QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 

36 


qopacaqdır.  Alan  ilə  satan  arasında  alış-veriş  tamamlanmadan  Qiyamət 

qopacaqdır.  Heç  şübhəsiz  ki,  Qiyamət  qopacaqdır.  Dəvəsinin  südünü 

sağıb  gələn  kimsəyə  südü  içmək  imkanı  olmadan  Qiyamət  qopacaqdır. 

Yenə  heç  şübhəsiz  ki,  Qiyamət  qopacaqdır.  Yemək  yeməyə  oturan  bir 

kimsənin 

loxmanı  ağzına  qoymaq  fürsəti  qalmadan  Qiyamət 

qopacaqdır»

152


.  

 

İSLAM TORPAQLARININ GENİŞLƏNMƏSİ 



«De – Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və 

yerdən)  sizə  əzab  göndərməyə,  sizi  dəstələr  halında  qarışdırmağa  və 

birinizə digərinizin zorunu daddırmağa qadirdir! Gör ayələrimizi onlara 

nə cür izah edirik ki, bəlkə başa düşsünlər!». (əl-Ənam 65). Peyğəmbər 

– sallallahu aleyhi və səlləm – buyurdu: «Allah yer üzünü mənə görə cəm 

etdi  və  (mənə  göstərdi).  Onun  şərqini  də,  qərbini  də  gördüm.  Mənim 

ümmətimin səltənəti mənim üçün ayrılmış torpağın sahəsinə qatılacaqdır. 

Mənə  iki  xəzinə  qırmızı  –  Sezarın  qızılı,  və  ağ  –  Xosrovun  daş-qaşı 

verildi.  (Hər  ikisi  də  Ömər  -  radıyallahu  anhu  –  nun  dövründə  alınıb  və 

Allah  yolunda  da  paylanılmışdır).  Allahımdan  ümmətimi  kütləvi  qıtlıqla 

həlak  etməməsini,  canlarına  və  mallarına  qəsd  edən  özlərindən  olmayan 

bir  düşmənin  ümmətim  üzərində  hökmüranlıq  etməməsini  xahiş  etdim. 

Allah:  «Ey  Muhəmməd!  Mən  bir  işə  hökm  verirəmsə,  şübhəsiz  ki,  o 

geriyə  dönməz  və  Mən  sənin  ümmətinin  bir  hissəsi  başqa  bir  hissəsini 

həlak  edənədək  və  bir  hissəsi  başqa  bir  hissəsini  əsir  alanadək  onları 

ümumi  bir  qıtlıqla  həlak  etməməyimi,  özlərindən  olmayan  bir  düşmənin 

onların  malları və canları üzərində  hökmüranlıq  etməməsi istəyini  yerinə 

yetirdim.  Lap  istəyirsə  yer  üzünün  hər  tərəfindən  olan  insanlar  yığışıb 

onlara qarşı gəlsinlər və yaxud onun hər tərəfindən kim istəyirsə bir yerdə 

toplaşıb  gəlsinlər.  (Başqa  rəvayətdə:  «Rəbbimdən  üç  şey  istədim.  Mənə 

ikisini  verdi,  amma  üçüncüsünü  vermədi.  Rəbbimdən  ümmətimi  kütləvi 

aclıqdan  həlak  etməməsini  dilədim,  bu  istəyimi  verdi.  Yenə  Ondan 

ümmətimi suda boğularaq həlak edilməməsini istədim, onu da mənə verdi. 

Yenə  də  Ondan  ümmətimin  bir  hissəsini  digər  bir  hissəsinə 

qırdırmamasını istədim, onu mənə vermədi)»

153


. Cabir - radıyallahu anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  belə 

buyurduğunu  eşitdim:  «İnsanlar  Allahın  dininə  bölük-bölük  girdilər  və 

bölük-bölük də dindən çıxacaqlar»

154


.  

 

                                                        



152

 Buxari “Fitən” 24, “Mənakib” 25, Müslim “İman” 248, (157).  

153

 Müslim.  



154

 İmam Əhməd 3/343.  




 

37 


ÜMMƏTDƏ ŞİRKİN ZÜHUR ETMƏSİ 

Qiyamətin  əlamətlərindəndir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  in  ümmətində  şirk  zühr  edəcəkdir.  Artıq  İslam  gəldikdən  sonra, 

peyğəmbərlik verildikdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

ümmətini  Tövhidə  dəvət  etdi.  Ümməti  İslamı  qəbul  edərək  şirkdən 

çəkindilər.  Artıq  Məkkənin  fəthindən  sonra  Məkkədə  müşrik  qalmadı. 

Ərəbistan yarmadası bütünlüklə İslamı qəbul etdilər. Quran bunu qadağan 

etdiyi  halda.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bunun  üçün 

göndərildiyi  halda  çox  keçmədi  ki,  insanlar  yenidən  bu  çirkin  əməli 

işləyərək Allaha şəriklər qoşmağa başladılar. Sovban - radıyallahu anhu – 

rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən 

ümmətim  üçün  haqq  yoldan  azdıran  imamlardan  qoxuram.  Ümmətimin 

arasına  qılınc  davası  düşdüsə  bu  Qiyamət  gününədək  davam  edəcəkdir. 

Ümmətimin  bəzi  tayfaları  müşriklərə  qoşulmadıqca  və  bəzi  tayfaları 

bütlərə  sitayiş  etmədikcə  Qiyamət  qopmayacaqdır»

155


.  Əbu  Hureyrə  

radıyallahu  anhu  –    rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  «Devs  qəbiləsinin  qoca  qadınları  Zul  Xalasa  (bütü) 

ətrafında 

tavaf 

edə-edə 


quyruqlarını 

titrətmədikcə 

qiyamət 

qopmayacaqdır.  Zul  Xulasa  Devs  qəbiləsinin  cahiliyyə  dövründə  ibadət 

etdikləri bütdür»

156


. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədisində 

xəbər  verdiyi  həqiqətdir.  Cahillik  və  elimsizlik  yayıldıqda  Devs  və  onun 

ətrafında  olan  qəbilələr  təkrar  cahiliyyə  dövrünə  qayıdaraq  Zul  Xalasa 

ibadət  etnməyə  başladılar  və  bu  hal  Muhəmməd  b.  AbdulVahhab  – 



rahmətullahi  aleyhi  –  nin  Hicazda  Tövhidə  dəvət  edərək  insanlara 

dinlərini  başa  salmağa  qədər  davam  etdi.  Ondan  sonra  AbdulAziz  b. 

Muhamməd b. Suud, Zul Xalası yıxmaq üçün bir qrup adam göndərdi və 

onlar da bunu  etdilər. Lakin Hicazda Suud ailəsinin  hökmüranlığı bir ara 

kəsildikdə  təkrar  insanlar  Zul  Xalasa  ibadət  etməyə  başladılar.  Kral 

AbdulAziz  b.  AbdurRahman  idarəçiliyə  keçəndən  sonra  Zul  Xalası 

yıxmaq  üçün  qrup  göndərdi.  Allahın  izni  ilə  bu  bütü  tamamilə  yox 

etdilər


157

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Gecə  və 

gündüz Lat və Uzzaya ibadət edilmədikcə yox olub getməz»

158


.  

 

                                                        



155

  Müslim  4/2215,  Əbu  Davud  4202,4252,  İbn  Məcə  3952,  Əhməd  5/278,284,  “Avnul-Mabud”, 

“Sünən Əbu Davud” 11/322,324, Tirmizi 6/466, əl-Albani “Camius-Sağir” 6/174, H. 7295.  

156


 Buxari 13/76, Müslim 4/2230,2906.  

157


 “İthaful-Cəmâa” 1/522-533.  

158


 Müslim 4/2230,2907.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə