Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə11/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

 

37 


möhtərəm  şeyxin  Şimali  Qafqaz  respublikalarına  səfərləri, 

Şimali  Qafqaz  respublikalarının  rəhbərləri  ilə  onun  görüşləri 

ölkəmizdə çox yüksək qiymətləndirilir. 

Qafqaz  bizim  ümumi  evimizdir,  böyük  bir  ailə,  vahid 

orqanizmdir.  Etimad  tədbirlərini  gücləndirmək,  Qafqazda 

sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər 

üzərində  işləmək  çox  vacibdir.  Biz  öz  tərəfimizdən  regionda 

təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da 

töhfə  verəcəyik.  Hesab  edirəm  ki,  burada  əsas  amil  Yer 

kürəsinin  Qafqaz  kimi  gözəl  guşəsində  məskunlaşan  xalqlar 

arasında  münasibətlərdir.  Dini  liderlərin  bir  yerə  toplaşması, 

müzakirələr  aparması,  əməkdaşlıq  formatına  malik  olması  çox 

vacibdir.  Çünki  sizin  sözünüzü  bizim  bütün  xalqlar,  bütün 

vətəndaşlar eşidir və hörmətli ağsaqqallar kimi, sizdən çox şey 

asılıdır. 

Azərbaycan ilə Rusiya arasında münasibətlər və əməkdaşlıq 

Qafqaz  regionunun  inkişafının  və  Qafqazda  təhlükəsizliyin 

möhkəmlənməsinin  mühüm  amilidir.  Bu,  regional  inkişafın, 

sabitliyin çox mühüm amilidir. Bizim üçün olduqca xoşdur ki, 

son  illərdə  bu  münasibətlər  çox  müsbət,  dinamik  inkişaf  edir. 

Biz  –  iki  Qafqaz  ölkəsi  –  Rusiya  və  Azərbaycan  regionda 

vəziyyətin sabitləşməsinə çox böyük töhfə veririk. Bizim birgə 

fəaliyyətimizdən  çox  şey  asılıdır.  Əlbəttə  ki,  bizim 

cəmiyyətlərin  qarşısında  öz  həllini  tələb  edən  vəzifələr  durur. 

Hesab  edirik  ki,  iqtisadi  rifah  və  iqtisadi  artım  sabitliyin  və 

təhlükəsizliyin  möhkəmlənməsinin  əsas  amillərindən  biridir. 

Bu,  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  ən  başlıca 

amildir. 

Biz  Azərbaycanda  bu  məsələlərə  böyük  diqqət  yetiririk  və 

ölkəmizin  inkişafı  nümunəsində  görürük  ki,  işsizlik  azaldıqca 

yoxsulluq da azalır, biznes inkişaf edir, ölkəyə sərmayələr gəlir, 

təhlükəsizlik  və  sabitlik  tədbirləri  möhkəmlənir.  Biz  öz 

tərəfimizdən Qafqaz regionunda bütün müsbət proseslərdə fəal 

iştirak etməyə həmişə hazırıq. 




 

38 


Bizim ümumi vəzifəmiz, ümumi borcumuz elə etməkdir ki, 

adamlarımız  daha  yaxşı  yaşasın, təhlükəsizlik,  layiqli  həyat  və 

iş şəraiti olsun, bütün müsbət proseslərə gəncləri fəal cəlb edək. 

Hazırda  biz  gənclər  siyasətinə  dair  böyük  proqram  üzərində 

işləyirik. Tezliklə  2011–2015-ci  illər  üçün  çox  konkret  və  çox 

effektiv  Dövlət  Proqramı  qəbul  ediləcəkdir.  Həmin  proqramda 

qərarların  icra  mexanizmləri  və  müddətləri,  maliyyə  bazası  və 

ən  başlıcası,  görmək  istədiyimiz  nəticə  dəqiq  müəyyən 

ediləcəkdir. 

Buna  görə  də  bu  məsələdə  də  zərurət  olarsa,  məslə-

hətləşmələr,  təcrübə  mübadiləsi  aparmağa  hazırıq.  Çünki 

Qafqazda  sülh,  təhlükəsizlik,  tərəqqi,  inkişafın  olması  bizim 

üçün çox vacibdir. Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları 

arasında  ənənəvi  qardaşlıq,  dostluq  münasibətləri  vardır. 

Əməkdaşlıq  və  qarşılıqlı  dəstəyimiz  çoxəsrlik  tarixə  malikdir. 

Bu  əməkdaşlıq  indi  həm  Şimali  Qafqaz  respublikalarının 

rəhbərləri  ilə  mənim  əlaqələrim  səviyyəsində,  həm  də  insanlar 

və biznes qurumları arasında əlaqələr səviyyəsində davam edir. 

Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün 

çox mühüm amildir. 

Fürsətdən  istifadə  edib  sizin  vasitənizlə  Şimali  Qafqaz 

respublikalarının  rəhbərlərinə  ehtiramımı  və  ən  xoş  arzularımı 

çatdırmaq  istəyirəm.  Onların  çoxu  dəfələrlə  burada  olmuşlar. 

Lakin  istərdim  ki,  əvvəllər  olanlar  bir  də  gəlsinlər,  Fikrimcə, 

qarşılıqlı  səfərlər  münasibətlərimizi  daha  da  möhkəm-

ləndirəcəkdir. 

Bu  gün  Bakıda  Əlaqələndirmə  Şurasının  mühüm  tədbiri 

keçirilir.  Mənə  xoşdur  ki,  ölkəmizin  paytaxtında  bu  cür 

tədbirlərin  keçirilməsi  həm  Qafqaz  respublikaları  arasında 

əməkdaşlıq çərçivəsində, həm də dünya miqyasında birinci dəfə 

deyildir.  Bu  yaxınlarda  biz  mədəniyyətlərarası  dialoq  üzrə 

böyük forum keçirdik, dünyadan qonaqlar qəbul etdik. Keçən il 

sizin də iştirakınızla dini liderlərin sammitini keçirdik, bu tədbir 

də  çox  uğurlu  oldu.  Bu  il  biz  Rusiyanın  və  Azərbaycanın 

himayəsi  ilə  I  Beynəlxalq  humanitar  forum  keçirəcəyik.  Bu 



 

39 


foruma  bütün  tərəfdaşlarımızı  dəvət  edəcəyik.  Biz  bu 

məsələlərə  böyük  əhəmiyyət  veririk.  Onlara  iqtisadiyyat  və  ya 

sənayenin inkişafı məsələlərindən az əhəmiyyət verilməməlidir, 

çünki  hər  şey  insanlar  üçün,  onların  rifahı,  ölkələrimizin  və 

bütövlükdə  regionun  təhlükəsizliyi  və  inkişafı  üçün  edilir  və 

edilməlidir. 

Mən bir daha sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz, siz 

bizim  əziz  qonaqlarımızsınız.  Sizi  ölkəmizdə  görməyə  həmişə 

şadıq.  Sizə  və  respublikalarınıza  firavanlıq  və  səadət 

arzulayıram. 



A l l a h ş ü k ü r  P a ş a z a d ə (Qafqaz Müsəlmanları 

İdarəsinin  və  Qafqaz  Xalqları  Ali  Dini  Şurasının  sədri,  şeyx-

ülislam): Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Zati-aliləri 

möhtərəm  Prezident  tərəfindən  qəbul  edilməsi  bizim  üçün 

böyük şərəfdir. İstərdim ki, Qafqaz Xalqları Ali Dini Şurasının 

rəhbəri kimi, burada iştirak edənlər və xüsusən müftilər adından 

Sizə bu qəbula görə minnətdarlığımı bildirim. 

Zati-aliləri,  Sizin  dediyiniz  kimi,  Qafqaz  bizim  ümumi 

evimizdir.  Bir  məsləkə  malik  olan  biz  qafqazlılar  bu  evin  tə-

məlinin  qurulması,  onun  mənafeyi  və  xoşbəxt  gələcəyi  üçün 

səylərimizi əsirgəməməliyik. Qafqazda sülhün, əmin-amanlığın 

bərqərar  olunması  işində  fəal  iştirak  etməliyik.  Təəssüf  ki, 

özlərini  siyasətçi  adlandıran  bəziləri  xalqları  bir-birinə  qarşı 

qoyan,  insan  həyatına  təhlükə  yaradan,  şər  işlərə  rəvac  verən 

təhdidlər  və  təhlükələr  törədirlər.  Biz,  din  xadimləri  bunların 

əleyhinəyik. 

Möhtərəm  Prezident,  Azərbaycanın  Qarabağ  kimi  çətin 

məsələsinin  həlli  istiqamətində  apardığınız  siyasətdə  biz  Sizin 

arxanızdayıq. Azərbaycanın haqq işinin müdafiəsi, torpaqlarımızın 

azad  edilməsi  istiqamətində  gördüyünüz  işləri  bəyənirik.  Allaha 

dualar  edirik  ki,  bu  məsələ,  İnşallah,  sülh  yolu  ilə  tezliklə  həll 

olunsun.  Deyə  bilərəm  ki,  bu  gün  Azərbaycan  bölgədə  lider 

dövlətdir.  Sizin  rəhbərliyinizlə  Azərbaycanda  bütün  sahələrdə 

sürətli inkişaf gedir. Ona görə tam əminliklə deyə bilərəm ki, bu 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə