UOT-9:91:910.5.
Namik PİROĞLANOV
Beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecement Universiteti,
namiq.piroglanov@mail.ru
Quba-Xaçmaz turizm regionunun təbii və tarixi-mədəni abidələri
Natural and historical-cultural monuments of Guba-Khachmaz
tourism region
Природные и историко-культурные памятники туристического
региона Губа-Хачмаз
Abstract: There are detailed information about natural and histori-
cal-cultural monumets of Guba-Khachmaz tourism region in this article.
The aim of this article is to achieve the development of historical tourism
and to spread knowledge about historical places of interest in north-eastern
part of Azerbaijan Republic. In this article, the monumets in Guba, Khac-
maz, Gusar, Shabran and Siyazan regions have been described.
Key words: Tourism in Azerbaijan, Guba-Khachmaz region, natural,
historical and cultural monuments, tourism regions in Azerbaijan.
Резюме: В этой статье дана обширная информация о естествен-
ных и культурно-исторических памятниках туристического региона
Губа-Хачмас. Цель написания данной статьи достижение историко-
туристического развития и создания условий для просвещения исто-
рических памятников в северо-восточном регионе Азербайджана. В
статье рассматриваются памятники находящиеся на территории Гу-
бинского, Хачмасского, Гусарского, Шабранского и Сиязянского рай-
онов.
Ключевые слова: Туризм в Азербайджане, Губа-Хачмазском ре-
гионе, природных, исторических и культурных памятников, туристи-
ческих регионов Азербайджана.
Tarixi-mədəni turizm (və ya mədəniyyət turizmi) bir ölkə və ya
bölgənin mədəniyyəti, xüsusilə coğrafi ərazilərdə insanların həyat tərzi,
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
146
insanların tarixi, onların sənət və memarlığı, dini və s. haqqında geniş
informasiyanın dünyaya çatdırılmasına şərait yaradır. Mədəni turizmə
şəhərlərdə, xüsusilə də tarixi və ya böyük şəhərlərdə, qədim tarixə malik
yaşayış obyektlərində muzeylər, teatrlar, tarixi-mədəni abidələr v.s
mədəniyyət obyektləri daxildir. Həmçinin yerli mədəni icmaların
ənənələrinin (yəni festivallar, mərasimlər) nümayişi, kənd yerlərində
yaşayan insanların dəyərləri və həyat tərzi, eləcə də məşğuliyyəti mədəni
turizmə daxil edilə bilər (5). Bu, ümumiyyətlə mədəni sferaya maraqlı olan
turistlər üçün dahada cəlb edicidir. Turizmlə bağlı son hesabatlarda diqqəti
çəkən məqamlardan biridə son zamanlar turistlərin mədəni turizmə
diqqətinin dahada artdığını göstərir. Qeyd etmək lazımdır ki, daha sərt
iqlimə malik Avropa ölkələrində mədəni turizm əsas turizm sferalarından
biridir. Bu sahədə hətda ixtisaslaşma da mövcuddur. Misal üçün göstərə
bilərik ki, incəsənət sahəsində Avropanın Fransa, İtaliya, Hollandiya kimi
ölkələrində ixtisaslaşmış muzeylər, teatrlar fəaliyyət göstərir ki, bu
obyektlər hətta bu ölkələrin turizm brendinə çevrilib.
Son dövrlərdə müəyyən olunmuşdur ki, tarixi-mədəni turizmin seq-
mentinin inkişaf dərəcəsi artmaqdadır. Bu turizm növü üzrə səfərlər ümumi
dünya turizm səfərlərinin 20%-ni təşkil edir. Bildiyimiz kimi səfər edən
turistlər ilk öncə getdikləri ölkə haqqında məlumat toplayırlar. Bu onlarda
ilkin təsüratın formalaşmasında əsas rol oynayır. Lakin turistlər gəldikləri
ölkələrdə bu ilkin təəsüratı qat-qat dahada artığını görmək istəyir. Bu
baxımdan tələblər də böyük olur. Mədəni turizm sferası təkcə gəlir üçün
əsas rol oynamır. Avropan fərqli olaraq daha az inkişaf etmiş ölkələr bu
sferadan təbliğat və ölkələrinin tanıdılmasında istifadə edirlər. Artıq Avropa
bu mərhələni keçdiyi üçün onla bu sahədən böyük gəlirlərin
götürülməsində maraqlı olduğu halda az inkişaf etmiş ölkələr bundan daha
çox tanınmaq üçün istifadə edirlər. Bildiyimiz kimi mədəni sferada
səyyahət edən turistlər daha çox məlumata və dünya görüşünə sahib olurlar.
Bəs bu cür turistləri nə ilə cəlb etmək olar? Sözsüz ki, bu sualın ilk əsas
cavabı mədəni müxtəlifliydən maksimum istifadədir.
Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum
olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu
yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki,
yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər (4).
Azərbaycan Respublikasının coğrafi mövqeyi, iqlimi və təbii şəraiti
hələ qədim zamanlardan burada insanların məskunlaşmasına şərait
yaratmışdır. Avropa və Asiyanı birləşdirən qədim ipək yolunun üzərində
yerləşməsi, Xəzər dənizi sahili mövqeyi, əlverişli təbii şəraitinin olması
Azərbaycanı daim yadelli işğalçıların hücumlarına məruz qoymuşdur. Buna
147
Quba-Xaçmaz turizm regionunun təbii və tarixi-mədəni abidələri
baxmayaraq xalqımız tarixini, dilini və mədəniyyətini qoruyub saxlaya
bilmişdir. Azərbaycanda turizmin inkişafı üçün zəngin antropogen turizm
ehtiyatları mövcuddur. Mütəxəssislərin fikrincə əcdadlarımız tərəfindən
yaradılan, zamanın sınağına tab gətirərək nəsildən-nəslə ötürülən maddi
və mənəvi mədəniyyət nümunələri mədəni irs adlanır. Bunlardan səmərəli
istifadə etməklə turizmi inkişaf etdirmək mümkündür (1).
Tarixi abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi mühüm
əhəmiyyət kəsb edən məsələlərdən biridir. Hər bir xalq öz mədəniyyətini
öz tarixini qorumağa borcludur. Həmçinin turistlər də getdiyi ölkənin
(yerin) qanunlarına riayət etmək, onun sosial quruluşuna, adətlərinə,
ənənələrinə, dini etiqadlarına hörmət etmək, ətraf mühitin mühafizə
qaydalarına riayət etmək, təbiət, tarix və mədəniyyət abidələrinə qayğı ilə
yanaşmalıdır(3). Azərbaycanda həm daxili həm də beynəlxalq turizmin
inkişafında Quba-Xaçmaz turizm regionu mühüm əhəmiyyətə malikdir.
Quba-Xaçmaz regionunda tarixi-mədəni turizm ehtiyatlarına təbii və tarixi
abidələri, müxtəlif xalqların həyatı və adət ənəsini aid etmək olar.
Biz burada regionun əsas təbii və tarixi-mədəni abidələri haqqında
məlumat verəcəyik.
Beşbarmaq: Siyəzən rayonu ərazisində, Bakı-Quba yolunun 90 km-
liyində, Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində, Zarat
kəndindən 3 km şimal-qərbdə yerləşir. Bura həm dağ, həm qədim qala və
həm də ölkənin ən məşhur ziyarətgahlarındandır. İlin bütün fəsillərində bu
məkan ziyarətçi axınını müşahidə etmək mümkündür. Qayaların ən yüksək
zirvəsindən Xəzər dənizinə möhtəşəm mənzərə açılır. Uzadılmış daş əli
xatırladan qayanın qeyri-adi forması uzaqdan insanı cəlb edir. Bir-birinə
bitişik beş qaya parçasından ibarət olan bu dağın “Beşbarmaq” adlanması
quruluşu ilə bağlıdır. Şirvanşahlar zamanında Qubaya gedən karvan yolu-
nun üstündə mühüm dayanacaq olub.
Ziyarətçilər buranı Xıdırzində baba piri kimi tanıyırlar. Beşbarmaq
dağı ən qədim zamanlardan “Xızır qayası”, ətraflarında məskunlaşmış
oğuzlar isə “Xızır övladları” adlandırılmışlar. Tanrının bəşər övladına bəxş
etdiyi müqəddəs İncildə və Quranda bu qaya haqqında məlumat verilir.
Xızır Bəlya Məlkan oğlu dünya tarixinin böyük şəxsiyyətlərindəndir. Xızır
peyğəmbərin elmi haqqında Quranın “Kəhf” surəsinin 65-ci ayəsində dey-
ilir: “Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm
öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar” (2).
Beşbarmaq qalası: Tikilməsi tarixi bilavasitə Sasanilərin öz
ərazilərini Cənubi Qafqaz torpaqları hesabına genişləndirmələri ilə bağlıdır.
IV-VII əsrlərdə Qafqaz Albaniyası ərazisində sistem şəklində tikilən
müdafiə istehkamlarından birincisidir. Beşbarmaq dağından Xəzər dənizinə
Namik Piroğlanov
148
Dostları ilə paylaş: |