Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə32/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   28   29   30   31   32   33   34   35   ...   114

 

113 


təşkilata  çevrilib.  O  təşkilata  ki,  onun  əsas  idealları  dostluq, 

qardaşlıq, sülh, ədalət anlayışlarıdır. 

Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən 

gələcəyə  ümidlərlə  baxırıq.  Ümid  edirəm  ki,  Azərbaycanda 

futbolun inkişafı uğurlu olacaqdır. Azərbaycan dövləti futbolun 

inkişafı  üçün  lazımi  tədbirləri  görür.  Bildiyiniz  kimi,  futbolun 

inkişafına  dair  Dövlət  Proqramı  bir  neçə  ildir  ki,  icra  edilir. 

Azərbaycanda  futbolun  kütləviliyinin  təmin  edilməsi  üçün 

praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan 

Futbol  Federasiyaları  Assosiasiyası  məqsədyönlü  iş  aparmaqla 

futbolun inkişafına böyük töhfə verir. Ümid edirəm ki, bu səylər 

nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi 

sevindirəcəklər. 

Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. 

Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz 

futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu 

etmək üçün indi şərait yaxşıdır. Son illərdə ölkəmizdə bir neçə 

stadion  istismara  verilmişdir.  Futbol  meydançaları  tikilir, 

futbolun  kütləviliyinin  təmin  edilməsi  üçün  Azərbaycanda 

böyük işlər aparılır. 

Bu  gün  cənab  Blatterin,  Platininin  və  digər  qonaqların 

iştirakı ilə Bakıda ən böyük və ən müasir stadionun təməl daşı 

qoyulur.  Ümid  edirəm  ki,  2-3  il  ərzində  bu  ərazidə  möhtəşəm 

futbol  arenası  –  65  min  yerlik  yeni,  müasir,  bütün  beynəlxalq 

standartlara  uyğun  stadion  istismara  veriləcəkdir.  Bu  nəinki 

Azərbaycanın,  ümid  edirəm  ki,  bölgənin  ən  möhtəşəm,  gözəl, 

yaraşıqlı və rahat stadionu olacaqdır. 

Stadionun  tikilməsi  bir  daha  onu  göstərir  ki,  Azərbaycan 

dövləti futbolun inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da 

çalışacağıq  ki,  biz  addımlarımızla  futbolun  inkişafına  töhfə 

verək.  Ancaq  ictimaiyyətimiz 

və  futbol  azarkeşləri 

futbolçularımızdan  yaxşı  nəticələr,  gözəl  qollar  və  qələbələr 

gözləyirlər.  Bu  bizim  haqlı  istəyimizdir.  Ümid  edirəm  ki, 

görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbol-



 

114 


çularımızın  yetişdirilməsi,  seleksiya  işinin  düzgün  təşkili 

nəticəsində futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər. 

Bizim  bu  sahədəki  beynəlxalq  əlaqələrimiz  artır.  Qeyd 

etmək  istəyirəm  ki,  gələn  il  Azərbaycanda  ölkəmizin  tarixində 

ən böyük və mötəbər futbol yarışı keçiriləcəkdir. 17 yaşınadək 

qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcəkdir. 

Bu,  böyük  məsuliyyətdir,  ümid  edirəm  ki,  bütün  müvafiq 

qurumlar  hazırlıq  işlərini  lazımi  səviyyədə  quracaq  və  bu 

çempionat çox uğurlu keçəcəkdir. 

Beynəlxalq  əməkdaşlıq  yüksək  səviyyədədir.  Bu  gün  Azər-

baycan  Futbol  Federasiyaları  Assosiasiyası  dünya  futbol 

federasiyaları arasında öz yerini tuta bilmişdir. Hesab edirəm ki, 

bu  da  futbolun  inkişafı  üçün  çox  vacib  bir  amildir.  Xüsusilə 

Beynəlxalq  Futbol  Assosiasiyaları  Federasiyasının,  Avropa 

Futbol  Assosiasiyaları  İttifaqının  rəhbərliyinə  bir  daha  öz 

minnətdarlığımı  bildirmək  istəyirəm.  Çünki  onlar  tərəfindən 

Azərbaycana  verilən  dəstək  bizim  üçün  çox  əhəmiyyətlidir. 

Ümid edirəm ki, futbol ictimaiyyətimiz öz növbəsində futbolun 

inkişafı üçün əlavə ardıcıl, düşünülmüş addımlar atacaqdır. 

Bir daha bütün futbol ictimaiyyətini bu bayram münasibətilə 

ürəkdən təbrik etmək istəyirəm. Bütün qonaqlara bir daha «Xoş 

gəlmisiniz!» – deyirəm və hesab edirəm ki, bütün azarkeşlər də 

mənim sözlərimə qoşulacaqlar. Futbolçularımızdan qələbələr və 

uğurlar gözləyirik. 



M i ş e l   P l a t i n i (UEFA-nın prezidenti): Cənab Prezi-

dent! 


Hörmətli birinci xanım! 

Cənab  federasiya  prezidenti,  icraiyyə  komitəsinin  və  Asso-

siasiyanın üzvləri! 

Azərbaycanda  olmağımdan  böyük  şərəf  hissi  duyuram.  Belə 

bir  gözəl  gündə  bu  mərasimdə  iştirak  etməkdən  şərəf  hissi 

duyuram. Biz elə indicə burada tikiləcək bu böyük stadionun ilk 

çalarlarını  gördük.  Gördük  ki,  burada  böyük  tikinti  işi 

gedəcəkdir. 




 

115 


Ümumiyyətlə,  bu  şəhər  mənim  çox  xoşuma  gəldi.  Cənab 

nazir, siz də bunu qeyd edə bilərsiniz, Assosiasiyanızın prezidenti 

və  o  cümlədən  icraçı  katib  də  gördük  ki,  imkanlar  yaradılır, 

valideynlər öz övladlarını gətirirlər. Onlara bu şəraitdən istifadə 

etmələri üçün imkan yaradırlar.  

Bir  daha  qeyd  etmək  istəyirəm  ki,  bu  bizim  üçün  böyük 

şərəfdir.  Mən  burada  futbolun  keçmişi  barədə  o  qədər  də 

bilmirəm. Lakin cənab Prezident, Sizin sözlərinizə şərik olaraq 

çox  qısa  onu  deyə  bilərəm  ki,  Azərbaycan  futbolunun  böyük 

gələcəyi vardır. 



Y o z e f   B l a t t e r (FİFA-nın prezidenti): Hörmətli cənab 

prezident Əliyev! 

Hörmətli birinci xanım! 

Hörmətli  hökumət  üzvləri,  futbol  həvəskarları,  dostlarımız, 

xanımlar və cənablar! 

Bu gün elə bir gündür ki, ölkə və Azərbaycan Futbol Fede-

rasiyaları  Assosiasiyası  çox  möhtəşəm  bir  tədbiri  qeyd  edir.  Bu 

ölkədə  futbolun  100  illiyi  qeyd  olunur.  Bəli,  FİFA-nın  bütün 

üzvləri burada olmasa da – bizim üzvlərimizin sayı 200-dən artıqdır – 

hamısının adından deyə bilərəm ki, onlar bu gözəl oyunun məhz 

100 il bundan öncə burada təşəkkül tapdığını bilməkdən çox şad 

olardılar. 

Mən  böyük  şərəf  hissi  ilə  bu  gün  yeni  tikiləcək  stadionun 

təməlqoyma  mərasimində  də  iştirak  edirəm.  Əslində  bu  çox 

gözəl,  möhtəşəm  bir  qurğu  olacaq  və  60  mindən  artıq  futbol 

azarkeşi  bu  stadiona  gəlib  futboldan  həzz  ala  biləcəkdir.  Bu, 

Assosiasiyanın  da  apardığı  çox  böyük  işin  nəticəsidir.  Bu 

addımın  atılması  çox  böyük  bir  hadisədir.  Ona  görə  mən 

istərdim ki, sizin başqa planlarınız varsa, hətta digər memarlar 

da gəlib tanış olsunlar. Çünki bu həqiqətən çox yaddaqalan, çox 

gözəl  bir  layihədir.  Bu  baxımdan  bu  stadion,  cənab  Prezident, 

Siz  bunu  artıq  qeyd  etdiniz,  o  məqsədə  xidmət  edəcəkdir  ki, 

FİFA 2012-ci ildə Azərbaycanda 17 yaşlı yeniyetmə qızlar ara-

sında  çempionat  təşkil  edəcəkdir.  Bu  da  bizim  üçün  böyük 

şərəfdir. Mənə futbolun tarixi haqqında məlumat verildi və qeyd 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə