Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə40/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   36   37   38   39   40   41   42   43   ...   114

 

141 


 

 

 

RƏSMİ QARŞILANMA MƏRASİMİ 

 

Belqrad 



 

8 iyun 2011-ci il 

 

Serbiya  Respublikasında  rəsmi  səfərdə  olan  Azərbaycan 



Respublikasının  Prezidenti  İlham  Əliyevin  rəsmi  qarşılanma 

mərasimi olmuşdur. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı «Serbiya» 

Palatasının qarşısında Azərbaycan prezidentinin şərəfinə Fəxri 

qarovul dəstəsi düzülmüşdü. 

Serbiya prezidenti Boris Tadiç Azərbaycan prezidenti İlham 

Əliyevi qarşıladı. 

Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndi. 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport 

verdi. 

Dövlət  başçıları  Fəxri  qarovul  dəstəsinin  qarşısından  keç-

dilər. 

Serbiyanın  dövlət  və  hökumət  nümayəndələri  prezident 

İlham  Əliyevə,  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri  pre-

zident Boris Tadiçə təqdim olundu. 

 


 

142 


 

 

 

SERBİYA PREZİDENTİ BORİS TADİÇ İLƏ  

TƏKBƏTƏK GÖRÜŞ 

 

Belqrad 

 

8 iyun 2011-ci il 

 

İyunun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azər-

baycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Serbiya 

Respublikasının  Prezidenti  Boris  Tadiçin  təkbətək  görüşü 

olmuşdur. 

Görüşdə  Azərbaycan  ilə  Serbiya  arasında  siyasi,  iqtisadi, 

mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd 

olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin 

dərinləşməsi baxımından əhəmiyyətli olduğu vurğulandı. 

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı 

fikir mübadiləsi aparıldı. 


 

143 


 

 

 

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ 

 

Belqrad  

 

8 iyun 2011-ci il 

 

Təkbətək  görüş  başa  çatdıqdan  sonra  Azərbaycan  Res-



publikasının  Prezidenti  İlham  Əliyevin  və  Serbiya  Respubli-

kasının  Prezidenti  Boris  Tadiçin  nümayəndə  heyətlərinin 

iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. 

Serbiya  prezidenti  Boris  Tadiç  Azərbaycanı  ölkəsinin 

mühüm  tərəfdaşı  adlandırdı.  Bildirdi  ki,  ölkələrimizin  siyasi, 

iqtisadi,  mədəni  və  humanitar  sahələrdə  əlaqələri  möhkəmlən-

dirmələri vacibdir. Serbiya prezidenti Ermənistan–Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  bir  daha  öz  dövlətinin 

mövqeyini bəyan etdi. 

Prezident  Boris  Tadiç  vurğuladı  ki,  ölkəsi  Azərbaycan 

şirkətlərinin  Serbiyanın  nəqliyyat  infrastrukturunda  və  digər 

sahələrdə iştirakında maraqlıdır. Bu, kənd təsərrüfatı sahəsinə 

də  aid  edilə  bilər.  Serbiya  Azərbaycanın  nəqliyyat-tranzit 

imkanlarından istifadə etməkdə də maraqlıdır. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  bildirdi  ki,  Azərbaycan–

Serbiya  əlaqələri  sürətlə  inkişaf  edir.  «Bu  cür  görüşlər  müxtəlif 

layihələrin  müzakirəsi  baxımından  vacibdir»  –  deyən  prezident 

İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı inamın mövcud oldu-

ğunu söylədi. Bildirdi ki, siyasi  əlaqələrimiz yüksək səviyyədədir, 

enerji sahəsində əməkdaşlığın yaxşı perspektivləri vardır. 

Dövlətimizin  başçısı  Kosovo  problemi  ilə  bağlı  Azərbaycanın 

mövqeyini bir daha Serbiya prezidentinin diqqətinə çatdırdı. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  ümidvar  olduğunu 

bildirdi  ki,  hökumətlərarası  birgə  Komissiyanın  fəaliyyəti 

əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəkdir. 

 


 

144 


 

 

 

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ 

 

Belqrad  



 

8 iyun 2011-ci il 

 

Prezident  İlham  Əliyevin  və  prezident  Boris  Tadiçin nü-



mayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa 

çatdıqdan sonra Azərbaycan–Serbiya sənədlərinin imzalanması 

mərasimi olmuşdur. 

«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası 

Hökuməti  arasında  fövqəladə  hallar  sahəsində  əməkdaşlıq 

haqqında  Saziş»i  Azərbaycanın  və  Serbiyanın  xarici  işlər 

nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzaladılar. 

«Azərbaycan  Respublikası  Hökuməti  və  Serbiya  Respub-

likası  Hökuməti  arasında  gömrük  işi  sahəsində  əməkdaşlıq  və 

qarşılıqlı yardım haqqında Saziş»i Azərbaycanın və Serbiyanın 

xarici  işlər  nazirləri  Elmar  Məmmədyarov  və  Vuk  Yeremiç 

imzaladılar. 

«Azərbaycan  Respublikası  Hökuməti  və  Serbiya  Respubli-

kası  Hökuməti  arasında  sərmayələrin  təşviqi  və  qarşılıqlı 

qorunması  haqqında  Saziş»i  Azərbaycanın  Xarici  İşlər  naziri 

Elmar Məmmədyarov və Serbiyanın İqtisadiyyat və Regionların 

İnkişafı naziri Neboyşa Çiriç imzaladılar. 

«Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və  Serbiya 

Respublikasının  Təhsil  və  Elm  Nazirliyi  arasında  təhsil  sahə-

sində  əməkdaşlıq  haqqında  Saziş»i  Azərbaycanın  Xarici  İşlər 

naziri Elmar Məmmədyarov və Serbiyanın Təhsil və Elm naziri 

Jarko Obradoviç imzaladılar. 

«Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və 

Serbiya  Respublikasının  Gənclər  və  İdman  Nazirliyi  arasında 

gənclərlə  iş  və  idman  sahəsində  əməkdaşlıq  haqqında  Saziş»i 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə