137
lanmışdır. O protokolda bütün lazımi məsələlər öz əksini
tapmışdır. Ümid edirik ki, yaxın zamanlarda o protokolda
göstərilən və sadalanan maddələr son sənədə çevriləcəkdir.
Beləliklə, tranzit sazişinin imzalanmasından sonra artıq Azər-
baycan qazı üçün bütün maneələr aradan qaldırılacaqdır.
Keçən sərgidən bu günə qədər Azərbaycanın enerji siyasətində
bir neçə vacib hadisə baş vermişdir. Mən onlardan ikisini xüsusilə
vurğulamaq istəyirəm. Birincisi, dediyim kimi, yanvar ayında
Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub qaz dəhlizi
haqqında imzalanmış bəyannamə, ikincisi isə Azərbaycan
neftçiləri tərəfindən kəşf edilmiş böyük «Ümid» qaz yatağıdır. Bu
onu göstərir ki, bizim «Şahdəniz»dən başqa da böyük
ehtiyatlarımız vardır. Neftçilərimiz və geoloqlarımız həmişə bunu
vurğulayırlar. İkinci tərəfdən, «Ümid» yatağının önəmi ondadır ki,
bu yataq Azərbaycan neftçiləri, Azərbaycan Dövlət Neft Şirkəti
tərəfindən aşkarlanmışdır. Neftçilərimizin müasir təcrübəsi və
xarici şirkətlərlə əməkdaşlığı nəticəsində əldə edilmiş təcrübə artıq
konkret nəticələr vermişdir. Azərbaycan Dövlət Neft Şirkəti
«Ümid» yatağında həm investordur, həm də operatordur. «Ümid»
yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən
perspektiv strukturlarda da kifayət qədər qaz vardır. Biz buna
əminik. Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz
yataqlarının kəşfiyyatı davam edəcəkdir.
Enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində
dayanan vacib məsələlərdən biridir. Azərbaycan tərəfdaşlarımızın
enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz üzərinə düşən
vəzifələri ardıcıllıqla və böyük iradə ilə icra edir. Mən hesab
edirəm ki, hazırda istehlakçılar, tranzit ölkələr və istehsalçılar
arasında yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır.
Çünki məhz bu üç tərəfin birgə fəaliyyəti nəticəsində biz uğura nail
ola biləcəyik.
Bu il müstəqilliyimizin 20-ci ildönümünü qeyd edərkən tam
əminliklə deyə bilərik ki, neft-qaz sektorunda enerji
təhlükəsizliyi sahəsində əldə edilmiş nailiyyətlər ölkəmizi
möhkəmləndirə bilmişdir. Azərbaycan özünü tam şəkildə təmin
138
edən ölkədir. Valyuta ehtiyatlarımız artır və hazırda onun
səviyyəsi təqribən 35 milyard dollara çatmışdır. İqti-
sadiyyatımız artır və son 7 ildə ümumi daxili məhsul 3 dəfə
artmışdır. Büdcə xərcləri 2003-cü ildə 1,2 milyard dollar idi,
2011-ci ildə bu rəqəm 20 milyard dollara çatmışdır.
Ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə
güclənir, yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft
sektoru inkişaf edir. Bütün bu uğurların təməlində, birmənalı deyə
bilərəm ki, 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» dayanır.
Ona görə bu gün bu sərgi və konfransın açılışında 1994-cü ildə bizə
inanan, Azərbaycanın gələcəyinə inanan xarici neft şirkətlərinə bir
daha minnətdarlığımı bildirmək istəyirəm. Son illər ARDNŞ ilə
xarici tərəfdaşlar arasında çox işgüzar münasibətlər qurulmuşdur. Bu
münasibətlərin çox gözəl gələcəyi vardır. Çünki bizim planlarımız
çoxdur, gələcəyə ümidlərlə baxırıq və əldə edilmiş uğurlar bu
ümidləri daha da gücləndirir.
Bir daha, əziz dostlar, sizi sərginin və konfransın açılışı mü-
nasibətilə təbrik edirəm. Sərgiyə və konfransa uğurlar
arzulayıram. Sağ olun.
ABŞ-ın AVRASİYA ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ
XÜSUSİ NÜMAYƏNDƏSİ RİÇARD
MORNİNQSTARIN BAŞÇILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
139
7 iyun 2011-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 7-də ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi
nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin
müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurla
inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da
genişlənəcəyinə əminlik ifadə olundu.
XVIII Beynəlxalq «Xəzər neft, qaz, neft emalı və neft kim-
yası» sərgi və konfransının əhəmiyyətinə toxunularaq, hər il
Bakıda ənənəvi olaraq yüksək səviyyədə təşkil edilən bu tədbirin
energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi
baxımından önəmi qeyd edildi.
140
SERBİYA RESPUBLİKASINA
RƏSMİ SƏFƏR
8 iyun 2011-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 8-də Serbiyaya rəsmi səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aero-
portunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiya-
sının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov yola saldılar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun
8-də Serbiya Respublikasına rəsmi səfərə gəlmişdir.
Belqradın «Nikola Tesla» aeroportunda dövlətimizin başçı-
sının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və
hökumət nümayəndələri qarşıladılar.