www.vivo-book.com
29
Qoca bu gün çox uzaqlara getməyi qət eləmişdi.
Okeanın səhər havası, ucsuz-bucaqsız mavi sular onu öz
ağuşuna aldı. Tozlu-tüstülü sahildən uzaqlaşdıqca hava
saflaşırdı. Suyun üzündə tək-tək dəniz yosunları işıldayırdı.
Bu fosforlu işartılar qocanın diqqətini dərhal cəlb etdi.
Hardasa bu aralarda okeanın dərinliyi birdən-birə artıb yeddi
yüz dəniz sajeninə çatırdı; ona görə də balıqçılar həmin yeri
“dibsiz quyu” adlandırırdılar. Müxtəlif istiqamətli sualtı
axınlar burada toqquşub bir-birinə qarışır, şiddətlə sualtı
qayalara çırpılıb burulğan əmələ gətirirdi. “Dibsiz quyu”da
hər növ balıq vardı. Xırda balıqlar və dəniz xərçəngləri daha
çox idi. Onlar axşamlar suyun üstünə çıxır, şikara çıxmış iri
balıqlara yem olurdular.
Hələ
qaranlıq olsa da,
həssas qoca səhərin
yaxınlaşdığını duyurdu; avarlar hərəkət etdikcə, qayıq
irəlilədikcə qocanın qulağına səslər dəyirdi – balıqlar
oynaqlaşırmış kimi sudan sıçrayıb havada mayallaq aşır,
təzədən suya düşürdülər. Uçan balıqların
havada süzdükcə
üzgəcləri vıyıldayırdı. Bu qanadlı balıqları qoca xüsusi
şövqlə sevirdi; onları balıqçıların geniş okeandakı
həqiqi