Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə28/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

 

97 


Azərbaycanda  bütün  sahələrdə  demokratik  prinsiplər  bərqərar 

olunmalıdır.  Azərbaycanda  hüquqi  dövlət  quruculuğu  uğurla 

gedir və bu istiqamətdə əlavə addımların atılması gözlənilir. Bu 

həm  xalqın,  həm  də  zamanın  tələbidir.  Biz  müasir  dövlət 

qururuq.  O  dövlət  ki,  burada  bütün  demokratik  azadlıqlar 

mövcuddur. Biz bu müsbət meyilləri gücləndirməliyik. 

Ölkəmizdə  xoşagəlməz  hallara  qarşı  çox  ciddi  mübarizə 

aparılır.  Bu  mübarizə  nəticələrini  verməkdədir.  Korrupsiyaya, 

rüşvətxorluğa  qarşı  mübarizə  bəhrəsini  verir.  Addımlarımız 

xalq tərəfindən dəstəklənir. Bir daha bu kürsüdən bəyan etmək 

istəyirəm  ki,  biz  bu  yoldan  dönməyəcəyik.  Korrupsiyaya, 

rüşvətxorluğa,  xoşagəlməz  hallara  qarşı  bundan  sonra  da  ciddi 

mübarizə aparacağıq. Görəndə ki, bu mübarizə nəticə verir, bu 

bizim gücümüzü daha da artırır və bizi daha da ruhlandırır. 

Ölkəmizin  iqtisadiyyatının  şaxələndirilməsi  üçün  əlavə 

tədbirlər  görüləcəkdir.  Dövlət  büdcəmizin  imkanları  qeyd 

etdiyim  kimi,  kifayət  qədərdir.  Bununla  bərabər,  ölkə  iqtisa-

diyyatına  xaricdən  və  yerli  sahibkarlar  tərəfindən  qoyulan 

investisiyaların  həcmi  artır.  Azərbaycan  investisiyaların  cəlb 

edilməsi  istiqamətində  çox  böyük  addımlar  atmışdır.  Adam-

başına  düşən  xarici  sərmayələrin  həcminə  görə  həmişə  olduğu 

kimi,  biz  MDB  məkanında  qabaqcıl  yerlərdəyik,    daxili 

investisiyalar xarici investisiyaları üstələyir. Bu onu göstərir ki, 

həm dövlət xətti ilə qoyulan sərmayə səmərəsini verir,  həm də 

özəl sektor  güclənib və ölkə iqtisadiyyatına sərmayə qoyur. 

Özəl  sektorun  güclənməsi  dövlət  tərəfindən  göstərilən 

dəstəyin hesabına mümkün olmuşdur. Dövlət kreditləri, güzəştli 

şərtlərlə  verilən  kreditlər,  sahibkarlığa  dövlət  və  prezident 

tərəfindən  göstərilən  dəstək  özəl  sektorun  möhkəmlənməsinə, 

güclənməsinə  gətirib  çıxarır.  Biz  o  vəziyyətə  gəlmişik  ki,  bu 

gün  Azərbaycan  şirkətləri  başqa  ölkələrin  iqtisadiyyatına, 

infrastrukturuna milyardlarla dollar məbləğində sərmayə qoyur. 

İnvestisiya portfelimiz də çoxşaxəlidir. Bu bizə həm siyasi, həm 

də iqtisadi mənfəət gətirəcəkdir. 




 

98 


İqtisadi  sahədə  şaxələndirmə  ilə  yanaşı,  idxalı  əvəzləyən 

məhsulların  buraxılması  üçün  dövlət  tərəfindən  əlavə  tədbirlər 

görüləcəkdir.  Bu  istiqamətdə  böyük  uğurlara  nail  ola  bilmişik. 

Daha  da  fəal  işləməliyik.  Hazırda  iqtisadi  sahədə  vacib 

məsələlərdən  biri  ərzaq  təhlükəsizliyimizi  təmin  etməkdir.  Bu 

istiqamətdə  də  böyük  addımlar  atılır,  istehlak  olunan  ərzaq 

məhsullarının bir çoxu Azərbaycanda istehsal edilir. Halbuki bir 

neçə il əvvəl biz tam şəkildə idxaldan asılı idik. Bu gün nəinki 

özümüzü  təmin  edirik,  eyni  zamanda,  ərzaq  məhsullarımızı 

xarici  bazarlara  da  ixrac  edirik.  Növbəti  illərdə  ərzaq 

təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində 

Azərbaycan  özünü  əsas  ərzaq  məhsulları  ilə  100  faiz 

səviyyəsində  təmin  edəcək,  eyni  zamanda,  bu  sahədə  güclü 

ixrac imkanlarımız yaranacaqdır. 

Maaşlar,  pensiyalar  mütəmadi  qaydada  qaldırılır,  sosial 

infrastrukturun yaradılması üçün böyük vəsait ayrılır. Son illərdə 

Azərbaycanda 2 mindən artıq məktəb, yüzlərlə tibb mərkəzi, 31 

Olimpiya İdman Kompleksi, mədəniyyət ocaqları tikilmişdir. Bir 

sözlə, sosial blok daim diqqət mərkəzindədir. Növbəti illərdə bu 

sahəyə daha da böyük vəsait qoyulacaqdır və buna ehtiyac vardır. 

İstəyirik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı 

sıfıra bərabər olsun.  

Azərbaycan  beynəlxalq  əlaqələr  istiqamətində  çox  düşü-

nülmüş  və  balanslaşdırılmış  siyasət  aparır.  Bu  siyasət  xalq 

tərəfindən dəstəklənir. Bu siyasət imkan verir ki, bütün ölkələrlə 

qarşılıqlı  maraq  əsasında  bərabərhüquqlu  əlaqələr  yaradaq, 

onları  möhkəmləndirək.  Biz  bu  yanaşmanın  tərəfdarıyıq.  İlk 

növbədə, qonşu ölkələrlə əlaqələrimiz daha da güclü olmalıdır. 

Biz  bu  əlaqələri  tərəfdaşlıq  əlaqələri  kimi  qiymətləndiririk. 

Növbəti  illərdə  xarici  siyasətimizin  bu  istiqamətinə  daha  da 

böyük  diqqət  veriləcəkdir.  Biz  bu  bölgədə  yaşayırıq  və 

qonşularla  münasibətlərimizin  inkişafı  bizim  üçün  prioritet 

məsələdir. 

Ermənistana  gəldikdə,  bundan  sonra  da  Ermənistanı  bütün 

regional  layihələrdən  təcrid  etmək  üçün  biz  öz  səylərimizi 



 

99 


göstərəcəyik.  Biz  bunu  gizlətmirik.  Bu  bizim  siyasətimizdir. 

Ermənistan  torpaqlarımızı  işğal  edib.  Bu  siyasət  işğala  son 

qoyulanadək davam etdiriləcəkdir. Sülh müqaviləsi bağlanarsa, 

Ermənistan  da  regional  layihələrə  cəlb  oluna  bilər.  Bu  onların 

addımlarından asılı olacaqdır. 

Qonşu ölkələrlə bərabər, biz bütün başqa ölkələrlə ikitərəfli 

formatda  əlverişli  və  bərabərhüquqlu  əlaqələrin  qurulmasına 

çalışırıq, buna nail ola bilmişik. Dostlarımızın, tərəfdaşlarımızın 

sayı  artır  və  artıq  Azərbaycan  dünyada  etibarlı  tərəfdaş  kimi 

tanınır.  Beynəlxalq  təşkilatlarla  əlaqələrimiz  inkişafdadır.  Biz 

bütün  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  etməyə  hazırıq.  Üzv 

olduğumuz təşkilatlarla əlaqələrimiz, əlbəttə ki, daha da fəaldır. 

Biz  üzv  olduğumuz  təşkilatlar  qarşısında  götürdüyümüz 

öhdəlikləri  vaxtında  yerinə  yetiririk.  Üzv  olmadığımız 

beynəlxalq təşkilatlar qarşısında heç bir öhdəliyimiz yoxdur və 

ola  da  bilməz.  Çünki  biz  o  təşkilatların  üzvü  deyilik.  Üzv 

olmadığımız  təşkilatlarla  siyasətimizi  yalnız  tərəfdaşlıq  və  bir-

birinin  işinə  qarışmamaq  prinsipləri  üzərində  qururuq  və  qarşı 

tərəfdən də eyni yanaşmanı gözləyirik. 

 Bu    gün  enerji  təhlükəsizliyi  məsələləri  ilə  bağlı  bir-iki 

kəlmə  demək  istərdim.  Bu  istiqamətdə  böyük  addımlar 

atılmışdır.  Ölkə  daxilində  enerji  təhlükəsizliyi  ilə  bağlı  bütün 

məsələləri  uğurla  və  yüksək  səmərə  ilə  həll  edə  bilmişik.  Bu 

gün çoxşaxəli enerji nəqliyyatı infrastrukturu yaradılıbdır. Azər-

baycanın  7  neft  və  qaz  kəməri  vardır  ki,  təbii  resurslarımızı  7 

istiqamətdə dünya bazarlarına çıxarır. Bu, sözün əsl mənasında, 

şaxələndirmədir. Bəzi ölkələr şaxələndirmə məsələləri ilə bağlı 

indi  fəal  işləyirlər,  o  cümlədən  Azərbaycanla  da  danışıqlar 

aparırlar.  Biz  isə  şaxələndirmə  siyasətimizi  uğurla  başa 

vurmuşuq.  Növbəti  illərdə  artıq  yalnız  bu  marşrutlar  əsasında 

ixrac  imkanlarımızı  genişləndirə  bilərik.  Çünki  bu  7 

istiqamətdən  başqa,  daha  heç  bir  istiqamət  qalmayıb.  Enerji 

resurslarımız  qonşu  ölkələrə  nəql  edilir.  Gələcəkdə  aparılacaq 

danışıqlardan  asılı  olaraq  biz  istənilən  istiqamət  üzrə  enerji 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə