Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə41/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

müəssisənin hesabından çıxır. Beləliklə, turist xərclərindən əldə olunan
əsas gəlirlər nəticəsində yeni gəlirlər yaranır, lakin artıq üçüncü şəxlər əgər
bu şəxlər qismində turizm şirkətləri üçün hansısa malların təchizatçıları
kimi çıxış edirlərsə. Nəticədə, dövri gəlir alınır.
Turizm ölkə üçün əlаvə gəlir mənbəyini, yеrli əhаlinin öz məhsulunu
sаtmаq imkаnını gеnişləndirir. Yеrli əhаli хаrici turistlərə хidmət еtməklə
аilə gəlirlərini аrtırır. Təcrübə göstərir ki, turizm inkişаf еdən rеgiоnlаrdа
əhаli dаhа çох fəаl həyаt tərzi və gəlir gətirmək vərdişlərinə mаlikdir. Turist
iхrаcаtı və idхаlı ərаziyə gələn və gеdən turist ахını ilə еyni istiqаmətdə
bаş vеrir. Bu zаmаn ölkəyə pul dахil оlur və yахud ölkədən pul ахır.
Turizmin inkişafı və turizm xidmətini artırılması, turizmdə qərar qə -
bu lu, onun mexanizmləri və sosial nəticələri ilə bağlıdır. Turizmin inkişafı
ölkənin iqtisadi potensialı, əhalinin turizm tələbatı və onu ödənilməsi üçün
resurs potensialı ilə müəyyənləşir. Turizmin ölkədə inkişafının üçün və
çatışmayan cəhətləri mövcuddur. Üstün cəhətləri aşağıdakılardır:
– ölkəyə pulun axına, o cümlədən valyuta axının artması;
– yeni iş yerlərinə açılması;
–  istirahətinə  yeni  forma  və  islahatlarının  yaranması,  bu  da  öz
növbəsində yerli və xarici turistlərin tərəfindən istifadə olunur.
– kapital cəlb olunur. Xarici investisiyalarının ölkəyə gətirilməsi
mühiti yaranır.
Çatışmayan cəhətləri aşağıdakı nəticələrdə özünü əks etdirir:
– yerli məhsularlın qiyməti düşür, təbii resursların və ekoloji mühitin
təkrar istehsalı üçün əlavə xərclər çoxalır;
– xarici ölkələrə pulun axınına səbəbdir;
– sosial və ekoloji problemlərə təsir edir.
Turizmin  inkişafının  kompleks  və  sistemli  təsviri  özünün
göstəricilərinin plan və perspektiv dinamikasını verməyə şərait yaradır.
Beynəlxalq turizm ildən-ilə inkişaf edir. Aparılan hesablamalara görə 2020-
ci ilə qədər turizm özünün ən yüksək inkişaf həddinə çatacaq. Belə ki,
həmin ildə dünya üzrə turistlərin sayı 1,5 milyard nəfərdən çox olacaqdır.
Bu da indiki dövrlə müqayisədə iki dəfə çoxdur.
Dünyanın inkişaf etməkdə olan ölkələrinin əksəriyyətində əhalinin
şəhərlərə  axının  və  işsizlik  kimi  vacib  problemlər  olduğundan  turizm
sənayesi istər investisisya, istərsə də yaratdığı yeni iş yerləri ilə aktual
problemlərin həllində mühüm rol oynayır. Bu xüsusiyyətlərə görə son illər
turizm sənayesinə cəlb edilən investisisyalar digər xidmət sahələrinə qoyu-
lan investisiyaların həcmindən xeyli yüksəkdədir. Qeyd etmək lazımdır ki,
turizmdə bir iş yeri yaratmaq üçün tələb olunan maddi vəsaitin həcmi, digər
sahələrlə müqayisədə olduqca aşağıdır (1, s.75).
117
Turizm iqtisadi inkişafın, sosial tərəqqinin tərkib hissəsidir


Ümumiyyətlə, turizmin inkişafı aşağıdakı istiqamətlərdə sosial, iqti-
sadi və texnoloji əhəmiyyət kəsb edir:
1. Turizmin  təşkili  əsasında  yeni  iş  yerləri  açılır  və  müəssisələr
yaranır.
2. Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana
gəlir.
3. Yerli mallara daha çox istehsal tələbatı yaranır. Yenibazar açılır.
4. Ölkədə  turizmin  inkişafının  yeni  infrastrukturu  formalaşır.
Həmçinin, bütün xidmət obyektləri, kommunal sahələr modernləşdirilir.
5. Turizmin inkişafı ilə əlaqədar olan yeni ixtisaslar və texnologiyalar
meydana gəlir.
6. Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur
və bu istiqamətdə cəmiyyət tərəfindən əsaslı işlər görülür.
7. Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir, ona qayğı
artır.
8. Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəminində
inkişaf  etdirilir  və  dünya  standartlarına  uyğunlaşdırılır.  Beləliklə  də,
cəmiyyətin həyatında əsaslı inkişaf baş verir.
Ədəbiyyat 
1. Əlirzayev Ə.Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi, İqtisad 
Universiteti nəşriyyatı, Bakı, 2010
2. Həsənov A.N. Azərbaycanda turizmin regional inkişafı: 
problemlər, perspektivlər. Avropa nəşriyyatı, Bakı, 2012
3. Hüseynov İ., Əfəndiyeva N.Turizmin əsasları. Mars-Print NPF,  
Bakı, 2007
4. Александрова А. Ю. Международный туризм, Москва, 2002
5. http://tourlib.net/books_tourism/artemova4-1.htm
giriş tarixi 02.02.16
6. http://www.moluch.ru/conf/econ/archive/11/1106/
giriş tarixi 02.02.16
7. http://www.aup.ru/books/m204/4_1.htm giriş tarixi 02.02.16
8. http://tourlib.net/books_tourism/kvartalnov_tourism4.htm
giriş tarixi 02.02.16
Aynur Abbasova
118


UOT-83:331:5.658. 
Vəfadar RİZVANLI
Turizm işi ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
vafadar.rizvanli@gmail.com
Azərbaycan biznes turizminin inkişaf istiqamətləri 
Azerbaijan business tourism development directions
Направления развития бизнеса туризма Азербайджана
Abstract: Azerbaijan is one of the emerging tourism destinations in the
world. Despite the fact that tourism in Azerbaijan is relatively new industry,
Azerbaijan has already achieved significant results in this sphere. Tourism in
Azerbaijan is developing in both business and leisure tourism directions. Al-
though the country has potential to grow in both ways, the author considers
the development of business tourism more profitable for the country in a long
run. As a prove, it is mentioned that Azerbaijan has 3 times more profit rate
per tourist than Georgia- its neighbor in South Caucasia though Georgia en-
joys two times more international tourist arrivals each year.
Key  words: tourism, Azerbaijan,  economic  development,  business
tourism.
Резюме: Азербайджан является одним из новых мест туризма в
мире. Несмотря на то, что туризм в Азербайджане является относи-
тельно новой отраслью, Азербайджан уже достиг значительных успехов
в этой сфере. Туризм в Азербайджане развивается в двух направлениях
- бизнес и отдых. Несмотря на то, что страна имеет потенциал разви-
ваться в двух этих направлениях, автор считает развитие бизнес туризма
более выгодным для страны в долгосрочной перспективе. Как доказа-
тельство можно показать тот факт, что несмотря на то что Грузия еже-
годно принимает в 2 раза больше туриста, в Азербайджане доход от
турбизнеса составляет в 3 раза больше.
Ключевые слова: туризм, Азербайджан, экономическое развитие,
бизнес туризм.
Azərbaycanın turizm sənayesi beynəlxalq turist səfərlərində son illərdə
müşahidə olunan kəskin artımın məntiqi nəticəsi olaraq qeyri-neft sektorları
119
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə