Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə37/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

 

131 


Statoylun  uğurlu  əməkdaşlıq  etdiyini  vurğuladı.  Cənub    qaz 

dəhlizində  Azərbaycanın  xüsusi  rolunu  diqqətə  çatdıran 

Hookon ölkəmizdə neft hasilatının qədim tarixə malik olduğunu 

vurğulayaraq, neftdən əldə olunan gəlirlərin idarə olunmasında 

şəffaflıq  və  uzunmüddətlilik  siyasətinin  həyata  keçirilməsinin 

vacibliyini bildirdi. 

Sonra  Gürcüstanın  Energetika  və  Təbii  Ehtiyatlar  naziri 

Aleksandr  Xetaquri  çıxış  edərək  sərginin  əhəmiyyətindən  da-

nışdı. Xəzər bölgəsi neftinin Avropa və dünya bazarlarına çıxa-

rılmasında  şaxələndirmənin  önəmini  qeyd  edən  Aleksandr 

Xetaquri bu istiqamətdə əməkdaşlığın uğurlu olacağına inamını 

ifadə etdi. 

Açılış  mərasimindən  sonra  prezident  İlham  Əliyev  sərginin 

pavilyonları ilə tanış oldu. 

Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sər-

gi-konfransın işinə uğurlar arzuladı. 

 

 

 


 

132 


 

 

 

XVIII BEYNƏLXALQ «XƏZƏR NEFT,  

QAZ, NEFT EMALI VƏ NEFT KİMYASI»  

SƏRGİ VƏ KONFRANSININ  

AÇILIŞINDA NİTQ 

 

Hörmətli xanımlar və cənablar! 



Əziz dostlar! 

Mən  sizi  Xəzər  neft,  qaz  sərgi  və  konfransının  açılışı 

münasibətilə  təbrik  edirəm.  Ölkəmizə  gəlmiş  bütün  qonaqları 

səmimiyyətlə salamlayıram. 

Bu  sərgi  və  konfrans  artıq  ənənəvi  xarakter  daşıyır.  On 

səkkizinci  ildir  ki,  Bakıda  belə  mötəbər  tədbir  keçirilir.  Mən 

çox  şadam  ki,  ildən-ilə  bu  sərgiyə  maraq  artır.  Bu  çox  gözəl 

göstəricidir  və  onu  göstərir  ki,  baxmayaraq  Azərbaycanda 

əvvəlki  illərdə  böyük  investisiya  layihələri  həyata  keçirilib, 

yenə  də  ölkəmizin  neft-qaz  sektoruna  xarici  investorlar 

tərəfindən  maraq  azalmır.  Bunun  səbəbi  ondan  ibarətdir  ki, 

bizim  neft  strategiyamız  uzunmüddətli  strategiyadır.  Bu 

strategiyanın uğurlu icrası nəticəsində neft-qaz sektorunda ölkə 

qarşısında duran əsas vəzifələr yerinə yetirildi. Ancaq biz yenə 

də gələcəyə baxırıq və əminəm ki, bu günlərdə burada gələcək 

planlarımız haqqında çox geniş müzakirələr aparılacaqdır. 

Bildiyiniz  kimi,  Azərbaycan  qədim  neft  ölkəsidir.  Sənaye 

üsulu ilə dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda 

hasil edilmişdir. XX əsrdə dəniz yataqlarından dünyada ilk dəfə 

neft yenə də Azərbaycanda hasil edilmişdir. Yəni, bizim böyük 

ənənələrimiz  vardır,  Azərbaycanın  bu  sahədəki  nailiyyətləri 

dünya  ictimaiyyəti  üçün  real  bir  faktdır  və  bu  barədə  bəlkə 

geniş danışmağa da dəyməz. 

Bir  məsələyə  toxunmaq  istəyirəm  ki,  İkinci    dünya  müha-

ribəsi  zamanı  faşizm  üzərində  qələbənin  qazanılmasında 

Azərbaycan  neftçilərinin  çox  böyük  rolu  və  payı  olmuşdur.  O 




 

133 


vaxt  Sovet  İttifaqının  yanacağının  90 faizi  Bakıda  Azərbaycan 

neftçiləri tərəfindən istehsal edilmişdir. 

Müstəqilliyə  qovuşanda  ölkəmiz  yeni  çağırışlarla  üzləşmişdir. 

Müstəqilliyimizin  ilk  illəri  ölkəmiz  üçün  çox  ağır  keçmişdir. 

Qeyri-sabit  vəziyyətin  mövcud  olduğu,  vətəndaş  müharibəsinin 

başlandığı, total böhranın hökm sürdüyü bir zamanda Azərbaycan 

müstəqil  ölkə  kimi,  ilk  addımlarını  atmışdır.  Ölkəmizin  gələcəyi 

üçün  lazımi  tədbirlərin  görülməsi  böyük  bir  zərurət  idi. 

Azərbaycanın bəxti gətirmişdir ki, ölkəmiz üçün həlledici anlarda 

böyük  dövlət  xadimi,  ulu  öndər  Heydər  Əliyev  Azərbaycanın 

rəhbərliyinə  gəlmişdir.  Dövlətimizin  və  dövlətçiliyimizin  əsasları 

məhz  onun  siyasəti  nəticəsində  formalaşmışdır.  Azərbaycanda 

dövlətçiliyin  əsasları  qoyulmuş,  hüquqi  dövlət  quruculuğu,  siyasi 

və  iqtisadi  islahatlar  aparılması  prosesi  başlanmışdır.  Onların 

içində ən mühüm və tarixi əhəmiyyətə malik olan hadisə 1994-cü 

ildə «Əsrin müqaviləsi»nin imzalanması idi. 

Bu kontraktın imzalanması nəticəsində Azərbaycan ilk dəfə 

olaraq xarici investorları Xəzər dənizinə dəvət etmişdir. İlk dəfə 

olaraq  Xəzər  dənizində  xarici  neft  şirkətləri  fəaliyyətə 

başlamışlar.  Ölkə  iqtisadiyyatına  böyük  həcmdə  investisiyalar 

qoyulmağa  başlanmışdır.  Deyə  bilərəm  ki,  neft  sektoruna 

qoyulan  investisiyalar  digər  sektorlara  da  investisiyaların  cəlb 

edilməsinə çox müsbət xidmət göstərmişdir. Bütövlükdə 1995-

ci  ildən  bu  günə  qədər  ölkə  iqtisadiyyatına  97  milyard  dollar 

sərmayə qoyulmuşdur ki, onların 42 milyardı neft-qaz sektoruna 

qoyulan sərmayədir və mütləq əksəriyyəti xarici sərmayədir. 

Azərbaycan 1994-cü ildə çox riskli bir dövlət kimi tanınırdı. 

Xarici  böyük  neft  şirkətlərinin  Azərbaycana  dəvət  edilməsi, 

onlar  üçün  şəraitin  yaradılması,  investisiyalarının  qorunması 

üçün  lazımi  tədbirlərin  görülməsi,  qanunvericilik  sahəsində 

lazımi addımların atılması böyük məsuliyyət tələb edirdi.  

«Əsrin  müqaviləsi»  tarixi  hadisə  idi,  ona  görə  ki,  xarici 

şirkətlərlə  əməkdaşlığımızın  ilk  təcrübəsi  uğurlu  olmuşdur. 

Birinci 


müqavilədən  sonra  Azərbaycana  maraq  artdı. 

Azərbaycan  özünü  dünyada  etibarlı  tərəfdaş,  sözünə  hörmət 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə