Baki döVLƏt universiteti Sərbəst iş №1



Yüklə 434,62 Kb.
Pdf görüntüsü
tarix12.12.2023
ölçüsü434,62 Kb.
#148742
sərbəst iş1-1




BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
Sərbəst iş №1 

Fakültə: Filologiya 

İxtisas: Azərbaycan dili və ədəbiyyatı 

Qrup:172 

Fənn: Azərbaycan tarixi 

Müəllim:Nuru Məmmədov 

Tələbə:Əliyeva Aytac 

Mövzular:Dağlıq Qarabağ Muxtar vilayəti və Naxçıvan Muxtar 
Respublikasının təşkili prosesində ziddiyyətlər 
BAKI 2023 



Azərbaycan dövləti üçün ərazi mübahisələri aşağıdakı mərhələlərdə 
olmuşdur: 1918-1920-ci illərdə AXC-nin dövründə; 1920-ci ilin aprel-noyabr 
aylarında - Azərbaycan SSR-in elan olunduğu gündən Ermənistanda sovet 
hakimiyyəti qurulanadək; 1920-ci ilin noyabr ayından 1921-ci ilin fevral ayınadək, 
yəni Gürcüstanda sovet hakimiyyəti qurulanadək və nəhayət, CQSFSR-in təşkilinə 
və onun SSR İttifaqına daxil olmasına qədər “müstəqil” Cənubi Qafqaz Sovet 
respublikalarının fəaliyyət göstərdikləri dövr. 1920-ci il aprel çevrilişindən sonra da 
Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını 
ələ keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında Zərgəzuru 
dağıdıb Naxçıvana hücum etdi. Əhalinin tələbi ilə Naxçıvanı müdafiə etmək üçün 
Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşun hissələri Naxçıvan bölgəsini 
nəzarət altına aldılar. 1920-ci ilin iyul ayının 28-də XI Qızıl Ordu hissələri də 
Naxçıvana daxil oldu. Naxçıvan Sovet Sosialist Respublikası elan olundu və 
respublikanın ali hakimiyyət orqanı - Naxçıvan İnqilab Komitəsi (M.Bəktaşov, 
A.Kazımov, F.Mahmudbəyov, Q.Babayev və b.)yaradıldı. 1920-ci ilin avqustun 10-
da Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-
Dərələyəz qeyd-şərtsiz Ermənistana verildi, rus qoşunlarının zəbt etdiyi Qarabağ, 
Zərgəzur və Naxçıvan mübahisəli ərazilər elan olundu .
1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda Fövqəladə 
Komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək 
məqsədi güdürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P 
MKSiyasi və Təşkilat bürolarının 1920-ci il noyabr ayının 30-da aldıqları qərara 
müvafiq olaraq dekabrın 1-də N.Nərimanovun “…Sovet Azərbaycanı ilə Sovet 
Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir…” bəyanatı erməniləri 
Azərbaycandan yeni ərzilər qoparmaq iddialarını daha da artırdı . Lakin nə qərarda, 
nə N.N.Nərimanovun çıxışında, nə bəyannamədə Naxçı- vana dair hər hansı bir 



məsələ qaldırılmamışdı. Lakin N.N.Nərimanovun təkidi və prinsipiallığı sayəsində, 
Naxçıvanın Ermənistana birləşdirilməsi baş tutmadı. 1920-ci il dekabr ayının 2-də 
Aleksandropolda (Gümrüdə) Ermənistan SSR ilə Türkiyə arasında imzalanmış 
müqaviləyə əsasən sonradan Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə yolu ilə 
Xüsusi Idarəçilik yaradılmalı idi və Ermənistan hökuməti onun işinə qarışmamalı 
idi. 
1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıq- larının əsas 
obyektlərindən biri Atatürkün “Türk qapısı” adlan- dırdığı Naxçıvanın statusu 
məsələsi idi. Türkiyə nümayəndəsi bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində 
himayəsi o zaman təmin olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə 
getməyəcəyinə dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında 
Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyən- ləşdirilməsini 
ön plana çəkirdi. 1921-ci il martın 16-da Moskvada RSFSR ilə Türkiyə arasında 
dostluq müqaviləsi imzalandı. Müqavilənin üçüncü bəndində göstərilirdi ki, tərəflər 
müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi 
(protektoratı) altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və 
Azərbaycan bu himayəçiliyi üçüncü dövlətə güzəştə getməyəcəkdir . 1921-ci il 
oktyabrın 13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycanın tərkib 
hissəsi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu – “Naxçıvanın 
Azərbaycanın himayəsi altında muxtar ərazi” status qəti olaraq müəyyənləşdirildi . 
1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana 
verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla Azərbaycanın 
digər torpaqları arasında olan sərhəd bağlandı. 1922-ci il may ayının 22-də təsdiq 
olunmuş AK(b)P MK-nın Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamədə 
Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR-in 
qəyyumluğunda muxtar respublika elan olundu. 1922-ci il 12 dekabrda Cənubi 



Qafqaz sovetlərinin I Qurultayının qərarında göstərilirdi: “Naxçıvan Respublikası 
Azərbaycanın muxtar vahid hüququnda ayrılmaz və tərkib hissəsi hesab edilsin. 
1923-cü ilin fevralın 27-dən dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar 
diyar kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan diyarı Naxçıvan 
MSSR, 1924-cü il fevralın 9-da Naxçıvan Az.MİK-in Rəyasət Heyətinin qərarı ilə 
Naxçıvan SSR kimi daxil oldu . 1924-cü ilin aprel ayında Azərbaycan SSR MİK 
SSRİ-nin Konstitusiyasına əsasən hazırlanmış Naxçıvan MSSR haqqında yeni 
Əsasnaməni təsdiq etdi. Mərkəzin “parçala və hökm sür” siyasətinə uyğun olan 
“Qarabağ məsələsi”ni erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan 
qopararaq, Ermənistana birləşdirmək yolu ilə həll etməyə çalışırdılar. 1920-ci il 
aprel ayının 30-da Azərbaycan hökuməti Ermənistan daşnak dövlətinə nota 
göndərərək tələb etdi: 
“1. Qarabağ və Zəngəzur ərazilərindən qoşunlarınızı çıxarın. 
2. Öz sərhədlərinizə çəkilin.
3. Millətlərarası ədavətə son qoyun. Əks halda Azərbaycan Sovet Sosialist 
Respublikasının İnqilab Komitəsi özünü Ermənistan Respublikası hökuməti ilə 
müharibə vəziyyətində hesab edəcək”. 
XI Qızıl Ordu hissələrinin yerləşdiyi Qarabağ, Zəngəzur ərazilərində erməni 
hərbi dəstələrinin təcavüzkar hərbi əməliyyatları davam edirdi. “Yaşasın 
Ermənistanın ayrılmaz hissəsi olan Sovet Zəngəzuru!” şüarı ilə erməni qoşunları 
Zəngəzurun içərilərinə soxularaq bir çox kəndi ələ keçirdilər və Zəngəzur, Naxçıvan, 
Böyük Vedi, Qazax rayonlarında qanlı qırğın törətdilər. 1921-ci ilin yayında XI 
Qızıl Ordusu hissələri Zəngəzura hücum etdi və Yuxarı Zəngəzur Ermənistana 
birləşdirildi. 1921-ci il iyunun 19-da Ermənistan SSR XKS sədri A.Myasnikov və 
XKS-nin digər üzvləri tərəfindən imzalanan bəyannamədə Dağlıq Qarabağ 



Ermənistanın ayrılmaz tərkib hissəsi elan edildi . Ermənistan SSR tərəfindən Dağlıq 
Qarabağda fövqəladə nümayəndə təyin edilən A.Mravyan N.Nərimanovun təkidi ilə 
iyun ayının 27-də Qarabağdan geri çağırıldı. AK(b)P MK-nın Siyasi və Təşkilat 
bürosu tərəfindən 27 iyunda Ermənistanın nümayəndəsi Bekzadyanın “erməni və 
türk əhalisinin yaşadıqları yerləri inzibati və iqtisadi məqsədəuyğunluq baxımından 
müvafiq surətdə Ermənistana və Azərbaycana birləşdirmək” təklifı rədd olundu. 
RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış plenumunda Qarabağ 
məsələsi müzakirə olunarkən iki fikir irəli sürüldü: Birincisi, Qarabağın dağlıq 
hissəsi Azərbaycanın tərkibində saxlanılsın, erməni və azərbaycanlı əhalisinin 
iştirakı ilə rəy sorğusu keçirilsin; İkincisi, Qarabağın dağlıq hissəsi Ermənistan SSR-
i tərkibinə qatılsın və rəy sorğusu yalnız ermənilər arasında keçirilsin. İclasın 
iştirakçılarından Orconikidze, Myasnikov, Fiqatner, Nazaretyan, Kirov ikinci 
təklifin lehinə səs verdilər. Beləliklə, plenum qərara aldı: “Dağlıq Qarabağ 
Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy sorğusu yalnız Dağlıq Qarabağda 
keçirilsin” . Lakin N.Nərimanovun qəti etirazını, prinsipial mövqeyini və “Qarabağ 
haqqında məsələnin ciddi fikir ayrılığı doğurduğunu nəzərə alaraq, RK(b)P MK 
Qafqaz Bürosu onun qəti həllini RK(b)P MK-ya çıxarmağı zəruri hesab etdi” . 
Məsələ iyulun 5-də Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu . 
Plenum “müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və 
Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas 
tutaraq” Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması qərarını 
qəbul etdi, qərara paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi 
bəndi salındı . Bu məsələdə Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici 
rolu olmuşdu. Lakin bu qərar nə Azərbaycan rəhbərliyini, nə də ictimaiyyətin 
nümayəndələrini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P 
Cənubi Qafqaz Ölkə Komitəsinin plenumu bu qərarı təsdiq etdi . 



ƏDƏBİYYAT 
1.
 
http://anl.az/el/Kitab/2015/Azf-282700.pdf
 
2.
 
https://story.karabakh.center/az/xx-esrde-ermenilerin-
qarabaga-dair-erazi-iddialarinin-esas-merheleleri
 
3.
Nuriyeva İradə - Azərbaycan Tarixi Bakı 2015 

Yüklə 434,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə