Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

108 
 
Mexaniki-kimyəvi  (və  ya  konformasiya)  nəzəriyyə  tərəfdarları  güman  edir 
ki,  oksidləşmə  və  fosforlaşmanın  qarşılıqlı  əlaqəsi  oksidləşmə  enerjisi  hesabına 
fermentlərin  konformasiya  dəyişiklikləri  ilə  yaranır,  yüksək  enerjili  rabitə 
(məsələn,  tioefir  rabitəsi)  ADF-ə  köçürülür,  ATF-in  sintezinə  istifadə  olunur.  Bu 
fikri sübut edən dəlil hələlik yoxdur.  
Kimyəvi-osmotik  nəzəriyyə  tərəfdarlarının  fikirincə  hüceyrə  tənəffüsü  ilə 
fosforlaşmanın  əlaqələnməsi  mitoxondriyaların  xarici  membranında  gedir.  Bu 
zaman  oksidləşmənin  kimyəvi  enerjisi  elektrokimyəvi  potensiallar  enerjisinə 
çevrilir.  AH
2
  donorunun  oksidləşməsi  ilə  proton  və  donorlar  yaranır.  Protonlar 
membranın səthində qalır, elektronlar isə membranın daxili səthində - akseptorlarla 
(məsələn,  oksigenə)  keçir.  Xarici  membran  müsbət,  daxili  membran  mənfi  yüklə-
nir,  akseptor  isə  reduksiyalaşır.  Akseptor  oksigendirsə,  daxili  mühitin  hidrogen 
ionları  ilə qarşılıqlı təsir  nəticəsində su əmələ  gətirir. Xarici  və daxili  membranlar 
arasında  elektrik  sahəsi  yaranır  və  makroergik  vasitəçinin  əmələ  gəlməsinə  səbəb 
olur. Sonra onun makroergik rabitəsi ADF-ə köçürülür, ATF əmələ gəlir.  
Hazırda kimyəvi-osmotik nəzəriyyə oksidləşməklə fosforlaşmanın  mexaniz-
mini izah edən əsas konsepsiya sayılır.  
Oksidləşməklə fosforlaşma Krebs sikli üzrə maddələrin oksidləşməsi zamanı 
ADF-dən ATF-in əmələ gəlməsi üçün qram-molla istifadə edilən qeyri-üzvi fosfor-
la  lazım  olan  oksigenin  q/atomla  miqdarının  nisbəti  (P  :  O)  ilə  təyin  edilir.  Buna    
o k s i d l ə ş m ə k l ə  f o s f o r l a ş m a əmsalı deyilir. V. Belitserə görə bunun 
qiyməti orta hesabla 3-ə bərabərdir. Oksidləşməklə fosforlaşmada əsas əhəmiyyətə 
malik  olan  adenozintrifosfat  turşusunun  (ATF)  əmələ  gəlməsidir.  Maddələr 
(karbohidratlar, qliserin, yağ turşuları  və s.) oksidləşdikdə  ATF  ADF-in  fosforlaş-
ması  nəticəsində  əmələ  gəlir.  Bunu,  yəni  qarşılıqlı  oksidləşməklə  fosforlaşmanı 
aşağıdakı ümumi tənliklə göstərmək olar:  
 
 
 
 
 
6. Makroergik birləşmələr, orqanizmdə roluOrqanizmdə  müxtəlif maddə-
lərin  (karbohidratların,  yağların  və  s.)  oksidləşməsi  nəticəsində  külli  miqdarda 
enerji ayrılaraq, makroergik və ya enerji ilə zəngin birləşmələrdə toplanır. Makro-
ergik  rabitə  əyri  xətlə  (~)  göstərilir.  Bunlardan  fosforlu  birləşmələri  göstərmək 
olar.  Fosforlu  birləşmələrin  bu  qabiliyyəti  –  yəni  özlərində  enerji  toplamaq  və 
lazım gəldikdə vermək onların termodinamik davamsızlığı və kinetik davamsızlığı 
ilə əlaqədardır.  
Sadə  fosfat efirlərinin (3  –  fosfoqliserin turşusu, qlükoza – 6 –  fosfat,  fruk-
toza – 1, 6 – difosfat və s.) hidrolizi zamanı az enerji (2 – 3 kkalori) ayrılır. Lakin 
pirofosfat rabitəli maddələr (ATF, ADF), fosfoamid rabitə saxlayanlar (keratinfos-
fat,  argininfosfat),  karboksilfosfatlar  (asetilfosfat,  1,3  –  difosfoqliserin  turşusu), 
AH
2
 + B + ADF + H
3
PO
4
  ↔  A + BH
2
 + ATF 


109 
 
fosforlaşmış  üçlü  spirtlər  (fosfoenolpiroüzüm  turşusu)  enerji  ilə  zəngin  maddə-
lərdir. Bu rabitələrin qırılması orqanizmin enerji ilə təminində əsas rol oynayır. 
 
 
 
 
 
Bunların  hidrolizi  əsasında  ayrılan  enerji  6  –  12  kkalori  arasında  dəyişir. 
Göstərilən birləşmələrin içərisində əsas yeri purin nukleotidlərindən olan adenozin-
trifosfat turşisi (ATF) tutur. Bu  mürəkkəb  üzvi  maddə olub, adenindən, ribozadan 
və üç molekul fosfat turşusundan ibarətdir. Onun quruluş formulu belədir: 
 
 
 
 
 
 
ATF  hidroliz  olunduqda  ADF  və  fosfat  turşusu  əmələ  gəlir,  6–8  kkalori  də 
enerji ayrılır. Bu da mexaniki, elektrik, istilik enerjilərinə və qeyrilərinə çevrilir.  
 
 
 
Adenozindifosfat turşusu da (ADF) enerji ilə zəngin birləşmədir. Bu turşu  
fosforlaşma proseslərində əmələ gələn makroergik fosfatların birinci akseptorudur. 
Bundan miokinazanın (adenilatkinaza) təsiri ilə ATF-də əmələ gəlir. 
 
Adenozinmonofosfat  turşusu  (AMF)  makroergik  maddə  deyildir.  Çünki 
fosfat  turşusu  ribozaya  adi  fosfoefir  rabitəsi  ilə  birləşmişdir.  Biosintez  proses-
lərinin  çoxunda  ATF-dəki  enerjidən  istifadə  edilir.  Fosfat  qrupu  fosfotrans-
ferazaların  iştirakı  ilə  başqa  maddələrə  (məsələn,  keratinfosfata)  köçürüldükdə  də 
enerji  itmir.  Lakin  fosfat  turşusunun  qalığı  ATF-dən  monosaxaridlərə  verildikdə 
fosfoefir  rabitəsi  yaranır  və  enerjinin  müəyyən  hissəsi  səpələnir.  Son  zamanlar 
orqanizmdə  (əzələ,  qaraciyər,  beyin  və  s.)  ATF-dən  başqa  enerji  ilə  zəngin  başqa 
nukleotidlərdə  quanozindifosfat  (QDF),  quanozintrifosfat  (QTF),  uridindifosfat 
ATF + H
2
O → ADF + H
3
PO
4
 + 8 
kkalori 
                                                           OH 
                                                                            │
 
R

CH
2
──
O PO
3
H
2
                R
──

O P~O PO
3
H

                                                                            ║ 
                                                           O 
 
   Sadə fosfat efiri                                 Pirofosfat rabitəsi 
 
                                      O                               COOH 
                                                                                       

    │
 
R

NH~PO
3
H
2
        R
──
C O~PO
3
H
2
       R CO~PO

3
H
2
 
 
    Fosfoamid                         Karboksil                      Fosforlaşmış 
      rabitəsi                              fosfatlar                        üçlü spirtlər 

HC 
 
C

NH
2
                       
        C

N                       O                     O       O                     OH 
                    CH                                              

║ 
        C
─ ─
─ ─

 CH  (CHOH)
2
─ ─
CH CH
2
O
──


P O~P O~P   O 
 N                                                           
│ │
         
                                                               OH    OH                  OH 
2 ADF → ATF+ AMF 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə