Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə27/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

 

94 


ki  qaldı  Bakı  şəhərinə,  Bakı  bu  gün  dünyanın  ən  gözəl 

şəhərlərindən  biridir.  Bakının  gözəlliyi  artıq  həqiqətdir,  ölkəmizə 

və paytaxtımıza gələn bütün qonaqlar bunu görür və qeyd edirlər. 

Bir  sözlə,  ölkə  qarşısında  duran  əsas  vəzifələr  həllini  tap-

maqdadır.  Ölkə  iqtisadiyyatı  dayanıqlığını  dünyada  hökm  sürən 

maliyyə  və  iqtisadi  böhran  zamanı  göstərmişdir.  Hətta  böhranlı 

illərdə  iqtisadiyyatımız  artmışdır  və  bütün  investisiya  layihələri 

icra  edilmişdir.  Keçən  il  ölkə  iqtisadiyyatına  16  milyard  dollar 

sərmayə qoyulmuşdur.  Hesab edirəm  ki, bu il bu rəqəm daha da 

böyük olacaqdır. Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə 

nəticəsində  tarixdə  ilk  dəfə  Azərbaycanın  büdcəsi  20  milyard 

dollardan  çox  olacaqdır.  Bu,  böyük  nailiyyətdir,  böyük 

göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 

milyard  dollar idi, biz əyani şəkildə  görərik  ki, son 7-8  il ərzində 

bu  istiqamətdə  böyük  işlər  görülmüşdür.  Büdcəmizin  artımı  bizə 

imkan  verir  ki,  Azərbaycanda  həm  infrastruktur  layihələri  icra 

edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər  maaşlar 

və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta 

həcmi  əməkhaqqının  orta  həcminin  40  faizini  təşkil  edir.  Bu  da 

onu  göstərir  ki,  Azərbaycan  özünü  dünyaya  sosial  dövlət  kimi 

təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir. 

Bazar  iqtisadiyyatına  sadiqliyimiz  şübhə  doğurmur.  Ölkə 

iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. 

Bununla  bərabər,  çox  güclü  sosial  siyasət  aparılır.  Əsaslı  iqtisadi 

islahatların aparılması güclü sosial siyasətlə tamamlanırdı və məhz 

buna  görə  biz  imkan  vermədik  ki,  köklü  iqtisadi  islahatlar 

insanların  yaşayış  səviyyəsinə  mənfi  təsir  göstərsin.  Əksinə, 

Azərbaycanda  ildən-ilə  maddi  rifah,  insanların  yaşayış  səviyyəsi 

artır və bütün sosial məsələlər öz həllini tapır. 

Ölkə  qarşısında  duran  əsas  problem,  bizim  üçün  ən  ağrılı 

problem Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-

nin  həll  olunmamasıdır.  Bütün  səylərimizə  baxmayaraq,  bu 

günə qədər bu münaqişə öz həllini tapmamışdır. Azərbaycanın 

dünya  birliyi  tərəfindən  tanınmış  ərazi  bütövlüyü  pozulubdur. 

Bildiyiniz  kimi,  BMT  Təhlükəsizlik  Şurasının  dörd  qətnaməsi 



 

95 


icra 

edilmir. 

qətnamələrdə 



işğalçı 

qüvvələrin 

torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. ATƏT-in, 

Avropa  parlamentinin,  Avropa  Şurasının,  digər  beynəlxalq 

təşkilatların  qərar  və  qətnamələri  Ermənistan  tərəfindən  icra 

edilmir.  Belə  olan  halda  biz  beynəlxalq  ictimaiyyətin, 

beynəlxalq  qüvvələrin  bu  məsələ  ilə  bağlı  daha  fəal  olmasını 

istəyirik.  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi 

öz  həllini  tezliklə  tapmalıdır.  Bizim  ərazi  bütövlüyümüz 

pozulubdur.  Bizə  qarşı  etnik  təmizləmə  siyasəti  aparılmışdır. 

Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-

köçkün  vəziyyətinə  düşmüşdür  və  bu  ədalətsizlik  davam  edir. 

Dağlıq  Qarabağ  əzəli  Azərbaycan  torpağıdır.  Azərbaycanın 

ərazi  bütövlüyü  Dağlıq  Qarabağ  daxil  olmaq  şərti  ilə  bütün 

dünya  tərəfindən,  Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən 

tanınır.  Azərbaycanın  ərazi  bütövlüyü  tam  şəkildə  bərpa 

edilməlidir. 

Biz  ümid  edirik  ki,  danışıqlar  öz  nəticəsini  verəcəkdir.  Bu 

ümidləri  möhkəmləndirən  amillər  son  aylar  ərzində  kifayət 

qədər çox olmuşdur. Deyə bilərəm ki, son aylar ərzində ilk dəfə 

olaraq  Minsk  qrupunun  həmsədr  ölkələri  tərəfindən  status-

kvonun  dəyişdirilməsi  ilə  bağlı  bəyanatlar  verilməyə 

başlanmışdır.  Bu  günə  qədər  –  baxmayaraq  ki,  Minsk  qrupu 

1992-ci ildə yaranıb və atəşkəs rejimi 1994-cü ildən qüvvədədir 

–  biz  bu  barədə  belə  dəqiq  və  ciddi  bəyanatlar  eşitməmişdik. 

Status-kvonun  dəyişdirilməsi  o  deməkdir  ki,  işğalçı  qüvvələr 

işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi 

bütövlüyü bərpa edilməlidir. 

Dünən  Minsk  qrupuna  həmsədrlik  edən  ölkələrin  dövlət 

başçılarının  birgə  bəyanatı  verildi.  Bu  bəyanatda  da  təxminən 

oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz 

də  bunun  tərəfdarıyıq  və  məsələnin  tezliklə  həll  olunmasında  ən 

çox maraqlı olan tərəf Azərbaycandır. Biz dəfələrlə bu barədə həm 

rəsmi  bəyanatlarda,  həm  aparılan  danışıqlarda  fikrimizi  və 

narahatlığımızı  ifadə  etmişik.  Ermənistan  tərəfinə  imkan 

verilməməlidir  ki,  danışıqları  süni  şəkildə  uzatsın  və  danışıqlar 




 

96 


prosesini  sonsuz  etsin.  Son  bəyanat  bu  mövqeni  dəstəkləyir  ki, 

məsələ  tezliklə    Helsinki  Yekun  Aktının  əsasında  öz  həllini 

tapmalıdır. Bu da çox mühüm bəyanatdır və birinci dəfə deyil ki, 

səslənir.  Ancaq  bunu  da  deyə  bilərəm  ki,  son  müddət  ərzində 

Helsinki  Yekun  Aktına  bütün  sənədlərdə  istinad  edilir.  Helsinki 

Yekun  Aktında  isə  ərazi  bütövlüyü  prinsiplərinin  xalqların  öz 

müqəddəratını  müəyyənetmə  prinsipləri  ilə  heç  bir  ziddiyyəti 

yoxdur. Əksinə, orada prinsiplərin prioritetləri də sadalanır və hər 

bir  xalqın  öz  müqəddəratını  təyinetmə  hüquqları  ölkələrin  ərazi 

bütövlüyünü  pozmamalıdır  və  bu  da  münaqişənin  həlli  üçün 

yeganə düsturdur. 

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir,  vətəndaşlar  

doğma  dədə-baba  torpaqlarına  qayıtmalıdırlar.  Ondan  sonra 

bölgədə  sülh  və  əməkdaşlıq  yarana  bilər  və  bütün  tərəflər 

hadisələrin  bu  cür  inkişafından  ancaq  fayda  götürə  bilərlər. 

Bizim qəti mövqemiz bundan ibarətdir. Bir də demək istəyirəm 

ki,  heç  vaxt  Azərbaycan  dövləti  Dağlıq  Qarabağa  müstəqillik 

verilməsi  ilə  barışmayacaq,  heç  vaxt  buna  razılıq 

verməyəcəkdir.  

Hər  bir  bayram  günündə  görülmüş  işlərə  qiymət  verilir. 

Keçmiş  illərdə  görülmüş  işlər  bir  daha  təhlil  edilir.  Biz  çatış-

mayan  məqamları  xüsusilə  qeyd  edirik  ki,  gələcək  fəaliyyə-

timizdə daha da səmərəli iş görə bilək. Bununla bərabər, hər bir 

bayram günündə biz gələcək haqqında fikirlərimizi ifadə edirik, 

gələcək planlarımız haqqında ictimaiyyətə məlumat veririk. Bu, 

canlı  prosesdir.  Bu  proses  daim  qüvvədədir  və  ölkəmizin 

dinamik inkişafı üçün bu, mütləq lazımdır. Bu gün də fürsətdən 

istifadə  edərək  gələcək  planlarımız  və  vəzifələr  haqqında  bir 

neçə kəlmə demək istərdim. 

Mən tam əminəm ki, növbəti illərdə də Azərbaycanın uğurlu 

və  dayanıqlı  inkişafı  təmin  ediləcəkdir.  Biz  növbəti  illərdə 

siyasi islahatları davam etdirəcəyik. Bu günə qədər görülən işlər 

təqdirəlayiqdir,  ancaq  daha  da  böyük  işlər  görülməlidir. 

Demokratiyanın  inkişafı  istiqamətində  çox  böyük  addımlar 

atılmışdır  və  bu  istiqamətdə  yeni  addımlar  atılmalıdır. 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə