“qirx” KƏLMƏSİ haqqinda qirx iNÇƏLİK



Yüklə 4,6 Mb.
səhifə21/29
tarix25.06.2018
ölçüsü4,6 Mb.
#51590
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

EVLƏNMƏK VƏ AİLƏ QURMAQ


1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.”316

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.”317

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.”318

4-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi atamın hüzuruna gəldi. Həzrət ondan soruşdu: “Evlisənmi?” Cavab verdi: “Xeyr!” Buyurdu: “Bütün dünya və onda olanları, tək halda gecələyim (subay qalım) deyə, mənə versələr, qəbul etmərəm.” (Sonra buyurdu:) “Evli adamın qıldığı iki rükət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.” Sonra atam on yeddi dinar pul verib buyurdu: “Bu pul ilə evlən.”319

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.”320

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.”321

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.”322

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.”323

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.”324

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ey cavanlar! Sizdən hər kəsin qüdrəti (imkanı) varsa, ailə qursun. Çünki bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.”325

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) tərki-dünyalıqla məşğul olmağın, ailə qurmağı tərk etməyin qarşısını almış və qadının ərə getməkdən imtina etməsini qadağan etmişdir.326

14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cavan ikən ailə qursa, Şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.”327

15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən, mütəal Allah onların əxlaqlarını yaxşılaşdırar, ruzilərini bol edər və abır-şərəflərini artırar.”328

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah dərgahında İslamda nikahla abad olmunuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.”329

17-İmam Sadiq (ə) buyurmuşdur: “Subaylarını evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.”330

18-İmam Əli (ə) buyurmuşdur: “Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında, mütəal Allah onların arasında şəri nikah qərar versin deyə, vasitəçi olmaqdır.”331

19-İmam Kazim (ə) buyurmuşdur: “Üç dəstə qiyamət günündə heç bir kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mömin qardaşını evləndirənlər, mömin qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mömin qardaşının sirrini faş etməyib gizli saxlayanlar.”332

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs halal yolla ailə qurmağa çalışsa, mömin kişini evləndirib mömin qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər, bu yolda dediyi hər söz və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.”333

21-İmam Sadiq (ə) buyurmuşdur: “Günahların ən pisi üçdür: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud təxirə salmaq) və işçinin haqqını ödəməmək.”

22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs iki möminin ailə qurmasına çalışaraq onları evləndirsə, Allah-taala əvəzində onu hər biri dürr və yaqutdan tikilmiş qəsrdə olan min Huril-eynlə evləndirər.”334

23-İmam Kazim (ə) buyurmuşdur: “Sözsüz, qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, onların vəsiləri, mömin qulu azad edən möminlər, başqa möminin borcunu ödəyən mömin bəndə, mömin qadınla kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mömin qərar tapar.”335

24-İmam Əli (ə) buyurmuşdur: “Qadının mehriyyəsini çox etməyin, çünki (bu iş) düşmənçiliyə səbəb olar.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.”336

26-İmam Sadiq (ə) buyurmuşdur: “Allahın Rəsulu qiyməti otuz dirhəm olan bir zirehi mehriyyə qərar verib, Əli (ə) ilə Fatiməni evləndirdi.”337

27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qadının mübarək (bərəkətli) olmaması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.”338

28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.”339

29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ailə qur, hətta (mehriyyəsi) dəmir üzük olsa belə.”340

30-İmam Sadiq (ə) buyurmuşdur: “Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc alıb qaytarmaq fikrində olmayanlar.”341

31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin.” O həzrətdən “əgər onun nəsəbi pis olsa, nə edək?” – deyə soruşduqda, Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: “Dini və gözəl əxlaqı olduğu halda, əsil-nəsəbinin məşhur olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.”342

32-İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs sizə elçi gəlsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.”343

33-Bir kişi imam Hüseyn (ə)-ın yanına gəlib dedi: “Mənim bir qızım var, onu neçə adama ərə versəm yaxşı olar?” Həzrət buyurdu: “Onu Allahdan qorxan (təqvalı olan) bir adama ərə ver, çünki həmin şəxs sənin qızını sevsə, əzizləyəcək, amma acığı gəlsə, əzab-əziyyət (zülm) etməyəcəkdir.”344

34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qızını imansız və fasiq bir adama ərə versə, sözsüz, onunla qohumluq əlaqəsini kəsmişdir.”345

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qadınla təkcə onun gözəlliyinə görə evlənmə; çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər. Həmçinin qadının mal-dövlətinə görə də onunla evlənmə; çünki bu iş onun tüğyan və itaətsizlik etməsinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.”346

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qadınla, təkcə onun gözəllik və camalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət səbəbi edər.”347

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qadının mal-dövlətinə görə onunla ailə qursa, Allah onu həmin mal-dövlətə həvalə edər; hər kəs qadının gözəlliyinə görə onunla evlənsə, o qadında xoşlamadığı və acığı gəldiyi şeyləri görəcəkdir; hər kəs qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqların hamısını onun üçün cəm edəcəkdir.”348

38-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs qadınla təkcə mal-dövlətinə görə ailə qursa, mütəal Allah onu yalnız həmin mal-dövlətə həvalə edər. (Yəni çətin vaxtlarda Allahın lütf və mərhəmətindən binəsib qalar.)”349

39-İmam Səccad (ə) buyurmuşdur: “Hər kəs Allah xatirinə və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.”350

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla, təkcə onun malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkət onun vücudunda qoyulmuşdur.)”351



plant


29



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə