156
Dövlət başçıları mərasimdə çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Hörmətli cənab Prezident!
Hörmətli dostlar, hörmətli xanımlar və cənablar!
Bu gün Serbiya–Azərbaycan əlaqələrinin inkişafında çox
gözəl və əlamətdar bir gündür. Bu gün bizim tariximizdə
dostluq günü kimi qalacaqdır. Belqradın gözəl guşələrindən
birində iki xalqın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr
ucaldılıb. Bu dostluq rəmzi əminəm ki, hər iki xalqın qəlbində
gözəl əks-səda verəcəkdir. Serb xalqının böyük oğlu, filosof və
yazıçı Milorad Paviçin abidəsi, Azərbaycan xalqının böyük
oğlu, dövlət xadimi, müstəqil Azərbaycanın banisi Heydər
Əliyevin abidəsi bir-birinin yanında iki qədim xalqın dostluq
rəmzinə çevrilib.
Bu gözəl parkın yaradılmasında iştirak etmiş bütün insanlara
dərin minnətdarlığımı bildirmək istəyirəm. Serbiya dövlətinin
rəhbərliyinə, Belqrad meriyasına və bütün dostlara minnətdaram
ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə
hörmət göstərilibdir və gözəl abidə ucaldılıbdır.
Bu gün mənim dostum prezident Tadiç ilə biz çox geniş fikir
mübadiləsi apardıq. Serbiya–Azərbaycan əlaqələrinin gələcək
inkişafı üçün konkret planlar nəzərdə tutulur. Əlaqələrimiz
çoxşaxəlidir. Biz siyasi müstəvidə bütün məsələlərə eyni
yanaşmadan
baxırıq.
Ölkələrimizin
ərazi
bütövlüyü
məsələlərinə eyni mövqedən yanaşırıq. Əminəm ki, bizim
aramızda gələcəkdə də çox gözəl hadisələr olacaq, əlaqələr daha
da güclənəcəkdir.
Sizə məlumat vermək istəyirəm ki, Bakı şəhər meriyası Bakı
parklarının birində serb xalqının böyük oğlu, dünya şöhrətli
alim Nikola Teslanın abidəsinin ucaldılması haqqında qərar
vermişdir. Əminəm ki, yaxın zamanlarda gözəl parkda Nikola
Teslanın abidəsi ucaldılacaqdır. Sizin hamınızı o tədbirə dəvət
edirəm. Belə hadisələr xalqlarımızı birləşdirir. Biz istəyirik ki,
157
xalqlarımız da bir olsunlar, ölkələrimiz də daim bir-birinin
yanında olsun.
Bu tarixi gündə Bakı şəhər meriyasının Nikola Teslanın
abidəsinin ucaldılması haqqında verdiyi qərarın surətini Sizə
təqdim etmək istəyirəm.
* * *
Azərbaycan prezidenti İlham Əliyev Bakı Şəhər İcra Ha-
kimiyyəti başçısının Nikola Teslanın abidəsinin ucaldılması
haqqında qərarının surətini Belqrad şəhərinin merinə təqdim
etdi.
Serbiya prezidenti Boris Tadiçin çıxışı
Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Hörmətli Belqrad şəhərinin meri!
Əziz dostlar, hörmətli Belqrad şəhərinin sakinləri!
Bu gün bu gözəl parkda bu mərasimdə iştirak etməkdən
böyük şərəf və iftixar hissi duyuram. Biz bu gün elə bir tarixi
mərasimdə iştirak edirik ki, parkımız artıq yeni görkəm
alacaqdır.
Bu gün burada Azərbaycanın və Serbiyanın bayraqları
ucaldılıb. Hər iki xalqın tarixində mühüm rol oynamış şəx-
siyyətlərin burada abidələri ucaldılıb. Müasir Azərbaycanın
yaradıcısı, böyük öndər Heydər Əliyevin abidəsi və Serbiya
xalqının böyük oğlu yazıçı Milorad Paviçin heykəli buradadır.
Qeyd etmək istəyirik ki, biz bu işləri əməkdaşlığımız
nəticəsində görmüşük və bundan sonra da hər iki ölkə üçün
strateji əhəmiyyət daşıyan konkret layihələrin həyata keçiril-
məsi üzərində çalışacağıq.
Mən bu gün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevi bir daha təbrik etmək istəyirəm. Azərbaycan son
illər ərzində çox böyük uğurlar əldə edib və sürətli inkişaf
nümayiş etdiribdir. Biz bu böyük nailiyyətlərə həqiqətən
158
sevinirik. Bakı gözəl şəhərdir. Bakı bu gün dünyada mövcud
olan ən gözəl paytaxtlar cərgəsinə qoşulub. Bu bizi çox
sevindirir. Bu gün isə biz bu parkda mərasimi açıq elan edərək,
həmçinin ölkənizin əldə etdiyi nailiyyətlərə kiçik də olsa
töhfəmizi veririk. Biz bundan sonra da arzu edirik ki, hər iki
xalqın gələcəyi çox parlaq olsun. Hər iki ölkəyə böyük rifah və
inkişaf arzulayırıq.
Bu çox gözəl məkanda bugünkü mərasim olduqca mühüm
rəmzi məna daşıyır. İcazə verin, bu park haqqında bir neçə maraqlı
faktı sizin nəzərinizə çatdırım. Bu park paytaxtımızın lap
mərkəzində yerləşir. Digər tərəfdən, dayandığımız bu yerdə idman
mərkəzi yaradılıb, burada hovuz və üzgüçülük seksiyası vardır.
Daha qədim tariximizdə bu parkda karxana mövcud idi, burada
mədən də yerləşirdi. Məhz buna görə də parkın adı Taşmaydan
adlanır. Bu, türk dilindən götürülmüş bir sözdür və bizim türk
mədəniyyəti ilə yaxınlığımızı göstərir. Bizdən sağda Müqəddəs
Mark kilsəsi yerləşibdir. Daha sonra Belqradın Hüquqşünaslıq
Məktəbinin binası gəlir. Bundan əlavə, bizim nəsli və xalqımızı,
ümumiyyətlə, bu parkla çox emosional hisslər bağlayır. Çünki
çoxlarımız öz tariximizi bu parkda yaşatmışıq. Burada iki restoran
da yerləşir və digər obyektlər mövcuddur. Mən xüsusi qeyd etmək
istəyirəm ki, bu gün biz bu addımı ataraq mədəniyyət sahəsindəki
əməkdaşlığa artıq töhfə vermiş oluruq. Çünki mədəniyyət, bu
sahənin inkişafı xalqları bir-birinə daha da yaxınlaşdırır. Biz bu
gün bəyan edirik ki, Serbiya Avropadadır. Serbiya müxtəlif xalqlar
arasında dözümlülüyü ilə fəxr edə bilər. Bu gün bu mərasimin
məhz Taşmaydan parkında keçirilməsi bizim üçün xüsusi
əhəmiyyət kəsb edir və biz bundan çox məmnunuq.
Bizim dahi yazıçımız Milorad Paviç «Xəzər lüğəti»ni tərtib
etmişdir. Burada onun əsərlərindən ibarət iki köşk də
yerləşdirilib. Bu parka gələn insanların böyük Azərbaycan xalqı
haqqında bir çox məlumatları əldə etmək imkanı olacaqdır. Biz
bilirik ki, azərbaycanlılar bu gün dünyanın digər ölkələrində də
yaşayırlar, həmçinin serblər də.