Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə36/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   32   33   34   35   36   37   38   39   ...   114

 

128 


 

 

 

XVIII BEYNƏLXALQ «XƏZƏR NEFT, QAZ,  

NEFT EMALI VƏ NEFT KİMYASI» SƏRGİ VƏ 

KONFRANSININ AÇILIŞI MƏRASİMİ  

 

Bakı Sərgi Mərkəzi 



 

7 iyun 2011-ci il 

 

İyunun  7-də  Bakı  Sərgi  Mərkəzində  XVIII  Beynəlxalq 



«Xəzər neft, qaz, neft emalı və  neft kimyası» sərgi və konfransı öz 

işinə başlamışdır. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  və  xanımı  Mehriban 

Əliyeva açılış mərasimində iştirak etmişlər. 

Builki  sərgidə  dünyanın  27  ölkəsindən  285  şirkət  təmsil 

olunur.  Sərginin  ekspozisiyasının  40  faizindən  çoxu  dünyada 

tanınmış  iqtisadi  qurumların  payına  düşür.  Bu  tədbirdə  Azər-

baycanın şirkətləri də ildən-ilə daha geniş təmsil olunur və cari 

sərgidə  iştirakçıların  38  faizini  yerli  iqtisadi  qurumlar  təşkil 

edir.  Ötənilki  sərgi  ilə  müqayisədə  ekspozisiyaların  sahəsi  25 

faiz çoxdur. Sərgi iştirakçılarının 12 faizi isə bu tədbirə ilk dəfə 

qatılıb.  Dünyanın  11  ölkəsindən  təxminən  90  aparıcı  kütləvi 

informasiya  vasitəsi  sərgi  və  konfransa  informasiya  dəstəyi 

göstərir. Sərginin ekspozisiyası Bakı Sərgi Mərkəzinin 2 pavil-

yonunda  yerləşir.  Burada  ən  yeni  neft-qaz  avadanlığı,  neft-

çıxarma  və  enerji  daşıyıcılarının  nəqli  sahəsində  qabaqcıl 

texnologiyalar  nümayiş  etdirilir.  Bundan  başqa,  sərgi  iştirak-

çılarına  Azərbaycanda  hazırda  reallaşdırılan  və  perspektiv 

layihələr də təqdim olunur. 

Açılış  mərasimindən  sonra  prezident  İlham  Əliyev  sərginin 

pavilyonları ilə tanış oldu. 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  prezidenti 

Rövnəq  Abdullayev  və  şirkətin  birinci  vitse-prezidenti  Xoşbəxt 


 

129 


Yusifzadə dövlətimizin başçısına ARDNŞ-in ekspozisiyası barə-

də  ətraflı  məlumat  verdilər.  Qeyd  olundu  ki,  beynəlxalq 

səviyyəli  şirkətə  çevrilən  ARDNŞ  ən  qabaqcıl  texnologiyaların 

tətbiqinə  üstünlük  verir,  2010–2015-ci  illəri  əhatə  edən  nano-

neft proqramını və digər silsilə layihələri reallaşdırır. 

Sonra  «Ümid»  qaz  yatağındakı  10  nömrəli  quyunun  qa-

zılmasına  start  verilməsi  mərasiminin  iştirakçıları  ilə  canlı 

videobağlantı yaradıldı.  

N e f t ç i l ə r: Beynəlxalq Xəzər neft-qaz sərgisi iştirakçıla-

rına Bakı arxipelaqının sahildən 80 kilometr məsafədə yerləşən 

«Ümid»  platformasından  səmimi  salamlarımızı  yetiririk. 

Möhtərəm  Prezident,  «Ümid-1»  platformasında  10  nömrəli 

quyunun  qazılmasına  başlanılması  üçün  Sizin  xeyir-duanızı 

istəyirik.  Qazma  prosesini  beynəlxalq  standartlar  səviyyəsində 

tam  başa  çatdırmaq  üçün  qurğu  və  mexanizm  tam  işlək 

vəziyyətə gətirilmişdir. 

Möhtərəm  Prezident,  məlumat  üçün  bildirmək  istəyirəm  ki, 

layihələndirilən  10  nömrəli  quyu  məhsuldar  qatın  7-ci 

horizontuna  layihələndirilmişdir.  Bu  quyunun  layihə  dərinliyi 

6500 metrdir. Cənab Prezident, kollektivimiz adından Sizə söz 

veririk ki, «Ümid-1» platformasında qazılacaq 10 nömrəli quyu 

müvəffəqiyyətlə və keyfiyyətlə qazılıb təhvil veriləcəkdir. 



İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Sağ  olun,  mən  sizi  təbrik  edirəm. 

«Ümid»  yatağının  aşkarlanması  bizim  üçün  tarixi  hadisədir. 

Neftçilərimiz  böyük  peşəkarlıq  göstərmişlər.  Geoloqlarımızın 

gərgin  səyləri  nəticəsində böyük  yataq  aşkarlanmışdır.  Bu  gün 

biz  özümüz  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin 

imkanları  çərçivəsində  «Ümid»  yatağının  işlənilməsinə 

başlayırıq.  Bu  münasibətlə  mən  sizi  ürəkdən  təbrik  etmək 

istəyirəm.  Əminəm  ki,  «Ümid»  yatağının  işlənilməsi 

nəticəsində yaxın zamanlarda Azərbaycanın qaz ehtiyatları daha 

da  artacaq  və  Azərbaycan  özünü  dünyada  qaz  ölkəsi  kimi 

tanıtdıracaqdır.  Mən  arzu  edirəm  ki,  «Ümid»  yatağının 

işlənilməsi  zamanı  bütün  lazımi  parametrlər  gözlənilsin,  xüsu-

silə  texnoloji  məsələlərə  diqqət  göstərilsin.  Bu  gün  ARDNŞ 



 

130 


dünya  səviyyəli  bir  şirkətdir  və  onun  gördüyü  işlər  də  dünya 

səviyyəsində olmalıdır. 



 N e f t ç i l ə r: Uğurlar olsun, sağ olun. 

Sonra 10 saylı quyunun qazma qurğusu işə salındı. 

Dövlətimizin  başçısı  bp  şirkətinin  ekspozisiyası  ilə  tanış 

oldu. Qeyd edildi ki, Xəzərin Azərbaycan sektorunda iri neft və 

qaz  yataqlarının  işlənilməsində,  Səngəçal,  Supsa  və  Ceyhan 

kimi  böyük  terminalların  inşasında,  Bakı–Tbilisi–Ceyhan  və 

Bakı–Tbilisi–Ərzurum  boru  kəmərlərinin  tikintisində  mühüm 

xidmətləri olan bp  şirkəti bundan  sonra  da  Azərbaycan  ilə  sıx 

əməkdaşlıq edəcəkdir. 

Prezident  İlham  Əliyevə  dünyanın  80-dən  çox  ölkəsində 

fəaliyyət  göstərən  Fransa–Amerika  birgə  şirkəti  olan 

«SCHLUMBERGER»in  ekspozisiyası  barədə  də  məlumat 

verildi.  Bildirildi  ki,  bu  iqtisadi  qurum  Azərbaycanda  reallaş-

dırılan iri neft-qaz layihələrində yaxından iştirak edir. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  OMV  şirkəti  də 

Azərbaycan  ilə  əməkdaşlığın  genişləndirilməsində  maraqlıdır 

və bu istiqamətdə səylərini əsirgəmir. 

Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi 

və konfransın işinə uğurlar arzuladı. 

«Eurovision–2011» mahnı müsabiqəsindəki qələbədən məm-

nunluğunu  bildirən  Avropa  İttifaqının  enerji  məsələləri  üzrə 

komissarı  Günter  Ottinger  bu  zəfər  münasibətilə  Azərbaycanı 

təbrik etdi. Bu gün Almaniya–Azərbaycan futbol oyununun keçi-

riləcəyini  xatırladan  komissar  Azərbaycan  ilə  Avropa  İttifaqı 

arasında  əməkdaşlığın  tək  musiqi  və  yaxud  futbolla 

məhdudlaşmadığını  qeyd  etdi.  Hər  iki  tərəfin  energetika 

sahəsində  əməkdaşlıq  etdiyini  deyən  Ottinger  bu  istiqamətdə 

Azərbaycanın mühüm rolunu diqqətə çatdırdı. 

Daha  sonra  Avropa  Komissiyasının  sədri  Xose  Manuel 

Barrozunun tədbir iştirakçılarına müraciəti oxundu. 

Sərgidə  iştirakdan  məmnun  olduğunu  deyən  Norveç  Kral-

lığının  Vəliəhdi  Hookon  Norveç  ilə  Azərbaycanın  zəngin  neft 

ehtiyatlarına malik olduğunu qeyd edərək Dövlət Neft Şirkəti ilə 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə