Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə39/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

95 
 
hissəsinə təsir göstərməklə karbohidratların mübadiləsində iştirak edir. 
Tireotropin.  Tireotrop  təsir  göstərir  yəni  qalxanavarı  vəzin  fəallığını 
artırmaqla  tiroksinin  istehsalını  çoxaldır.  Əsasən  karbohidratların  mübadiləsinə 
təsir  edir.  Bu  hormon  qlükoproteiddir,  qeyri-zülal  hissəsi  karbohidratlardandır. 
Tərkibində 3,5% heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır. 
Tireotrop  hormon  (tireotropin)  molekul  kütləsi  28  300  Da-dur.  Onun 
molekulu iki α və β poliprptid zəncirindən  ibarətdir.  α-zəncirində 96, β-zəncirində 
118 aminturşu qalığı olur. Tərkibin-də 11 ədəd disulfid rabitəsi olur. 
Hipofizin  orta  payının  hormonu.  Hipofizin  orta  (ara)  payında  melanositsti-
muləedici hormon (melanotropin, intermedin) sintez edilir. Məməli heyvanlarda bu 
hormonun iki formasına təsadüf olunur. Onlardan biri α-, digəri isə β-melanositsti-
muləedici  hormon  adlanır.  α-Melanositstimuləedici  hormon  –  tərkibinə  13 
aminturşu  qalığı  daxil  olan  polipeptiddir.  Onun  molekulunun  birinci  quruluşu 
adrenokortikotrop  hormonunun  molekul  zəncirinin  ilk  13  aminturşu  qalığından 
ibarət  olan  hissəsi  ilə  eynidir.  Lakin  α-melanotropin  molekulunun  N-terminal 
hissəsində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş şəkildə olur, 
onun C-terminal hissəsində olan 13-cü aminturşu isə valin turşusunun amididir. 
Hipofizin  arxa  payının  hormonları.  Yuxarıda  göstərilmişdir  ki,  hipofizin 
arxa  payının  hormonları  –  vazopressin  və  oksitosin  hipotalamus  nüvələrindəki 
neyrosekretor hüceyrələrdə əmələ gəlir və hipotalamo-hipofizar sistemi sinir lifləri 
vasitəsilə  hipofizin  arxa  payına  gətirilir.  Burada  vazopressin  və  oksitosin 
neyrosekretor  hüceyrələrin  aksonlarının  uclarında  (Xerrinq  cisimciklərində) 
toplanır.  Beləliklə,  hipofizin  arxa  payı  bu  hormonlar  üçün  rezervuar  vəzifəsi 
daşıyır.  Q.  Olivekronun  (1957)  məlumatına  görə,  vazopressin  hipotalamusun 
supraotik, oksitosin isə paraventrikulyar nüvələrində əmələ gəlir.  
Vazopressin və oksitosin, kimyəvi tərkiblərinə görə, nonapeptiddirlər. Onlar 
bir-birindən  iki  aminturşu  qalığı  ilə  fərqlənirlər.  Belə  ki,  oksitosinin  molekulunda 
leysin  və  izoleysin  qalığı  olduğu  halda,  vazopressinin  molekul  zəncirinin  həmin 
aminturşulara müvafiq gələn hissəsində arginin və fenilalanin qalıqları yerləşir. 
Hamiləliyin  erkən  dövrlərində  oksitosin  uşaqlığa  təsir  göstərmir.  Sonralar 
uşaqlığın  oksitosinə  qarşı  həssaslığı  yüksəlir  və  doğuş  dövründə  maksimal 
səviyyəyə  çatır.  Estrogenlər  uşaqlığın  oksitosinə  qarşı  həssaslığını  yüksəldir,  sarı 
cismin  hormonu  (prohesteron)  isə  azaldır.  Oksitosin  süd  yollarının  miopitelial 
hüceyrələrinin təqəllüsünü gücləndirərək süd vəzisinin daxili təzyiqini yüksəldir və 
südvermə  prosesini  stimulə  edir.  Təmiz  oksitosin  vazopressinin,  təmiz  vazopres-
sinin  isə  oksitosinin  bəzi  təsir  xüsusiyyətlərini  cüzi  dərəcədə  özündə  əks  etdirir. 
Oksitosin  qanda  olan  spesifik  oksitosinaza  (pitosinaza)  fermentinin  təsiri  ilə 
parçalanır.  
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyarların daralmasına 


96 
 
HO─
 
 

CH
2

CH
2

NH

 
NH 

CH
2

CH

            │
       + CO

            NH

NH 
 

 

CH
2
─ ─
CH COOH 
            │
 
            NH

Histiamin 
 
Histidin 

 
NH 
 
səbəb  olur  ki,  bu  da  qan  təzyiqinin  yüksəlməsi  ilə  nəticələnir.  Vazopressin  tac 
damarları daraldaraq, ürək çatışmazlığı əlamətləri göstərə bilər. Lakin qeyd etmək 
lazımdır  ki,  qan  təzyiqinin  artırılması  üçün  bu  hormonun  çox  yüksək  dozaları 
(antidiuretik  təsir  göstərən  dozada  bir  neçə  min  dəfə  artıq)  tətbiq  olunmalıdır. 
Vazopressin  qısamüddətli  təsir  göstərir.  Bədənə  yeridilmiş  vazopressinin  aktivliyi 
1 – 3 dəqiqə müddətində 2 dəfə azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə 
parçalanır, 8 –  10%-i  isə sidiyin tərkibində dəyişikliyə  uğramamış şəkildə orqani-
zmdən xaric olur.  
 8.  Hormonoidlər,  kimyəvi  təbiəti,  funksyaları:  Hormonoidlər  deyilən 
maddələr  də  vardır.  Bunlar  da  hormonlar  kimi  təsir  edir,  lakin  daxili  sekresiya 
vəzilərində əmələ gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.  
 
 
 
 
 
Serotonin  trombositlərdə,  toxumalarda  (baş  beyində,  mədə-bağırsaq 
traktında  və  s.)  müəyyən  edilmişdir.  Serotonin  qan  damarlarını  daraltdığı  üçün 
xüsusi əhəmiyyətə malikdir. Qan axmasının qarşısını almaqda işlənir. Histamin də 
hormonoiddir. Histidinin dekarboksilləşməsindən əmələ gəlir.  
 
 
 
 
Histiamin  hüceyrə  və  toxumalarda  birləşmiş  şəkildədir.  O,  sinir  oyanma-
larının  verilməsində  iştirak  edir,  mədənin  selik  qişasında  xlorid  turşusunun 
sekresiyasını  fəallaşdırır,  böyrəküstü  vəzilərinin  qabıq  hissəsinin  hormonal 
fəallığını azaldır. Buna görə də şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində 
bu  qrupa  mənsub  olub,  böyrəklərdə  qan  təzyiqini  artırır.  Kalium  ionunun  hücey-
rələrə  keçməsini  nizamlayır.  Kimyəvi  təbiətinə  görə  heptapeptiddir.  Quruluşu 
belədir: 
 
Asp─ark─val─tir─ilə─his─pro─fen. 
 
 
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın selik qişasındakı 
vəzilərdə  istehsal  olunan  polipeptiddir.  Onun  molekul  kütləsi  5000-ə  yaxındır. 
Sekretin  pankreas  şirəsinin  və  ödün  sekresiyasını  stimullaşdırır.  Bradikinin  də 
hormonoiddir,  9-aminturşusunun  qalığından  ibarət  peptiddir.  Aminturşularının 
düzülmə  ardıcıllığı  belədir:  arginin─prolin─prolin─qlisin─fenil-alani─serin─ 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə