149
sahəsində əməkdaşlığımızı da müzakirə etdik. Azərbaycan
şirkətləri olduqca tanınan şirkətlərdir. Onlar bir çox ölkələrdə
yollar çəkirlər, körpülərin tikintisi ilə məşğuldurlar.
Azərbaycan infrastrukturunu inkişaf etdirir və bu baxımdan
gələcəkdə bir çox imkanlar vardır. Bunu nəzərə alaraq belə bir
fikrə gəldik ki, Azərbaycan şirkəti ilə birgə bizim şirkətlər
Serbiyada dəmiryol xəttinin tikintisi ilə məşğul olsunlar.
Fikrimiz var ki, Çindən Xəzər dənizi regionu – Azərbaycan
vasitəsilə Avropaya ümumi çıxış, marşrut təmin edilsin. Balkan
regionu olduqca böyük strateji əhəmiyyətə malikdir.
Azərbaycan isə Qafqaz regionunda strateji əhəmiyyətə malikdir.
Çin və Avropa ilə birbaşa əlaqələr yaradılsa, daha qlobal
əhəmiyyətə malik olar.
Biz səhiyyə sahəsinə də toxunduq, müdafiə sahəsində
əməkdaşlıq məsələlərini də nəzərdən keçirdik. Əslində elə bir
iqtisadi sahə qalmadı ki, biz onu nəzərdən keçirməyək.
Hökumətlərimiz arasında bu addımlar artıq atıldı. Atdığımız bu
addımlar hətta bizi onilliklərə doğru aparan bir addımdır.
Azərbaycan ilə Serbiya arasında xüsusi dostluq və əməkdaşlıq
əlaqələri mövcuddur.
Sonda mən bir daha əlaqələrimizin inkişafına verdiyi töhfəyə
görə, xüsusən də mədəni sahədə verilmiş yardıma görə cənab
Prezidentə təşəkkürümü bildirirəm. Biz Bakıda və Belqradda
mədəniyyət mövzusunda seminarın keçirilməsi məsələsini də
müzakirə etdik.
Cənab Prezident Əliyev, Serbiyaya xoş gəlmisiniz! Özünüzü
burada öz evinizdəki kimi hiss edin. Necə ki, mən Bakıya
səfərim zamanı özümü öz evimdə hiss etdim. Bir daha çox sağ
olun.
150
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli cənab Prezident, çox sağ olun!
İlk növbədə, cənab Prezident, Sizə məni gözəl ölkənizə dəvət
etdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Serbiyada
olmağımdan çox məmnunam. Çox şadam ki, iki ölkə arasında
münasibətlər sürətlə inkişaf edir. Münasibətlərimiz bütün
dövrlərdə yüksək səviyyədə olub. Ancaq qeyd etməliyəm ki, son
bir neçə il ərzində bu münasibətlər daha da dinamik və intensiv
xarakter daşıyır. Cənab Prezident, Sizin keçən il Azərbaycana
səfəriniz və səfərin gözəl nəticələri bu münasibətlərin inkişafına
güclü təkan vermişdir. Mənim bugünkü səfərim onu göstərir ki,
aramızda güclənən siyasi dialoq doğrudan da strateji xarakter
daşıyır və biz ikitərəfli münasibətlərə məhz bu nöqteyi-nəzərdən
yanaşırıq.
Əlaqələrimiz çoxşaxəlidir və cənab Prezident, Siz çıxışınız-
da bu gün apardığımız danışıqlar haqqında məlumat verdiniz.
Əlavə etmək istəyirəm ki, biz doğrudan da bu münasibətlərə
çox böyük diqqət göstəririk. Bu münasibətlər bizim üçün çox
önəmlidir. Biz istəyirik ki, bütün sahələrdə ikitərəfli formatda
əməkdaşlıq
daha
da
dərinləşsin.
Eyni
zamanda,
münasibətlərimizin
regional
əməkdaşlıq
meyillərinin
gücləndirilməsinə də çox müsbət təsiri vardır. Balkan regionunu
Xəzər və Qafqaz regionları ilə birləşdirə biləcək kifayət qədər
layihələr vardır. Biz bu gün bu layihələr haqqında geniş fikir
mübadiləsi aparmışıq və bizdə heç bir fikir ayrılığı yoxdur.
Siyasi əlaqələrimizin inkişafı üçün beynəlxalq təşkilatlarda
birgə fəaliyyətimizi davam etdirəcəyik. Bildiyiniz kimi, ölkələ-
rimiz separatizmdən əziyyət çəkən ölkələrdir. Bizim ərazi bütöv-
lüyümüz pozulubdur və əfsuslar olsun ki, bu ədalətsizlik uzun
illərdir davam edir. Biz Serbiyanın ərazi bütövlüyünü tanıyırıq və
üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi
bütövlüyünü daim müdafiə edəcəyik.
Hesab edirik ki, heç bir ölkənin beynəlxalq birlik tərəfindən
tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə
151
bilməz. Beynəlxalq hüquq normaları bütün hallarda üstünlük
təşkil etməlidir və bu bizim prinsipial mövqemizdir, biz bu
mövqedən bir addım da geri atmayacağıq.
Biz Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığımızı
bildiririk ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Serbiya daim
ədalətli mövqe nümayiş etdirib. Bu mövqe beynəlxalq
təşkilatlarda, xüsusilə BMT-nin Baş Məclisində keçirilən
səsvermə zamanı da özünü göstərmişdir. Bu mövqeyə görə biz
Sizə minnətdarıq.
Bizi birləşdirən təkcə ağrılarımız, dərdlərimiz, problem-
lərimiz deyildir. Bizi birləşdirən hər iki ölkədə olan nikbinlik
əhval-ruhiyyəsidir. Biz tam əminik ki, ölkələrimizin gələcəyi
parlaq olacaqdır. Hazırda bizi incidən, narahat edən problemləri
həll edəcəyik, haqq-ədalət öz yerini tutacaq və əminəm ki,
ölkələrimizin ərazi bütövlüyü bərpa olunacaqdır.
Bu gün, cənab Prezident, dediyiniz kimi, biz geniş fikir
mübadiləsi aparmışıq və doğrudan da ikitərəfli münasi-
bətlərimizin gündəliyi kifayət qədər genişdir. Biz Serbiyanın
AGRİ layihəsinə qoşulmaq təşəbbüslərini böyük məmnuniy-
yətlə alqışlayırıq. Bildiyiniz kimi, bu layihə bu yaxınlarda
müzakirə mövzusuna çevrilmişdir və birinci sammit Bakıda
keçirilmişdir. Hazırda AGRİ layihəsi üzrə araşdırmalar aparılır,
texniki-iqtisadi əsaslandırma hazırlanır. Biz çox istərdik ki,
Serbiya da bu layihəyə qoşulsun. Nəzərə alsaq ki, Azərbaycanın
zəngin karbohidrogen ehtiyatları hazırda müxtəlif bazarlara nəql
edilir və bizim üçün yeni bazarlar çox maraqlıdır. Ümid edirik
ki, zəngin qaz potensialımızı maksimum dərəcədə reallaşdıra
bilərik.
Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 tril-
yon kubmetrə bərabərdir. Ancaq bu çox təvazökar rəqəmdir.
Proqnoz isə ondan ən azı iki dəfə çoxdur. Bunu nəzərə alaraq,
Avropa və başqa bazarlar üçün bizim qazımız ən azı 100 il
xidmət göstərəcəkdir. Bizə yeni bazarlar, Avropadakı
istehlakçılara isə yeni mənbələr lazımdır. Şaxələndirmə
məsələləri həm istehsalçılar, həm də istehlakçılar üçün eyni
Dostları ilə paylaş: |