152
dərəcədə önəmlidir. Ona görə burada bizim maraqlarımız üst-
üstə düşür.
Bütövlükdə Azərbaycan enerji təhlükəsizliyi məsələlərində
fəal rol oynayır. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizinin zəngin
ehtiyatlarını dünya bazarlarına nəql edə bilmişdir. Hazırda
Azərbaycanı dünya bazarları ilə birləşdirən 7 neft və qaz kəməri
vardır ki, onların hamısı işlək vəziyyətdədir. Bizim neftimiz,
qazımız müxtəlif istiqamətlərlə dünya bazarlarına nəql edilir.
Biz çox istərdik ki, Serbiyanı Azərbaycanla o cümlədən enerji
sahəsində bağlayan, birləşdirən əməkdaşlıq olsun.
Bu gün digər layihələri də müzakirə etdik. Böyük dəmir
yolunun – Yeni İpək yolunun bərpası layihəsi icra edilir. Ümid
edirəm ki, gələn ilin sonuna qədər Azərbaycanı, Gürcüstanı,
Türkiyəni birləşdirən yeni dəmir yolu istismara veriləcəkdir. Bu
eyni zamanda, Asiyanı Avropa ilə birləşdirən bir dəmir yolu
olacaqdır. Bu dəmir yolunun üzərində yerləşən bütün ölkələr
həmin əməkdaşlıqdan ancaq fayda götürəcəklər. Beləliklə,
regional əməkdaşlıq daha da böyük həcmdə öz həllini tapa bilər.
Biz Serbiya rəhbərliyinə minnətdarıq ki, Azərbaycan şirkət-
lərinə onların münasibəti çox müsbətdir. İndi Azərbaycanda
müasir, güclü şirkətlər yaranmışdır və onlar üçün Serbiyada
işləmək, iş görmək, kontraktlarda iştirak etmək böyük maraq
doğura bilər. Biz bu məsələləri də müzakirə etdik.
Beləliklə, ikitərəfli hökumətlərarası birgə Komissiyanın işi çox
olacaqdır. Əminəm ki, komissiya tezliklə öz işinə başlayacaqdır.
Bu gün müzakirə etdiyimiz məsələlər komissiya tərəfindən baxılıb
prezidentlərin diqqətinə təqdim ediləcəkdir.
Bu gün imzalanmış sənədlər onu göstərir ki, niyyətimiz çox
gözəldir. Biz istəyirik ki, bütün sahələrdə əməkdaşlıq edək. Bu
əməkdaşlığın təməlində güclü siyasi əlaqələr vardır. Bu gün cənab
Prezidentlə müzakirə əsnasında eyni fikri söyləmişik ki,
insanlararası münasibətlər, humanitar əlaqələr də çox vacibdir. Həm
Serbiyada, həm Azərbaycanda dini və milli tolerantlığın dərin
kökləri, böyük tarixi vardır. Həm Serbiyada, həm Azərbaycanda müx-
təlif dinlərin, müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayırlar.
153
Bu bizim nadir təcrübəmizdir. Biz bu təcrübədən istifadə edərək
çalışmalıyıq ki, bütün dünyada nə dini, nə milli zəmində heç bir
münaqişə, heç bir qarşıdurma olmasın. Serbiya Balkanlarda,
Azərbaycan isə Qafqaz və Xəzər hövzəsində bu istiqamətdə səylərini
birləşdirərək böyük işlər görə bilər.
Bir sözlə, bugünkü səfərim artıq çox gözəl nəticələrini
verməkdədir. Əminəm ki, səfərin nəticələri gözəl olacaq və
mənim səfərim münasibətlərimizin inkişafına yeni güclü təkan
verəcəkdir. Cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə bir daha minnətdaram. Serbiya xalqına uğurlar və
tərəqqi arzulayıram. Sağ olun.
154
SERBİYA MİLLİ ASSAMBLEYASININ SƏDRİ
SLAVİTSA DJUKİÇ-DEYANOVİÇ İLƏ GÖRÜŞ
Belqrad
8 iyun 2011-ci il
İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri
xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür.
Görüşdə qeyd olundu ki, Azərbaycan prezidenti İlham Əliyevin
Serbiyaya rəsmi səfəri ölkələrimiz və xalqlarımız arasında
əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Bildirildi ki, səfər çərçivəsində imzalanan sənədlər siyasi və
iqtisadi sahədə əlaqələrin güclənməsinə xidmət edir və ölkə-
lərimiz beynəlxalq səviyyədə bir-birinin mövqelərini yüksək
səviyyədə müdafiə edirlər.
Görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibət-
lərimizin daha da genişlənməsinə yönəldiyi və bu sahədə
əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu bildirildi.
Qeyd olundu ki, ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə di-
namik inkişaf edir. Bu da ölkələrimizin əməkdaşlığını daha da
gücləndirir.
155
BELQRADDA TAŞMAYDAN PARKININ AÇILIŞI
MƏRASİMİ
Belqrad
8 iyun 2011-ci il
İyunun 8-də Belqradda Taşmaydan parkının açılışı
olmuşdur.
Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti
Boris Tadiç mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, Taşmaydan parkı
Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl
romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə
yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar
dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olmuşdur.
Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu
karxanadan çıxarılan daşlardan tikilmişdir. Taşmaydanda XIX əsrdə
yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunmuşlar. Həmin
əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülmüş və
burada yaşıllıqlar salınmışdır. İndi bu park Belqrad sakinlərinin
istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.
Parkda ümummilli lider Heydər Əliyevin və görkəmli serb
yazıçısı Milorad Paviçin abidələri ucaldılmışdır. Hazırda
dünyanın bir çox ölkəsində ulu öndər Heydər Əliyevin adı
əbədiləşdirilmiş, onun adına park və xiyabanlar salınmış, abi-
dələr ucaldılmışdır. Dünya şöhrətli siyasi xadim Heydər Əli-
yevin abidəsinin Taşmaydan parkında ucaldılması ölkələrimiz
arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə
yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan
ehtiramından xəbər verir.
Azərbaycan və Serbiya prezidentləri parkda rəmzi olaraq
ağac əkdilər.