  halında 
orqanizmin karbohidrat ehtiyatı tükəndiyinə görə, yağlar oksidləşməyə başlayır və 
tənəffüs əmsalı 0,7-yə yaxınlaşır. Kökəlmə zamanı isə bunun əksi müşahidə edilir, 
yəni  toxumalarda,  karbohidratlardan  yağlar  sintez  edilir  və  tənəffüs  əmsalı 
yüksəlir.   
2. Maddələr mübadiləsinin öyrənilmə üsulları: Qəbul edilən qida maddələ-
rinin ilk çevrilmələrindən başlayaraq, mübadilənin son məhsullarının əmələ gəldiyi 
mərhələyə qədər uğradıqları bütün kimyəvi dəyişikliklərə  a r a l ı q  m ü  b a d i l ə  
deyilir.  Mədə-bağırsaq  traktında  gedən  həzm  və  sorulma  prosesləri,  sümüklərdə 
mineral  maddələrin  əmələ  gəlməsi,  bəzi  toxumaların  ara  maddələrinin  və 
mayelərinin  yaranması  müstəsna  olmaqla,  aralıq  mübadilənin  yerdə  qalan  bütün 
prosesləri hüceyrələrin daxilində baş verir.  
Balans üsulu  ilə  müxtəlif elementlərin  və  maddələrin (azot, kalsium,  fosfor, 
su və s.) qəbul edilən və kənar olunan miqdarı təyin edilməklə, orqanizmin onlara 
olan  təlabatı  müəyyənləşdirilir.  Yoxlanan  maddənin  (məsələn,  azotun)  qəbul 
edilmiş miqdarı ifraz olunandan çoxdursa müsbət balans adlanır. Bu zaman həmin 
maddə bədəndə toplanır. Belə hal ən çox cavanlarda nəzərə çarpır. Maddənin qəbul 
olunmuş  miqdarı  ifrazından  az  olarsa,  o  mənfi  balans  adlanır.  Həmin  vəziyyət 
müxtəlif   xəstəliklərdə  yaranır. Qəbul  olunan  maddənin  miqdarı  ilə  ifraz olunankı 
eynidirsə ona müvazinət balansı deyilir.  
Balans  üsulu  insan  və  heyvanların  müxtəlif  maddələr  olan  təlabatının 
miqdarca  təyininə  imkan  verir.  Bu  üsulla  keyfiyyət  təlabatını  müəyyən  etmək 
olmur.  


103 
 
Nişanlanmış  atomlar  üsulundan  istifadə  etməklə  orqanizmə  daxil  olan 
maddənin  tərkibində  (aminturşusunda,  yağ  turşusunda,  hormonda,  vitamində, 
duzlarda  və  s.)  atomlardan  biri  (məsələn,  karbon,  kükürd,  fosfor,  azot,  və  s.) 
nişanlanır-yəni  mədəyə  radioktiv  izotopu  olan  element  daxil  olur.  Radioktiv 
elementə  görə  orqanizmdə,  ayrı-ayrı  orqan,  toxumalarda  yoxlanan  maddənin 
vəziyyəti  izlənir.  Bu  üsul  aralıq  mübadilənin  ətraflı  öyrənilməsinə  imkan  verir. 
Angiostomiya üsulunda müxtəlif orqanların aralarına, arteriya və vena damarlarına 
fistula  qoyularaq  istənilən  vaxtda  qan,  öd  və  başqa  nümunələr  götürülür,  kimyəvi 
təhlil aparılır.  İ. P. Pavlov, J. S. London tərəfindən təklif edilmiş bu üsul müxtəlif 
maddələrin  (məsələn,  karbohidratların,  zülalların  və  s.)  ayrı-ayrı  orqanlarda 
mübadiləsini-yəni çevrilmələrini öyrənməyə imkan verir.  
Təcrid  edilmiş  orqanlar  üsulu  Klod  Bernar  tərəfindən  təklif  edilmişdir.  Bu 
üsulla  mübadilə  proseslərini  öyrənmək  üçün  ayrı-ayrı  orqanlar  bədəndən-
orqanizmdən təcrid edilmiş və mübadilə prosesləri  həm müəyyən orqan çıxarılmış 
orqanizmdə,  həm  də  çıxarılan  orqanın  özündə  öyrənilir.  Bu  yollarla  aparılan 
tədqiqatlar  biri  digərini  tamamlayır.  Qanda  qlükozanın  miqdarının  sabit  saxlanıl-
masında,  sidik  cövhərinin  əmələ  gəlməsində  qaraciyərin    rolu  İ.  P.  Pavlov,  M.  V. 
Nenski  və  Q.  Embden  tərəfindən  bu  üsulla  müəyyən  edilmişdir.  Elektron  mikros-
kopiyası  üsullardan,  sürətli  sentrifuqalardan,  polyaroqrafiya,  xromatoqrafiya, 
elektroforez və s. ilə birlikdə hüceyrədə (mitoxondriyalarda, ribosomlarda, nüvədə 
və s.) maddələr mabadələsinin öyrənilməsində geniş istifadə olunur.  
Biopsiya  və  ya  orqanostomiya  üsulunda  ayrı-ayrı  orqanlardan  kəsiklər 
götürülərək, onlarda maddələrin kimyəvi təhlili aparılır və ona əsasən də maddələr 
mübadiləsi  öyrənilir.  Bu  məqsədlə  O.  Varburq  aparatından  və  s.  cihazlardan 
istifadə olunur. Hidrokimyəvi üsulda müayinələr histoloji kəsiklərdə aparılır.  
Maddələr mübadiləsini öyrənmək üçün fraksiyalarından və homogenatlardan 
da  istifadə  edilir.  Bu  üsul  mübadilə  proseslərinin  lokalizasiyasının  (yerləşməsini) 
müəyyənləşdirməyə  imkan verir. Zülalların ribosomlarda sintez olunması və s. bu  
üsulla öyrənilmişdir.  
Bütün  bu  üsullar  maddələr  mübadiləsini  ətraflı  öyrənməyə  və  onu  istənilən 
istiqamətdə dəyişdirməyə, heyvanların  məhsuldarlığını artırmaq, onların keyfiyyə-
tini  yaxşılaşdırmaq,  xəstəliklərinin  qarşısını  almaq  yollarını  müəyyən  etməyə 
imkan verir.  
Maddələr  mübadiləsinin  tipi,  intensivliyi  bir  sıra  amillərdən:  heyvanın 
növündən, yaşından, qidasından,  ilin  fəslindən, temperaturdan, təzyiqdən  və s-dən 
asılıdır.  (Q.  E.  Vladimirov,  P.  P.  Radıkov,  V.  V.  Kovalski,  H.  İ.  Səfərov,  Q.  B. 
Xəlilov  və  b.).  Mübadilə  prosesinin  gedişində  sinir  sisteminin  və  daxili  sekresiya 
vəzlərinin  nizamlayıcı    rolu  da  mühüm  əhəmiyyətə  malikdir.  (İ.  P.  Pavlov,  K.  M. 
Bıkov,  A.  İ.  Qarayev,  H.  İ.  Səfərov,  Q.  B.  Xəlilov  və  b.).  Bütün  bu  məsələləri 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə