163
SERBİYANIN NOVİ SAD ŞƏHƏRİNDƏ
ÜZEYİR HACIBƏYLİNİN ABİDƏSİNİN
AÇILIŞI MƏRASİMİ
Novi Sad
9 iyun 2011-ci il
Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezi-
denti Boris Tadiç iyunun 9-da Novi Sad şəhərində dahi
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışında
iştirak etmişlər.
Serbiyanın Novi Sad şəhəri Voevodina muxtar diyarının pay-
taxtıdır və Belqraddan sonra ölkənin ikinci ən böyük şəhəri sayılır.
Novi Sad 1694-cü ildə salınmışdır. XVII–XIX əsrlərdə Serbiya
mədəniyyətinin beşiyi olmuş bu şəhəri «Serb Afinası»
adlandırırlar. Bu gün Novi Sad Serbiya iqtisadiyyatının sənaye və
maliyyə, ölkənin əsas mədəniyyət mərkəzlərindən biridir. Burada
Serbiyanın ən qədim mədəniyyət, elm mərkəzləri, muzeylər,
teatrlar yerləşir. Təsadüfi deyildir ki, Serbiyanın ilk teatrı 1861-
ci ildə bu şəhərdə fəaliyyətə başlamışdır.
Serbiyanın mədəni həyatına daha bir töhfəni Azərbaycan
vermişdir. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə
Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
büstü ucaldılmışdır.
Mərasimin aparıcısı Üzeyir Hacıbəylinin həyat və fəaliy-
yətindən danışdı. Bildirdi ki, dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin yaradıcılıq irsi nəinki Azərbaycan xalqının milli
sərvətidir, həm də dünya mədəniyyətinin incisidir. Onun musiqisi
dünya mədəniyyətinin Qızıl fonduna daxil olmuşdur. Bəstəkarın
yaratdığı musiqi, ədəbi və elmi irs ölməz və əbədidir.
Mərasimdə çıxış edən Novi Sad şəhərinin meri İqor Pabliçiç
dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılması mü-
nasibətilə verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşək-
164
kürünü bildirdi. Qeyd etdi ki, çoxmədəniyyətli ölkə olan Serbiya
digər mədəniyyətlərə hörmətlə yanaşır və Üzeyir Hacıbəylinin
büstünün Novi Sadda ucaldılması bu şəhərin sakinləri üçün
böyük şərəfdir.
Azərbaycan və Serbiya prezidentləri büstün üzərindəki
örtüyü götürdülər.
Dövlət başçıları mərasimdə çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Hörmətli cənab Prezident!
Hörmətli cənab mer!
Hörmətli xanımlar və cənablar!
Novi Sad şəhərinin əziz sakinləri!
Bu gün Serbiya–Azərbaycan əlaqələrinin tarixində çox
əlamətdar bir gündür. Dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin büstü Serbiyanın gözəl guşələrindən biri olan
Novi Sad şəhərində ucaldılıb. Mən sizin hamınızı bu müna-
sibətlə ürəkdən təbrik edirəm. Üzeyir Hacıbəyli Azərbaycan
klassik musiqisinin banisi, Azərbaycan Konservatoriyasının
qurucusu və Azərbaycan milli himninin müəllifidir.
1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika
yaranmışdır – Azərbaycan Demokratik Respublikası və onun
Dövlət himninin müəllifi məhz Üzeyir Hacıbəyli olmuşdur.
Azərbaycan müstəqilliyini itirəndən sonra təbii ki, bizim milli
himnimiz də səslənmədi. Ancaq Sovet İttifaqı dağılandan,
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Üzeyir
Hacıbəylinin yaratdığı Azərbaycan Demokratik Respublikasının
milli himni müstəqil Azərbaycan Respublikasının milli himni kimi
elan edildi və bu gün bütün rəsmi tədbirlərdə Üzeyir bəyin bu
gözəl əsəri səslənir.
Dünən və bu gün ölkələrimizin tarixində çox əlamətdar
hadisələr baş vermişdir. Dünən Belqradın Taşmaydan mey-
danında serb xalqının dahi yazıçısı Milorad Paviçin və
Azərbaycan xalqının görkəmli şəxsiyyəti Heydər Əliyevin
abidələri ucaldılmışdır. Yaxın aylarda Bakı şəhərində serb